Abiogenez

Kimyəvi təkamül: Canlılıq və cansızlıq anlayışları

Təkamül Nəzəriyyəsini araşdıran hər bir insan, bu araşdırmalarının bir nöqtəsində mütləq “ən başa getmə” marağından irəli gələrək özünü canlılığın başlanğıcına, ilk canlının meydana gəldiyi nöqtəyə çatmış bir vəziyyətdə tapacaq. Bu nöqtədə fikirlər qarışacaq və Təkamül tam olaraq aydın olmuş olsa belə “ilk canlı”nın necə əmələ gəlməsi haqqında bunun hələ cavabsız qaldığı kimi doğru olmayan düşüncələr yaranacaq. Halbuki elm hələ də üzərində müzakirə aparmaqla bərabər, canlılığın başlanğıcı sualına olduqca dəqiq, elmi məntiq və şübhə sərhədləri daxilində təminedici cavablar tapmışdır. Bu cavablar tam gözlənildiyi kimi hər hansı bir fövqəltəbii qüvvəyə işarə etməməklə birlikdə, tam tərsinə, əsrlərdir davam edən “üstünləşdirmə” marağımızı yerlə bir edən şəkildə canlılığı adiləşdirməkdə və olduqca sadə anlayışlardan yola çıxaraq açıqlamaqdadır. Hətta artıq müasir elm anlamaq asanlığı məqsədiylə istifadə edilməsi istisna olmaqla, elmi olaraq “canlılıq” və “cansızlıq” anlayışlarını bir-birindən ayırmayaraq bir yerdə istifadə edir. Yəni bu gün artıq “canlı” ya da “cansız” deyə bir ayrı-seçkilikdən, heç olmasa elmi olaraq bəhs edilmir. Gündəlik istifadədə hələ də müəyyən tip varlıqları ifadə etmək məqsədiylə bu sözlərə yer verilir, ancaq əsas mövzu əgər “canlılıq anlayışı” olacaqsa, bioloqların çoxu canlılıq ilə cansızlıq arasında bir ayrı-seçkiliyə etməkdən uzaq dayanırlar.

Unutmamaq lazımdır ki, əslində canlılığın başlanğıcı, Təkamül Nəzəriyyəsinin maraq dairəsində deyil! Təkamül Nəzəriyyəsi, canlılığın “hər hansı bir şəkildə” başlamasından sonra müxtəlif növlərə necə ayırıldığı ilə maraqlanır. Canlılığın ilk başlanğıcı ilə maraqlanan elm sahələri isə Abiogenez və Panspermiya nəzəriyyələridir. Əlbəttə ki, kainatdakı hər şey kimi canlılığın başlanğıcı da elmi bir perspektivdən ələ alınmalıdır. Çünki ən kiçik bir şübhəmiz yoxdur ki, kainatdakı hər şey kimi canlılığın ilkin başlanğıcı da metafizik faktorlara ehtiyac olmadan, tamamilə təbii şərhlərlə izah edilə bilər. Bu yazıda sizə bu izahlardan indiki vaxtda ən güclüsü olaraq qarşımıza çıxan Abiogenez nəzəriyyəsindən, yəni “canlılığın”, “cansızlıqdan” yaranması fikrini irəli sürən qanundan yola çıxaraq açıqlamalar təqdim edəcəyik. Abiogenez nəzəriyyəsi Təkamül nəzəriyyəsinin məzmunu daxilində olmasa da Təkamül qanunlarından (Təbii seçmə kimi) istifadə edərək arqumentlər irəli sürür.

İndi isə sizlərə “canlılıq” dediyimiz halın “cansızlıq” olaraq adlandırdığımız formadan necə təkamülə uğradığını izah etməyə çalışacağıq. İnsanlar tərəfindən şişirdilmiş olan “canlılıq” anlayışının əslində o qədər də xüsusi olmadığını və cansızlıqdan təkamülləşməsininhesab edildiyi qədər çətin bir hadisə olmadığını görəcəksiniz. Eyni zamanda canlılıq ilə cansızlıq anlayışlarının bir-birindən tamamilə fərqsiz olduğunu göstərəcəyik.

Anlayışların həqiqi mənalarını öyrənə bilməyimiz həqiqətən çox əhəmiyyətlidir, çox təəssüf ki, təhsil sistemimiz terminləri doğru bir şəkildə öyrətməkdən çəkinir. Bir çox anlayış təhsil həyatımız boyunca səhv və “imtahana istiqamətli” formada öyrədilir. Amma elm təhsil sistemimizin hesab etdiyindən və bildiyindən daha çox irəlidədir. Bu səbəbdən bəzi düzəlişlər etməyimiz və ağıllarda yaranan bəzi mənasız tabuları qırmağımız lazımdır. Bəlkə də bu anlayışların ən başında “canlılıq” ilə “cansızlıq” ayrı-seçkiliyi gəlir. Çünki “canlı” və “cansız” ayrı-seçkiliyini anlamaq bəlkə də Biologiyanı anlaya bilmənin və Təkamül biologiyasını qavraya bilmənin önündə gəlir. Elə isə sözü daha çox uzatmadan başlayaq:

Əslində, heç bir şey elmi olaraq nə “canlı”, nə də “cansız”dır. Bu yalnız ədəbiyyat baxımından işləri asanlaşdırmaq, Biologiyanın sahəsini təyin etmək və anlama asanlığı təmin etmək məqsədiylə uydurulmuş və güclü dayağı olmayan bir faktdır. İnsanoğlu ətrafına baxıb varlıqları təsnif etmək istəmiş və müəyyən xüsusiyyətlər daşıdığı üçün bəzi varlıqlara “canlı”, bu xüsusiyyətləri daşımayan varlıqlara isə “cansız” demişdir. İnsanın tərifinə görə bu canlı-cansız fərqinə səbəb olan müəyyən xüsusiyyətlər belə sıralana bilər:

  1. Xarici qıcığa reaksiya vermə 
  2. Çoxalma  
  3. Böyümə və İnkişaf 
  4. Daxili Tarazlığı Qoruma (Homeostaz) 
  5. Müəyyən bir struktura sahib olma 
  6. Metabolik fəaliyyətləri reallaşdırma və enerji istehsalı  
  7. Uyğunlaşa bilmə (Adaptasiya)

Köhnə dövrlərə aid qaynaqlara görə bu xüsusiyyətlərin hamısına sahib olan varlıqlar “canlı”, sahib olmayan varlıqlar isə “cansız” varlıqlardır. Bəzi qaynaqlar bunlardan yalnız ilk 4-ünü canlılıq əlaməti olaraq qəbul edir. Lakin uzun illərdir bu kateqoriyalar davamlı olaraq müzakirə edilmişdir və hələ də azalmaqla birlikdə, müzakirə edilməyə davam etməkdədir. Çünki bəzi “cansız” olaraq görülən varlıqlar ciddi şəkildə “canlı” kimi görünən xüsusiyyətlərə sahibdirlər. Məsələn, viruslar və ya prionlar həmişə bu tərif üçün çıxılmaz vəziyyət yaratmışlar.

Əslində təməl olaraq min illərdən bəri insanlar yuxarıda ifadə etdiyimiz xüsusiyyətləri daşıyan varlıqlara bir “can” (insan üçün “ruh”, digərləri üçün “can”) lazım olduğunu düşünmüşdür. Bu anlayışlar uzun illərdir  insanlara o qədər təsir edir ki, istər istifadə asanlığı, istərsə də aramıza yerləşmiş tabuların yıxılmasının çətinliyinə görə, insanlıq tarixinə görə nisbi olaraq çox yeni olan elm də bu anlayışları olduğu kimi istifadə edir.

Halbuki, müasir elm baxımından bu anlayışların (nə “can”, nə də “ruh”) heç bir etibarlılığı yoxdur. Biologiyanın dərinliklərinə enən elm adamları əvvəl orqanlarımızı, sonra toxumalarımızı, sonra hüceyrələrimizi kəşf ediblər. Daha da dərinlərə endiyimizdə, hüceyrələrin içərisindəki az qala hər hadisəni müşahidə edə biləcək səviyyəyə gəlinmişdir. Və bu ölçüdə varlıqlara baxdığımız zaman bir canlı ilə cansızı ayırmaq qeyri-mümkündür. Çünki kainatın özündə belə bir fərq yoxdur. Çünki ikisi də müəyyən kimyəvi reaksiyaların meydana gətirdiyi bir “tamdır”. Bir dəmir oksigenin olduğu uyğun bir mühitdə davamlı olaraq paslanır. Eyni oksigen hüceyrələrimizin daxilində olan başqa bir kimyəvi maddə-karbohidratlarla reaksiyaya girərək enerji istehsalını təmin etməklə hüceyrənin “canlılığını” davam etdirir. Elə isə dəmiri “cansız”, hüceyrəni “canlı” edən nədir? İnsanlığın uydurduğu təriflər xaricində heç bir şey. İkisi də sadə atom və molekullar yığınıdır. Tək fərq bu kimyəvi reaksiyaların (“canlılar” içərisində reallaşırsa “biokimyəvi” reaksiyaların) cəmi əgər içərisində olduğu ya da total şəkildə meydana gətirdiyi varlığa yuxarıda sadalanan müəyyən xüsusiyyətləri verirsə o varlıq “canlı” olmaqdadır. Bu, insanın özünün uydurduğu əsassız (ancaq gündəlik ünsiyyətdə işə yarayan) bir sinifləndirmədir.

Bura qədər izah etdiklərimiz aydın ola bildisə, indi illərdir öyrəndiyimiz qəliblərə bir başqa zərbəni də yuxarıda verdiyimiz və demək olar ki hər fərd (və hətta təhsil sistemimiz) tərəfindən mənimsənilən “canlılığın xüsusiyyətləri” maddələrinə endirmək istəyirik. İndi hər birinə tək-tək və mümkün olduqca qısaca baxaraq böyük ölçüdə baxdığımızda canlılığın sözdə “müzakirə edilməz” qanunları olan bu maddələrin molekulyar səviyyədə cansızlıqdan ayıra bilməyəcəyimizi göstərəcəyik:  

1) Xarici qıcığa reaksiya vermə:
Bu, bəlkə də canlılıq tərifləri içində istifadə edilən ən mənasız maddədir. Çünki kainatdakı bildiyimiz fizika qaydalarına tabe olan hər bir varlıq xarici qıcığa reaksiya verir. Bu sadəcə “təsir-əks təsir qanunu”dur və 17-ci əsrdə İsak Nyuton tərəfindən kəşf edilən bir həqiqətdir. “Bir topun yerə dəyib qalxdığı zaman topun reaksiyasıyla bir insanın ani bir hərəkətə reaksiya verməsi birdirmi?” sualı sizə qəribə gələcək. Amma cavab sizi dahada heyrətləndirəcək: Bəli,birdir. Yalnız insanın vəziyyətində arada bir neçə vasitəçi iştirak edir. Belə ki:

Əlinizi sürətlə insanın üzünə toxundursanız demək olar ki, eyni anda insan geriyə çəkiləcək və gözlərini yumacaqdır. Təsirə reaksiya bu şəkildə təyin olunur. Böyük ölçüdə araşdırdığımızda bunun həqiqətən də bir topun yerə dəyib qalxmasından olduqca fərqli olduğunu düşünərik. Sanki bir “şüur”un xüsusilə o təsirdən qaçdığını hiss edərik. Halbuki, bu son dərəcə “cansız” bir hadisədir. Təsir (məsələn toxunan əl) üzə doğru yaxınlaşarkən ələ dəyən “cansız” işıq fotonları gözə işıq sürətilə çatır və qırılaraq işığa həssas hüceyrələr üzərinə düşürlər. Bu fotonların hər birinin fərqli bucaqlarda, fərqli hüceyrələrə düşməsi bu hüceyrələrdə fərqli dəyişiklərə səbəb olur. Bu dəyişiklər bəzi kimyəvi maddələrin işığın təsiri ilə reaksiyaya baçlamasından ibarətdir. Ancaq bu kimyəvi maddələrin dəyişməsi eyni zamanda bu hüceyrələrə bağlı olan sinir hüceyrələri üzərində hərəkət potensialı deyilən elektrokimyəvi (və tamamilə “cansız”) pulslar meydana gətirir. Bu elektrokimyəvi pulslar olduqca yüksək sürətdə beynə çatdırılır. Beyin gələn fərqli “puls kodları” (hər biri fərqli şiddətdəki pulslar sanki Morze əlifbası kimi beynə məlumat çatdırırlar) beyində olan sinir və qliya hüceyrələrində fərqli biokimyəvi reaksiyaların meydana gəlməsinə səbəb olur. Bu reaksiyalar da “cansız” olan kimyəvi dəyişmələrdir. Sadəcə elektrokimyəvi pulsların fərqli şiddət dəyərləri fərqli kimyəvi reaksiyaların reallaşa bilməsini təmin edir. Bunların nəticəsində yaranan kimyəvi məhsullar “təsir”ə qarşı “reaksiya” meydana gətirir. Yəni bu reaksiya sadəcə yeni bir elektrokimyəvi pulsun əmələ gəlməsidir. Bu puls eyni sürətlə lazımlı əzələlərə göndərilir (hansı əzələyə gedəcəyinin təyin olunması da oldiqca “cansız” bir hadisədir, beynin qıcıqlanan bölgələrində yaradılan reaksiyaların formalarına görə fərqli sinir yolları izlənilir) və bu əzələlərdə müəyyən biokimyəvi dəyişiklər reallaşır (bəzi ionlar hüceyrə içinə girir, bəziləri çölə çıxır). Bu səbəbdən gözlərimiz sürətlə bağlanır, bədənimiz geri çəkilir. Beləliklə bütün təsir-əks təsir hadisələri bu qədər “cansız” bir hadisədir.

Digər tərəfdən topun yerə düşüb qalxması hadisəsi də bizim düşünüb əhəmiyyətsiz hesab etdiyimiz qədər sadə bir hadisə deyil. Ya da yuxarıdakından çox da bəsit proses deyil. Klassik Fizika baxımından düşünsək, top yerə düşdüyündə “dəyir” və müəyyən bir qüvvənin təsiri altında geri qayıdır. Halbuki iş bundan ibarət deyil. Kvant Mexanikası sayəsində hər şeyi atom yığını olaraq düşünməyimiz lazım olduğunu bilirik. Bu səbəbdən top müəyyən tip atomları bir yerdə saxlayan bir yığındır. Yer də bənzər şəkildə çox müxtəlif atomları saxlayan nəhəng bir yığındır. Bu iki atom yığını qarşılaşmadan əvvəl və qarşılaşma reallaşana qədər bir-birlərini cəzb edirlər. Lakin atomlar kifayət qədər bir-birinə yaxınlaşdığında, yəni “dəymə” hadisəsi reallaşdığında əslində toqquşma atom ölçüsündə tək bir nöqtədə deyil, nəhəng bir həcmdə olur. Bu həcmdə atomlar bir-birinin içərisinə girirlər və topun bir qisimi ilə yer “bir” olur. Bu birlik nəticəsində atomun daxilində, nüvə ətrafında dolanan elektronlar bir-birlərinə çox yaxınlaşdıqlarından sürətli bir itələmə qüvvəsi meydana gəlir və elektronlar bir-birlərini itələyirlər. Və bir nöqtədə elektronların bir-birini itələmə qüvvəsi atomlararası cazibə qüvvəsindən üstün olduğundan topun geriyə doğru atılmasına səbəb olur. Yəni bir topun yerə dəyib qalxması hadisəsi yuxarıdakı təsir-əks təsir reaksiyası kimi o qədər də adi bir proses deyil.

Göründüyü kimi, atom səviyyəsində bir insanın təsirə verdiyi reaksiya ilə topun verdiyi reaksiya təməl olaraq bir-biriylə eynidir və hər ikisi olduqca çətin görünən, amma sadə qanunlarla açıqlana biləndir. Və hər ikisində də fövqəltəbii bir “ruh” ya da “can” müşahidə edilmir.
2) Çoxalma:

Yuxarıdakı izahat anlaşıldısa, digərlərini modelləşdirmək olduqca asan olacaq. Bu səbəbdən bunları daha qısa olaraq izah etməyə çalışacağıq.

Çoxalma (bu vəziyyətdə cinsi çoxalma nəzərdə tutulur, amma qeyri-cinsi çoxalma da bənzərdir), bilindiyi kimi genetik materialın köçürüldüyü cinsi hüceyrələrin birləşməsi nəticəsində reallaşan hadisənin adıdır. Nəticədə bu hadisəyə qatılan hər iki fərdin xüsusiyyətlərini daşıyan bir məhsul ortaya çıxır. Yaxşı bu hadisə “cansız” pillələrlə açıqlana bilinməzmi? Əlbəttə ki, açıqlana bilər.

“Hüceyrə” dediyimiz quruluş içərisində saysız kimyəvi proseslərin baş verdiyi bir fabrik kimidir. Bu reaksiyalar nəticəsində bir çox məhsul və dəyişiklik meydana gəlir. Və hüceyrə canlılığın təməl quruluş vahidi hesab olunur. Ancaq necə ki, içərisində nə qədər mürəkkəb proseslər olursa olsun bir fabrikə “canlı” demiriksə hüceyrəyə də hər hansı bir maddədən üstün ya da fərqliymiş kimi baxmaq müasir bir yanaşma olmayacaq. Çünki hüceyrəni hüceyrə edən bütün reaksiyalar eynilə dəmirin yanması kimi “cansız” reaksiyalardır və elə bir reaksiya yoxdur ki, dəmirin yanmasından fərqli bir şəkildə reallaşsın. Əgər elədirsə hüceyrənin “canlılığı” haradan başlayır? Heç bir yerdən. Dediyimiz kimi bu “canlılıq” iddiası tamamilə insan uydurması olan bir iddia, bir oxşatma, bir kateqoriyadır.

Bu hüceyrələr müəyyən kimyəvi reaksiyaların təsiri altında bölünürlər. Bu bölünmə əməliyyatı da tamamilə biokimyəvi reaksiyaların idarə etdiyi bir hadisədir. Müəyyən bir böyüklüyə çatdıqda qeyri-cinsi hüceyrələr mitozla, əgər bir cinsi hüceyrədirsə, müəyyən hormonların təsiri altında cinsi yolla çoxalmaq məqsədiylə meyozla bölünürlər. Bu iki bölünmə arasındakı tək fərq kimyəvi mərhələ fərqləridir. Nəticədə, cinsi çoxalma nəticəsində yaranan cinsi hüceyrə, məsələn spermatazoid tamamilə kimyəvi idarə nəticəsində yumurta hüceyrənin ifraz etdiyi kimyəvi maddələrə doğru fiziki qüvvələrin təsiriylə “çəkilir” və yenə tamamilə kimyəvi reaksiyalarla spermanın akrosomu əriyərək içərisindəki genləri yumurta hüceyrənin içərisinə köçürür. Yəni çoxalmanın da tək bir nöqtəsi belə kimya xaricində fövqəltəbii şəkildə ya da hər hansı bir xüsusi şəkildə reallaşmır.
3) Böyümə və inkişaf:

Yuxarıda açıqladığımız kimi mitoz yolla bölünən hüceyrələr xaricdən alınan maddələrlə böyüyərək sayca çoxalırlar. Bu hüceyrələrin bir yığın olaraq toplanması nəticəsində böyümə və inkişaf meydana gəlir. Hər iki hadisə genlər ilə nəzarət edilir. Bu genlərin oxunması və bu oxunma nəticəsində yaranan zülalların fəaliyyəti də tamamilə biyokimyəvi hadisədir. Burada da heç bir xüsusi vəziyyət yoxdur.  
4) Daxili tarazlığı qoruma (Homeostaz):
Təməl olaraq bir varlığın xarici amillərin təsirinə qarşı aktiv olaraq daxili bütünlüyünü qoruma xüsusiyyətinə deyilir. Bu prosesin də iş prinsipi əslində təsir-əks təsir hadisəsəsinin iş prinsipi ilə tamamilə eynidir. Təsir-əks təsir hadisəsi bəlli bir xüsusiyyət (məsələn refleks) əsasında daxili tarazlığı qoruma isə ümumiyyətlə bir orqanizm səviyyəsində baş verir. Burada əhəmiyyətli bir məqam var və müasir “canlı” anlayışının tərif edilə bilməsi üçün bu maddə əhəmiyyət kəsb edir. Bura dolayısıyla yenidən qayıdacağıq. Ancaq indidən yadda saxlamalısınız ki, daxili tarazlığın təmin edilə bilməsinin də tək yolu cansız kimyəvi fəaliyyətlərdir.  

5) Müəyyən bir struktura sahib olma:
Bu anlayış da indiki vaxtda müasir təriflər vermək üçün istifadə edilir, lakin tək başına, bu şəkliylə heç bir məna ifadə etmir. Yuxarıdakı və ümumi olaraq keçərli qəbul edilən, ancaq xətalı olan tərifin problemi də bu maddələri bir-birinə davamlı olaraq bağlamaması və maddələri doğru seçməməsidir. Birazdan, yuxarıdakı 4-cü maddə ilə birlikdə buna təkrar dönəcəyik.
6) Metabolik fəaliyyətləri reallaşdırma:

Bu xüsusiyyət də təyin ediciliyi olmayan, olduqca sadə, cansız reaksiyalar silsiləsidir. Məsələn “həzm” dediyimiz proses sadəcə olaraq qida dediyimiz kimyəvi maddələrin (məsələn nişastanın) müxtəlif kimyəvi fermentlərin təsiri altında daha kiçik hissəciklərə (məsələn qlükoza) bölünməsi və bu şəkildə hüceyrə içərisinə alınmasıdır. Və ya “tənəffüs” dediyimiz proses eynilə dəmirin yanması kimi həzm yoluyla əldə edilən qlükozanın oksigen ilə yandırılması deməkdir.
7) Adaptasiya:

Bunu canlılıq meyarları arasına əlavə etmək belə ciddi bir mübahisə mövzusudur. Çünki müəyyən bir seçmə amili olduğu müddətdə hər bir varlıq istər istəməz “adaptə olmaq” məcburiyyətindədir. Bir qaya parçası hal-hazırda olduğu mövqeyini qoruyarkən bənzər bir qaya parçasının bütünlüyünü qoruya bilməyərək parçalanması onun mühitə “adaptə olmadığı” fikirini ağıllara gətirir. Bənzər şəkildə günümüzdəki canlılarının hamısı olduqları mühitə müəyyən bir nisbətdə uyğunlaşa bildikləri üçün vardır, digərləri isə eynilə qaya kimi parçalanmış və bütünlüklərini itirmişlər. Bu baxımdan, adaptasiya yalnız canlılıq ilə məhdudlaşmayaraq bu maddədə açıqladığımız bütün varlıqların Təkamülə tabe olduğu fikirinə dəstək verir. Lakin mövzumuz olmadığı üçün bu haqda danışmayacağıq.

Bu səbəbdən yuxarıdakı maddələrə baxdığımızda hər zaman “canlı” olaraq adlandırdığımız varlıqları bu şəkildə təyin etməyimizin səbəbi olan maddələrin heç birinin təklikdə canlılıq ilə bir əlaqəsi yoxdur. Yaxşı, əgər xüsusiyyətlərin özlərinin canlılıq ilə əlaqəsi yoxdursa, bunlara sahib olan varlıqlar, digər varlıqlardan necə fərqli ola bilərlər?

Müasir canlı-cansız tərifi: Kimyəvi təkamül


Bu nöqtədə bir faktı görməyimiz şərtdir. Ətrafımızdakı bəzi varlıqlar digərlərinə görə olduqca aktivdirlər və bütünlüklərini digərlərinə görə daha müvəffəqiyyətlə qoruya bilirlər. Yaxşı, bu canlı-cansız fərqi üçün kafidirmi?

Xeyr! Müasir təyin etmədə belə canlı ilə cansızın özündə bir-biriylə tamamilə eyni olma həqiqəti yatır. Bu səbəbdən hansı tərif verilirsə verilsin, bu reallıq yaddan çıxarılmamalıdır. Canlı və cansızlar arasında heç bir fərq ola bilməz.

Lakin yenə də ən başından bəri ifadə etdiyimiz kimi istər anlatma asanlığı, istərsə də ətrafımızdakı varlıqların kateqoriyası üçün bir tərif lazımdır. Ancaq təkrar qeyd etsək, canlı ilə cansızı ayıran bir tərifin var olması çox da bir məna ifadə etmir. Son olaraq bura geri dönəcəyik amma varlıqlar arasında, bəlli bir xüsusiyyət xaricində heç bir fərq yoxdur. Yaxşı müasir bir canlılıq tərifi necə verilməlidir?
Bunun üçün, ən başdan bəri insanların etdiyi kimi ətrafa baxmaq lazımdır. Ətrafımızda bəzi varlıqların bütünlüklərini aktiv olaraq qoruya bildikləri və müəyyən, daha doğrusu nizamlı bir strukturları olduğunu görərik. Bunun xaricində bu strukturlar daxilindəki heç bir xüsusiyyətin (reaksiya vermə, maddələr mübadiləsiyə sahib olma və s.) yuxarıda qeyd etdiyimiz kimi digər hər hansı bir cansız hadisədən fərqsiz olduğunu görərik.

Yəni bir sıra varlıq qrupu ətraflarında meydana gələn dəyişikliklərə qarşı aktiv olaraq cavab verə bilir. Bu varlıqlar daha yaxından araşdırıldıqlarında, əslində cansızlardan fərqli olmaqla birlikdə, aşağıdakı iki xüsusiyyətə sahib olduqları da görülür:
1) Struktur: Bu anlayışa bir çox fərqli baxımdan yanaşmaq mümkündür. Ancaq bu nöqtədə bizim maraqlandığımız struktur tipi bütünlüyünü müəyyən bir səviyyəyə qədər qoruya bilən və xarici təsirlərə qarşı müəyyən bir səviyyəyə qədər dağılmayan bir strukturun olmasıdır. Kainatdakı hər varlıq fərqli xüsusiyyətə malik təsirlər nəticəsində atomlara (və ya daha böyük hissəciklərə) ayrılacaqdır. Bu həqiqət də bizə hər varlığın özündə eyni olduğunu və canlı ilə cansız ayrıseçkiliyinin təbiətdə aşkar olunmadığını göstərməkdədir.
2) Fəaliyyət: Müəyyən bir səviyyəyə qədər stabil olan quruluş içərisində təməl olaraq iki məqsədə (həyatda qalmaq və çoxalmaq) xidmət edəcək müxtəlif fəaliyyətlərin nizamlı olaraq davam etdirilməsi deməkdir. Bu fəaliyyətlər tamamilə biokimya əsaslı və texniki olaraq “cansız”dır. Bizlərin “canlı” tərifinin təyin oluna bilməsi üçün isə, strukturla birlikdə olmağı vacibdir.

Burada başa düşülməsi lazım olan ən əhəmiyyətli məsələ yuxarıdakı iki faktın mütləq şəkildə bir yerdə olmasıdır. Əgər bu faktların ikisi də bir yerdə olmursa, o varlığı, bizim “canlı” deyəcəyimiz kateqoriyaya daxil etmək doğru olmayacaq.

Bir az analiz edərək misallar göstərək: Qaya: Nəhəng bir qaya parçası düşünün. Bu qaya parçasının müəyyən bir strukturu var və bu struktur müəyyən bir səviyyədəki qüvvələr xaricində olduqca sabit və dəyişməzdir. Yəni asan qırılmır, dağılmır, parçalanmaır. Bu xüsusiyyəti ilə qaya canlılığın “struktur” meyarını təmin edir. Lakin bu struktur daxilində heç bir fəaliyyət yoxdur. Varlığını aktiv olaraq davam etdirməsinə imkan verəcək heç bir hadisə bünövrəsində reallaşmır. Bu baxımdan qaya dəqiq bir şəkildə cansız varlıqdır.
Ağcaqanad: Digər tərəfdən kiçik bir ağcaqanad müəyyən bir struktura malikdir və müəyyən bir səviyyəyə qədər qüvvələrə qarşı dayana bilir. Bu baxımdan, strukturu asanlıqla pozulmur və axtardığımız meyarı təmin edir. Eyni zamanda strukturu daxilində davamlı olaraq həyatda qalma və çoxalma istiqamətli bir fəaliyyət reallaşır. Bu fəaliyyətin tamamilə cansız reaksiyalarla icra edilməsinə baxmayaraq ən nəhayət həyatda qalma və çoxalma istiqamətlidir. Bu səbəbdən ağcaqanad iki meyarımıza da uyğun gələrək canlı varlıq olduğunu göstərir. Virus: Viruslar çox uzun müddətdir ki, canlı yoxsa cansız olduğu müzakirə edilməkdə olan, amma çox böyük nisbətdə “cansız” olduğu qəbul edilən varlıqlardır. Bizim verdiyimiz tərif daxilində virusların canlı ola bilməyəcəyi asanlıqla anlaşılmaqdadır. Çünki virusların bəlli bir hüceyrə xaricində varlıqlarını davam etdirərkən müəyyən bir strukturları daima vardır. Bir örtük içərisində müvəqqəti olaraq işə yaramayan bir genetik maddə davamlı olaraq bir tərəfdən digər tərəfə keçir. Ümumiyyətlə kristal (və dəqiq bir şəkildə cansız) quruluş içərisində hər hansı bir fəaliyyət olmadığı üçün (viruslar bir “ev” olmadan hər hansı bir fəaliyyət göstərə bilmirlər) virus ev çölündəykən cansızdır. Yaxşı bəs ev içərisindəykən? Bu dəfə də virusun örtüyü hüceyrənin xarici çəpərinə yapışır və genetik maddə hüceyrənin içərisinə axır. Bu genetik maddə (virusu təmsil etməkdədir) hər nə qədər artıq fəaliyyətə sahib olsa da özünə aid bir struktura sahib deyil. Bu səbəbdən virus hüceyrə daxilində də cansızdır. Buradan da aydın olur ki viruslar “canlı olmağa çox yaxın olmalarına baxmayaraq hələ ola bilməmiş cansız” varlıqlardır.
Yenidən təkrar etməkdə fayda görürük: Təbiətdə əslində bir ayrı-seçkilik yoxdur! Bu sinifləndirməni insan növü olaraq biz bir-birimizlə ünsiyyət qura bilmək və təbiətdəki varlıqları təsnif edə bilmək üçün yaratmışıq. Bu səbəbdən ümumi baxıldığında bir virus da bir insan da cansızdır! Əgər bir gün bir kömür parçası sinifləndirilə biləcək səviyyəyə çatacaq olsaydı (bu, hipotetik bir şərhdir), əmin olun ki, bu sinifləndirmə üçün istifadə etdiyi prioritetlər bizimkilərdən tamamilə fərqli olacaqdı. Ehtimalla almaz və qrafit imtiyazlı olacaq, digər quruluşlar ikinci planda qalacaqdı. Bizim sinifləndirməmizdə də canlılar ön plana alınmaqda, cansızlar ikincil planda tutulmaqdadır. Yaxşı bəs niyə belə bir ayrı-seçkilik görürük? Və burada qarşımıza “kimyəvi təkamül” anlayışı çıxır.




Kimyəvi Təkamül Təkamül Biologiyasının elmin və həyatın hər sahəsinə daxil olmasıyla birlikdə, elm adamlarının ortaya atdıqları son dərəcə həqiqi bir görüşdür. Bu görüşə görə cansız varlıqlar da təkamül keçirir və fərqli təsirlər nəticəsində fərqli varlıq qrupları meydana gəlir. Tək bir varlıq tipindən (maddədən və enerjidən) indiki vaxtda gördüyümüz “canlı” və “cansız” olaraq adlandırdığımız strukturların meydana gələ bilməsinin səbəbi ən başda, məsələn Yerin meydana gəlməsindən sonra bu varlıqların keçirdiyi fərqli kimyəvi təkamüllərdir.

Bu prizmadan baxıldığında bədənimizdə olan karbon ilə kömür içərisində olan karbon bir-biriylə tamamilə eynidir. Yaxşı bəs niyə bizdəki karbona görə biz “canlı” olarkən, kömür “canlı” ola bilmir? Bunu izah etməyin bir yolu yoxdur, çünki əslində arada bir fərq də yoxdur.

Lakin eyni karbona sahib varlıqların bir-birindən bu qədər fərqli xüsusiyyətlərə sahib ola bilməsinin səbəbi karbonun ən başlarda,Yerin  meydana gəlməsindən sonrakı 600 milyon il içərisində fərqli sahələrdə, fərqli şəkillərdə dəyişmiş olmasındadır. Məsələn koaservatların (ən ilkin hüceyrə quruluşu) tərkibindəki karbon günümüzə qədər gələcək Həyat Molekullarının təməlini meydana gətirərkən, torpağın altında yığılan karbon əvvəl kömürü və sonrasında almazı meydana gətirmişdir. Karbon əslində eyni karbondur, ancaq məhsul çox uzun dəyişmələr nəticəsində tamamilə fərqli hal almışdır. Beləliklə kimyəvi təkamül bu fərqliliyi açıqlaya bilər.
Nəticə:

Nəticə olaraq, canlılıq və cansızlıq yalnız təriflərdən ibarət olan iki varlıq tipidir. Bu iki varlıq tipi eynilə bütün canlıların ortaq bir atası olması kimi bütün varlıqların ortaq atası olan və ümumiyyətlə (və əminliklə) “cansız” olaraq düşünülən maddədən təkamülləşmiş iki varlıq tipidir. Özlüyündə ikisi də eyni cansız varlıqdan – maddədən (ya da enerjidən) meydana gəlir. Yalnız həddindən artıq uzun sürən dəyişikliklər onlar arasındakı bu dərin fərqləri doğurur. İndiki vaxtda insanın qeyri-adi (!) olduğunu “düşünməmizi” təmin edən “düşüncə” belə tamamilə cansız, elektrobiokimyəvi hadisələr zənciri ilə asanlıqla açıqlana bilər.

Təbiətdə heç bir varlığın fövqəltəbii xüsusiyyətinə rast gəlinməmişdir və indiyə qədər ortaya atılan bütün fövqəltəbii iddialar, elmi gerçəklərlə düzəldilmiş və təsirsiz buraxılmışdır. Canlılıq və cansızlıq hər nə qədər gündəlik həyatda sıxlıqla əks anlamlar kimi istifadə edilsə də bir-biriylə tamamilə eyni quruluşa sahib olan, yalnız xüsusiləşmə və dəyişmə mövzusunda fərqliləşmiş olan varlıq tipləridir.

Bunu anlayan bir kəs Darvinin həyəcan və heyranlıqla ifadə etdiyi bu həyat fikirindəki möhtəşəmliyi fərq edə biləcəkdir. Üstəlik bu möhtəşəmliyin gücünü artıran bu həyat görüşünün təbiətdən və tam gerçəklərdən dəstək aldığının şahidi olacaqdır.

Müəllif: Həyatın təkamülü

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: