Kvant

10 ölçülü kainat necə açıqlanır ?

Elmi baxımdan düşündüyümüz   zaman “fərqli ölçülər” dediyimizdə ağılımıza paralel kainatlar gələ bilər. Bizim kainata paralel kainatlarda fərqli həqiqətlər ya da bənzər həqiqətlər yaşana bilər. Buna baxmayaraq ölçülərin həqiqəti və kainatın quruluşunda oynadığı rol əslində yayğın anlayışdan olduqca fərqlidir.

Interstellar (“Ulduzlararası”) filmində də qəhrəmanımız fərqli ölçülərdə səfər edərək sonda da keçmişə gedirdi. Ölçülər sadəcə fərqli səthləri qəbul edərək həqiqəti analiz etməmizi təmin edə bilər. Gündəlik həyatdakı üç ölçü, yəni uzunluq, en və  hündürlük anlayışımız kainatdakı cisimlərin hamısı üçün etibarlıdır (x, y və z xətləri və bir də zaman, yəni əslində 4 ölçüdür, bunu irəlidə izah edəcəyik)
CMB_Timeline751-e1417812688285

Elm insanları gözlə görə bildiyimiz bu üç ölçüdən başqa ölçülər də ola biləcəyinə inanırlar. Hətta Supersim nəzəriyyəsi kainatda fərqli ölçülərin ola biləcəyini nəzərdə tutur. Bu fərqli yanaşmalar kainatı təbiətin təməl qüvvələrinə və bütün təməl zərrəciklərinə hökm edərlər. Bir ölçülü (yalnız x oxu) bir cisimin ən yaxşı tərifi düz bir xəttdir və elə də çox xüsusiyyətə sahib deyil. Buna ikinci bir ölçü əlavə etsək, yəni y oxunu (uzunluq) əlavə etdiyimizdə 2 ölçülü (kvadrat,düzbucaqlı) kimi bir forma əldə edirsiniz. 3 ölçü üçünsə z oxuna, yəni hünürlüyə ehtiyacınız var, beləcə obyektə ölçü əlavə edirsiniz. Ən mükəmməl nümunə olan kubu ələ alsaq uzunluq, en və hündürlüyə görə həcm yaranır. Bu üç ölçüdən başqa movcud olan digər 7 ölçü isə bizə birbaşa aydın ola bilməz və biz bunları çətin qavrayarıq. Lakin kainatdakı birbaşa təsiri və həqiqəti qəbul edilə bilər. Elm insanları dördüncü ölçünün zaman olduğunu və bilinən maddənin hər hansı bir nöqtədə bütün xüsusiyyətlərinə hökm etdiyini düşünürlər. Üç ölçü boyunca obyektlər zamana görə kainatda bir ölçü meydana gətirirlər. Daha dərinlərə enildikcə ölçülərin bir-biriylə qarşılıqlı təsirləri xüsusilə fiziklər üçün olduqca qarışıq mövzulardır. Süpersim nəzəriyyəsinə görə beşinci və altıncı ölçülərdə digər kainatların meydana gəldiyi düşünülməkdədir. Əgər beşinci ölçüyə birbaşa baxa bilsəydik bizimkindən bir az fərqli ola biləcək, yəni bizimkinə bənzəyən və fərqlənən dünyalar görə bilərdik. Altıncı ölçüyə çatdığımızda kainatların olduğu bir müstəvi görə bilərdik. Beləcə, ölçüləri müqayisə edə bilər, bizimki kimi digər kainatların başlanğıc şərtlərini (Böyük Partlayış və s.) görə bilərdik. Nəzəriyyədə beşinci və altıncı ölçülərə hökm edə bilsəniz zamanda geriyə və ya gələcəyə səfər edə bilərsiniz. Yeddinci ölçüdə isə fərqli başlanğıc şərtlərinə sahib olabiləcək dünyalara getmə imkanınız ola bilər. Halbuki beşinci və altıncı ölçülərdə başlanğıc şərtləri eyniykən, sonrakı hərəkətlər fərqli idi. Burada isə hər şey zamanın ən başından fərqli reallaşır. (Əgər bir “Doctor Who” heyranısınızsa Doktorun “Kin”i (zamanda irəli-geri gedərək öz kopiylarını yaradan bir fərddən ibarət irq) zamanın şəfəqinə (zamandan öncə) buraxıb onu məhv etdiyini xatırlayırsınız) Səkkizinci ölçüyə gəldiyimizdə bu kimi hər biri fərqli başlanğıc şərtlərinə sahib və sonsuza qədər budaqlanan kainatların mümkün tarixi müstəvisinə çatardıq. Buna görə bunlara sonsuzlar deyilir. Doqquzuncu ölçüyə gəldiyimizdə isə fərqli fizika qanunları və başlanğıc şərtlərinə sahib bütün mümükün kainat tarixlərini müqayisə edə bilərdik. Onuncu və son ölçüdə isə xəyal edilə bilən hər şey olabiləcəkdir. Bundan sonra isə biz ölümlülər tərəfindən xəyal edilə bilinmir və ölçülərə bağlı təbii bir limit meydana gətirir. Dörd ölçüyə əlavə olunan bu altı ölçü anlayışımızın xaricində olsa da Sim nəzəriyyəsi üçün lazımlıdır. Normalda kosmosda yalnız dörd ölçüsüü dərk edə bilsək də digər ölçülərin çox kiçik bir yerə sıxışmış ola biləcəyi ya da bizim yaşadığımız dünyanın 3 ölçülü bir lay olaraq bir təbəqəyə uyğun gələ biləcəyi və bildiyimiz bütün zərrəciklərin cazibəylə məhdudlaşdırılmış ola biləcəyi düşünülür. (Brane nəzəriyyəsi) Əgər əlavə ölçülər sıxışdırıldısa digər altı ölçü Calabi-Yau manifoldu şəklində ola bilər.

Dərkimizin uzaq sərhəddində kainatın əvvəlindəki yaranışa təsir edə bilər. Bu səbəblə elm insanları kainatın başlanğıcına teleskoplarını istiqamətləndiriblər. Bu sayədə digər ölçülərin kainatın təkamülünə necə təsir etdiyi aydın ola bilər. Hər Şeyin Nəzəriyyəsi, yəni böyük birləşmə nəzəriyyəsində kainatın 10 ölçüyə qədər ölçüyə malik ola biləcəyi düşünülərək kvant fizikasındakı standart model və cazibə birləşdirilməyə çalışılır. Qısacas,ı bütün bilinən qüvvələrin kainatımızla necə qarşılıqlı təsirdə oduğu və digər mümkün kainatların necə işlədiyi açıqlanmağa çalışılır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: