Elmi xəbərlər

Teslanın nəhəng bateryası 1000 km uzaqlıqda olan uğursuz kömür stansiyasının boşluğunu doldurur

Avstraliyada Tesla tərəfindən inşa edilən dünyanın ən böyük lityum-ion batareyası, 1000 kilometr uzaqlıqdakı bir kömür stansiyasının boşluğunu doldurur

Avstraliyada Tesla tərəfindən inşa edilən dünyanın ən böyük lityum-ion batareyası, 1000 kilometr uzaqlıqdakı bir kömür stansiyasının boşluğunu doldurur. Avstraliyanın Renew Economy saytına görə, Loy Yang kömür stansiyasında 14 dekabrda yaranmış nasazlığa görə enerji istehsalı 560 MW azaldı. Cari elektrik cərəyanının bir anda azalması elektrik cərəyan tezliyini 50 Hz-dan 49,8 Hz-ə qədər düşməsinə səbəb oldu. Bu fövqəladə hallardan ötəri Teslanın Powerpack sistemi tətbiq edilməyə başlandı.
 
Əraziyə 1000 kilometr uzaqlıqdan 7 MVt enerji göndərən, 100 MVt gücündə olan Powerpack, tezliyin 50 Hz-ə artmasını təmin etdi. Mashable saytına müsahibə verən Avstraliyanın Enerji Naziri Tom Koutsantonis, Hornsdale Külək stansiyası ilə əlaqəli olan Powerpack’ın zəruri hallarda 0,14 saniyə ərzində şəbəkəyə 100 MW güc təmin edə biləcəyini deyir.Tom Koutsantonis digər elektrik stansiyalarına nisbətən çox sürətli olduğunu bildirir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Via
BBC
Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: