Beyin/PsixologiyaElmi xəbərlərHəyatın təkamülü

Yuxularımıza necə nəzarət edə bilərik?

Şüurlu yuxular – insanın özünü dərk etdiyi və baş verən qeyri-real hadisələri nəzarət altında saxladığı, çox nadir rast gəlinən yuxu növünə deyilir. Alimlər istəkli şəkildə belə yuxular görmək üçün beynin elektrik stimulyasiyasını istifadə etməyin kifayət etdiyini bildirirlər.
 
Yeni tədqiqatlar göstərir ki, yatan insanları 40 Hs (hers) tezliyindəki elektrik cərəyanı ilə stimulyasiya etdikdə, eksperimentdəkilərin 77%-i şüurlu yuxu görməyə başlayır.
“Onlar çox həyəcanlı idilər. Həmin yuxu haqqında çox şey danışa bilmədilər, amma deyirdilər ki, yuxu aydın idi, sanki özlərinin yuxuda yatdıqlarını görürdülər”, – Frankfurt Universitetindən olan Ursula Foss qeyd edir.
Şüurlu yuxuları şüurun iki halının birgə fəaliyyəti kimi təsəvvür etmək olar: birincisi – yuxudaki şüur, ikincisi isə oyaq olduqdaki, qavrayışın və nəzarətin daha yüksək olduğu şüur. İnsan oyaq olduqda özü, keçmişi, gələcəyi və s. haqda düşünməyə başlayır. Bu, məhz oyaq şüurun adi halıdır. Şüurlu yuxularda biz faktiki olaraq qavrayışımızın elementləri və refleksiyalarını yuxuya ötürürük.
 
Şüurun iki müxtəlif halının birgə fəaliyyətini EEQ (elektroensefaloqramma) vasitəsilə qeydə alınan beyin dalğalarının öyrənilməsində daha yaxşı anlayırıq. Normal yuxuları olan insanların EEQ göstəriciləri alimlərə məlumdur. Lakin şüurlu yuxularda insanların EEQ-lərində qamma-diapazonda dalğalar meydana gəlir, hansılar ki oyaq insanın beyin göstəricilərinə tipikdir. Belə dalğalar adi yuxularda praktiki olaraq yox olur.
 
Eksperiment prosesində 27 könüllü iştirakçının başına elektrodlar taxıldı. Bundan əvvəl onların heç birisi şüurlu yuxu təcrübəsi yaşamamışdı. Elektrodlardan ötürülən elektrik cərəyan beynin ön qabığını stimulyasiya edərək, şüurlu yuxularda olduğu kimi, qamma-dalğaları süni şəkildə aktivləşdirməli idi.
 
Stimulyasiya 2-100 Hs tezliyində tətbiq edilirdi. Bir neçə dəqiqə sonra eksperimentdəkiləri oyadaraq, hansı yuxuları gördüklərini danışmalarını istədilər. Nəticədə beynin qamma aktivliyinin 25-40 Hs elektrostimulyasiya tezliyində artdığı məlum oldu. Digər tezliklərdə isə EEQ-də hər hansı bir dəyişiklik qeydə alınmadı.
 
Yeni üsul şüurlu yuxular fenomenini daha yaxşı öyrənmək üstünlüyü qazandırır. Bundan başqa gecə kabusları və qarabasmalar kimi hadisələrin müalicəsində də istifadə edilə bilər. Xəstələr, öz şüurlarına nəzarət edərək, yuxudaki hadisələrin istiqamətini dəyişdirə və hətta ən qorxulu yuxuları belə maraqlı xəyali macəralara çevirə biləcəklər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: