Abiogenez

Yerdə həyatın yaranmasının tarixi haqqında dəqiq bir şey demək çətindir

“Böyük oksidləşmə hadisəsi” kimi bilinən transformasiya Yerdəki həyat üçün (çox gümanki digər planetlərdə də) çox lazımlı bir maddəni, oksigeni atmosferə doldurub. Yalnız bu transformasiyadan sonra həyat indi bildiyimiz şəkildə təkamül etməyə başlayıb. Bu transformasiyanın dəqiq tarixi və səbələri vaxt keçdikcə yeni arşadırmalara görə dəyişməyə davam edir. Son araşdırmalar isə mikroorqanizmlərin daşlarda 3.2 milyard ildən əvvəl yaşadığının mümkünlüyünə ümid verir.

“Böyük oksidləşmə hadisəsinin” siyanobakteriya tərəfindən, bitkilər kimi fotosintez edə bilən və oksigeni havaya buraxan mikroblar tərəfindən olduğu düşünülürdü. Lakin qədim daşların son araşdırmaları təklif edir ki, oksigen Yerdə düşünüldüyündən (2.3 milyard il əvvəl) də tez, 2.7 milyard il əvvəl olub.

Araşdırmaçılar Cənubi Afrikadan olan atmosferdəki oksigen ilə daşlardakı minerallar arasındakı reaksiyaların izlərini saxlaya bilən nümunələrdəki xrom və digər metalların səvviyələrini analiz ediblər. Onlar eyni dövrdən, 3 milyard il əvvəl olan həm torpağa, həm də dənizdəki çöküntülərə baxıblar.

Onlar əsasən nümunələrdəki müxtəlif xrom izotoplarına diqqət yetiriblər. İzotoplar elementlərin müxtəlif variantlarıdır. Onların protonlarının sayı eyni, neytronlarının sayı isə fərqli olur. Məsələn, 1 nömrəli atomun protonu 12, neytronu isə 6 dır. 2 nömrəli atomun da protonu 12-dir, lakin neytronu 7-dir. Bu atomlar izotop sayılır.

Atmosferdəki oksigen daşla reaksiyaya girdikdə aşınma (weathering) adlanan proses zamanı böyük xrom izotopları tez-tez çay vasitəsilə dənizə tökülür. Bu o deməkdir ki, böyük xrom izotopları torpaqdan boşalmağa davam edərkən dənizdəki çöküntülər oksigen olan vaxtda onunla zənginləşməyə başlayır. Bu təkcə Cənubi Afrikadan olan nümünələrdəki xromun analizinin nəticələri idi. Oxşar nəticələr digər metallarla da (uranium, dəmir və s.) əldə edilmişdir. Nəticələr həmin dövrdə oksigenin olduğuna işarə edir.

Yuxarıda yazılan araşdırmadan iki il sonra, 2015-ci ildə isə fərqli bir araşdırmaçı qrupu Cənubi Afrikadan və Avstraliyadan ən qədimi və çox yaxşı qorunub saxlanılmış daşları analiz ediblər. Onların araşdırdıqları 52 ədəd daş nümunələrinin 2.75-3.2 milyard il əvvəl, oksigenin olmadığı dövrdə formalaşdığı məlum olub. Buna görə də onlar modern daşlardan çox fərqlənirlər. Araşdırmaçılar 3.2 milyard il bundan əvvəl atmosferdə virus və bakteriya kimi sadə orqanzimlərə yetəcək qədər azotun olduğunu müəyyən ediblər. Mikroorqanizmlər havadan azotu çəkərək onu istifadə oluna biləcək formaya çevirirdilər. Bu hadisə düşünüldüyündən də 1 milyard tez olmuşdur. İlk həyat formaları buna görə də çox güman ki, oksigensiz inkişaf ediblər çünki “böyük oksidləşmə hadisəsi” 2.7 milyard il (bəzi alimlər bunun hələ də 2.3 milyard il əvvəl olduğunu qəbul edir) baş vermişdir. Tapılan daşlar isə ilk həyatın 3.2 milyard il əvvəl yarana biləcəyini deyir. Bu araşdırmalar bizim qarşımıza 100% və birbaşa sübut qoymur. Lakin bu o demək deyildir ki, həyat 3.2 milyard il əvvəl yarana bilməz. Analiz qurğularımız və Arxeologiya inkişaf etdikcə burda yazılanların hər biri səhv və ya hər biri çox düz ola bilər. Hər halda, bu elmdir, nəzəriyyələy bir-birini əvəz edir.

Keçidlər:

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: