Abiogenez

Abiogenez haqqında son biliklərimiz

Abiogenez nəzəriyyəsinə görə ilk olaraq RNT yaranmışdır. Hazırkı elmi məlumatlara görə ilk uzun RNT zənciri genetik məlumat daşıyır və kimyəvi reaksiyalarda katalizator rolu oynayırdı. Bu iki funksiya həyatın təkamülü üçün əsaslardan biridir. Lakin RNT zəncirinin özünün necə yarandığı, necə yayıldığı və “RNT dünyası”na necə yol açdığı qaranlıq qalırdı.
RNT 4 fərqli fundamentdən ibarətdir: adenin, quanin, urasil, sitozin. 8 il öncə ingilis kimyaçı Con Saderlandın başçılıq etdiyi qrup primidinlər olaraq da bilinən Sitozin və Urasilin sintezlənə biləcəyi bir yol təklif etdi. Lakin bu üsul adenin və quaninin necə sintezləndiyi haqqında məlumat vermirdi. 1972-də isə ingilis kimyaçı Lesli Orqel və əməkdaşları purinlərin yaranmasında bir yol təqdim etdilər. Lakin bu üsulsa da çox az miqdarda həyata yol açacaq purin əldə edilmişdir.
Karel və əməkdaşları DNT-nin necə zərər gördüyü barədə araşdırma edirdilər. DNT RNT ilə çox bənzərdir, sadəcə urasil əvəzinə timin ehtiva edir. Qrup formamidopirimidinin (FaPy) adlı birləşmənin DNT ilə necə qarşılıqlı təsirdə olduğunu və purinlərdən necə yarandığını öyrənirdi. Beləliklə, qrup erkən Yer şərtlərinə nəzər salaraq “FaPy”lərin və purinlərin necə yarandığını araşdırmağa başlamışdır.
İlk addım asan idi. Bunun üçün sadəcə hidrogensianid və su lazımdır. Hidrogensianid sadəcə üç atomdan – hidrogen, azot və karbondan ibarət sadə bir molekuldur və ilk Yer şərtlərində geniş yayıldığı düşünülür. Asanlıqla su ilə reaksiyaya girərək aminlər adlanan müxtəlif kimyəvi maddələr qruplarını ehtiva edən aminoprimidinləri yaradır. Normal olaraq bu aminlər təsadüfü reaksiyaya girərək müxtəlif kombinasiyalarda birləşmələr yaradırlar. Lakin bu halda da purinlərin yaranması mümkün deyildi.
Böyük problem kimi görünsə də həlli çox sadə oldu. Cavab o zamanlar Yerdə geniş yayılmış turşular idi. Turşunun az hissəsi belə aminlərlə qarşılıqlı təsir zamanı bir proton verir və bu proton demək olar ki, bütün amin qruplarının aktivliyini öldürür və yerdə bir neçə qrup qalır ki, bu da purinlərin yaranması üçün kifayətdir.
Hamısı bu da deyil. Elm bu gün laboratoriyalarda bunları sınaqdan keçirə bilir. Üstəgəl keçən il kometə enən Rozettanın Flip zondu da bu məlumatlara uyğun məlumatlar qeyd edib.
 
Bu yaxınlarda adenin və quanin purinlərinin necə əmələ gəlməsi üçün Münhen Ludwig Maximilian Universitetinin bir qrup kimyaçıları yeni bir iddia irəli sürüblər. Kometlərdə olan qarışqa turşusu komet Yerin atmosferinə daxil olarkən orada əvvəlcədən mövcud olan purinlərlə reaskiyaya girib daha çox purin yarada bilərdi. Həmin yeni əmələ gələn purinlərin içinə adenin və quanin də daxildir. Lakin hələ görüləsi iş vardır. Urasil və sitozinin purinlərinin yaranma şəraiti adenin və quanin purinlərinkindən fərqlidir. Bu 4 fundamentin birləşib necə RNT əmələ gətirdiyi də hələ qaranlıq bir məqamdır. 
 
Bundan əlavə, RNT-nin əmələ gəlməsi üçün vacib olan riboza Yerdə həyat yaranmadan öncə mövcud deyildi. Lakin Fransadakı Nice Sophia Antipolis Universitetindəki kimyaçılar da bir təcrübədə ribozanın kosmosda təbii şəraitdə yarana biləcəyini göstəriblər. Təcrübədə suni komet yaratmaq üçün alimlər suyu, metanolu və ammonyakı -195 dərəcəyə qədər soyudublar. Bundan sonra isə yeni doğulmuş bir ulduzun kometə göstərdiyi radiasiyanı təkrarlamaq üçün suni kometə ultrabənövşəyi işıq ilə təsir ediblər. Sonuncu mərhələ isə kometi yenidən qızdırmaq və hansı molekulların yarandığına baxmaq olub. Komanda 55 molekul aşkar edib, onlardan biri də riboza olub. Bu təcrübə dəfələrlə edilib, lakin bu dəfə komanda individual molekulları aşkar etmək üçün daha asan və yeni bir üsuldan, çoxölçülü qaz xromatoqrafiyasından istifadə edib.
 

Mənbələr və yararlı keçidlər:

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: