Beyin/PsixologiyaElmi xəbərlərHəyatın təkamülü

Tənhalıq 14-27% nisbətində irsidir

Tənhalıq – digər insanlarla müsbət emosional əlaqələrin yoxluğu təəssüratı ilə bağlı biopsixososial əlamətdir. İncəsənətdə geniş təmsil olunmasına baxmayaraq, tənhalıq fenomeni zəif empirik bazaya malikdir və adətən mühit təsiri mövqeyindən öyrənilir. Daha əvvəl aparılmış əkizlərlə bağlı araşdırmada alimlər tənhalığa səbəb olan mümkün genləri müəyyənləşdirib, əlamətin irsilik göstəricilərini 37-55% nisbətində qiymətləndirmişdi.

Yeni tədqiqatda alimlər bu dəfə əlli yaşdan yuxarı 10.760 insanın genetik və fenotipik məlumatlarını analiz ediblər. DNT analizindən savayı araşdırmada subyektiv sosial status qiyməti ilə bağlı sorğu da yer alıb. İntervyu alınan kəslər mövzudan kənar üç açıq sualı cavablandırmaları idilər: “Dostluq əlaqələrinizin sizə bəs etmədiyini tez-tez hiss edirsiniz?”, “Özünüzü tez-tez rədd edilmiş kimi hiss edirsiniz?”“Özününü tez-tez təcrid olunmuş kimi hiss edirsiniz?”.


Genetik analiz və sorğu nəticələri müqayisəsi göstərir ki, tənhalığın irsi dəyəri əvvəl hesab edildiyindən daha az, 14-27% aralığında dəyişir. Daha əvvəl təklif olunan genlərdən (BDNF, Rora, IL-1A və s.) heç birinin tənhalıq əlaməti ilə assosiasiya edilmədiyi aydın olub. Üstəlik alimlər tənhalığın neyrotizm və depressiv simptomatika ilə aralarında bir-birinə bağlılıq olduğunu aşkar ediblər. Tənhalığın ekstraversiya, şizofreniya və bipolyar affektiv pozğunluqla isə korrelyasiyası daha zəifdir.


Tədqiqatın müəllifləri qeyd edir ki, tənhalıq böyük ölçüdə poligen əsaslı fenotipik əlamətdir. Öz növbəsində tənhalığın tez-tez yüksək nevrotizasiya səviyyəsi ilə əlaqələndirilməsi bu əlamətin formalaşmasında neqativ affektivlik rolu oynaya bilər. Əldə edilən nəticələrin müsbət ictimai əlaqələrin genetik əsasının müəyyənləşdirilməsi ilə bağlı tədqiqatlarda kömək olacağı hesab edilir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: