Həyatın təkamülüMaraqlı

Hokinq: “İqtisadi bərabərsizlik planetimiz üçün təhlükədir”

Məşhur britaniyalı nəzəri fizik Stiven Hokinq The Guardian'a verdiyi açıqlamasında artmaqda olan iqtisadi bərabərsizlik və onun fəsadları ilə bağlı fikirlərini bölüşüb.

Məşhur britaniyalı nəzəri fizik Stiven Hokinq The Guardian‘a verdiyi açıqlamasında artmaqda olan iqtisadi bərabərsizlik və onun fəsadları ilə bağlı fikirlərini bölüşüb.

Nüfuzlu elm populyarizatoru 2016-cı ilin əsas siyasi hadisələri olan Brexit və ABŞ prezident seçkiləri nəticələri əsasında belə qənaətə gəldiyini bildirir və bütün bunları elit təbəqə, orta təbəqə və işçi sinfi arasındaki artmaqda olan parçalanma ilə əlaqələndirir. Hokinqin rəyinə görə, istehsalatın robotlaşdırılması, habelə insan resurslarının yüksək qazanc əldə edilməsi zəruriliyinin yoxluğu cəmiyyətdə parçalanmaya səbəb olur.

Kiçik qrupu təmsil edən sahibkarlar internet və rəqəmsal texnologiyalar köməyilə böyük mənfəət əldə etməklə yanaşı, işə bacardıqları qədər az əməkdaş götürməyə üstünlük verirlər. Fizikin dediyinə görə, bunlar qaçılmaz olaraq inkişafa səbəb olur, amma eyni zamanda sosial məhvə gətirib çıxara bilər.

Artıq insanların müasir cəmiyyətin dəyişikliklərilə barışmadıqlarının bariz nümunəsi ABŞ-daki son prezident seçkiləri və Britaniyadaki Brexit səsverməsinin nəticələridir. Stiven Hokinq bəşəriyyətin, öz tarixi ərzindəki ən təhlükəli dövrünə qədəm qoyduğunu qeyd edir. Hesab edir ki, bütün sosial və iqtisadi problemlərin həlli mümkündür, lakin bunun üçün bütün dünya ölkələrinin birləşməsi və cəmiyyəti bir-birindən ayıran təbəqələrin aradan qaldırılması zəruridir.

“Xeyli mümkündür ki, növbəti bir neçə yüz il ərzində digər ulduzlarda insan kaloniyaları quracağıq, indi isə bizim yalnız bir planetimiz var və onu qorumaq üçün bütün səylərimizi birləşdirməliyik”, – Hokinq deyir. – “Bunun üçün özümüz və ölkələr arasındaki baryerləri qaldırmamalı, əksinə yıxmalıyıq.”

Qeyd etmək vacibdir ki, daha əvvəl Stiven Hokinq intervyuda gələcəyin siyasəti və iqtisadiyyatı mövzusuna toxunduqda, əslində kapitalizmdən qorxmalı olduğumuzu etiraf etmişdi. Nəzəri fizik hesab edirdi ki, bəşəriyyətin qarşısındaki ən böyük təhlükə robotlaşdırılmış iqtisadiyyat deyil, xəsis insanlardır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
The Guardian
Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

2 thoughts on “Hokinq: “İqtisadi bərabərsizlik planetimiz üçün təhlükədir””

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: