Beyin/PsixologiyaElmi xəbərlərHəyatın təkamülü

Yaddaş qabiliyyətində qadınlar kişiləri üstələyir

Amerikalı alimlərin dediyinə görə, qadınlar yaddaş testləri nəticələrində artıq kişiləri geridə qoyur. Bəşəriyyətin ikinci gözəl yarısı hətta menopauza dövründə belə yaddaşla bağlı məsələlərdə kişilərdən üstündür.

Koqnitiv sahədə genderlərarası fərqlərə olan maraq o cümlədən kişi və qadınların hormonal fonundaki xüsusiyyətlərilə əlaqəlidir. Qadınlarda böyük həcmdə estrogen hasil olunur ki, bunlar da dofamin, serotonin və qamma-aminoyağ turşusunun neyromediator istehsalını tənzimləyir. Postmenopauza dövründə estrogenlərin azalması əhval pozuntusu və yaddaş zəifləməsinə gətirib çıxara bilər. Lakin bu təsirin mexanizmi sonacan öyrənilməyib.

Daha əvvəlki araşdırmalardan bəlli olub ki, yaşından asılı olmayaraq qadınlar tələsik verbal cavablama məsələlərində kişilərlə müqayisədə daha uğurludur, həmçinin daha məhsuldar qısamüddətli və operativ yaddaşa malikdirlər. Bu, qadınlara xüsusilə çoxməsələli şərtlərdə effektiv davranmağa imkan yaradır. Bundan daha əvvəl isə məlum olmuşdu ki, qadınların yadda saxlama strategiyası menstruasiya tsikli fazalarından asılı olaraq fərqlənə bilər. Belə ki, tsiklin pik nöqtəsində onlar daha çox sözləri yadda saxlamada uğurludurlarsa, tsiklin sonunda əsasən “məkan” məsələləri həllində effektiv nəticələr göstərirlər.

Şimali Amerika icmasından olan alimlərin yeni tədqiqatında 45-55 yaş arası 212 kişi və qadının yaddaş bacarığı müqayisə edilib. İştirakçıların hər birisi kliniki yoxlamadan keçdikdən sonra, onlara epizodik yaddaş qiyməti, icraedici funksiyalar, semantik bərpa və verbal intellektlə bağlı psixoloji testlər verilib. Qadınlar bundan savayı menopauza statusu qiymətləndirilməsindən də keçiblər.

Nəticələrə əsasən, kişilərlə müqayisədə qadınlar ortalama olaraq bütün sınaqların öhdəsindən daha yaxşı gəlib – menopauza statusundan asılı olmayaraq. Lakin qrup içərisində bəzi fərqliliklər aşkar olunub: konsolidasiya (qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçid) funksiyaları və xatirələrin qorunub-saxlanması kimi bacarıqlar dəyişməsə də, menopauza dövründə qadınlar informasiyanın beyindən xaric edilməsi və öyrənmə bacarığı məsələlərində bir sıra kiçik çətinliklərlə üzləşiblər. Müəlliflər qeyd edir ki, bu vəziyyət yaşla əlaqədar hippokamp həcminin kiçilməsindən də asılı ola bilər.

Növbəti addım orta yaşlı qadınların üzləşdiyi yaddaş pozuntuları mexanizmlərinin öyrənilməsi olacaq. Maraqlıdır ki, alimlər yetkin qadınlarda müşahidə olunan fikir “dumanlığının” Altshaymer kimi neyrodegenerativ xəstəliklər riskindən xəbər verə biləcəyini hesab edirlər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: