Elmi xəbərlər

Süni embrion (Biobag)

Fotoşəkildə gördüyünüz müxtəlif yerlərinə borular bağlanmış böyük bir saxlama torbası kimi görünən şeyin içindəki quzu, eynilə ana bətnində olduğu kimi inkişafını davam etdirir. Süni rəhm inkişaf etdirmək istiqamətli ilk addımı atan araşdırmaya görə, bala dörd həftə içərisində gözlərini açmış, udqunmağı öyrənmiş, tükləri çıxmış, ciyər və beyini inkişaf etmiş, hərəkət etməyə başlamışdır. İnkişaf etdirilən bu cihaz, bir gün preterm körpələrin uşaqlıqdan kənarda inkişafının tamamlanmasına kömək ola bilər, lakin hələlik yalnız quzularda test edilir. Süni bətnlərdə körpə büyüdülərək hamiləliyin sağlamlıq riskini ortadan qaldıran bir dünyanı xəyal etmək cazibədar gələ bilər ancaq, daha çox məlumata, araşdırmaya və praktikaya ehtiyacımız olduğu qətidir. Bir embrionu, erkən inkişaf müddətindən götürüb, onu ana olmayan süni bir mühitdə inkişaf etdirmək tam mənasıyla bir fantastika kimidir.

 

 

Ancaq nəticələri Nature Communications’da dərc edilən araşdrıma fantastikanı gerçəyə çevirdi. Balanın təbii doğumdan aylar əvvəl, uşaqlığa bənzər bir ətrafda inkişafını tamamlamasını və doğum edilməsini mümkün edən xarici mühit rəhminə araşdırmaçılar, “Biobag” (biotorba) adını verdilər. Biobag, əslində tam mənasıyla bir ana rəhm kimi deyil, lakin bir rəhmdə olan bəzi əsas oxşar parçaları saxlayır. Dölü qucaqlayan və onu xarici dünyadan qoruyan təmiz bir plastik torba, eynilə uşaqlıqda olduğu kimi bir vəzifə boynuna götürür. Torbanın içərisindəki elektrolit məhlul, eynilə uşaqlıqdakı amniyotik mayeyə bənzər bir funksiya həyata keçirir. Bununla yanaşı dölün qanını hərəkət etdirməsi, oksigen və karbondioksid dəyişməsini etmək üçün transfer boruları var. Pretrem doğumlar, bəzi uşaqlarda ölümə səbəb olur. Araşdırmaçılara görə, Biobag həddindən artıq erkən doğulmuş körpələr üçün uyğun baxım və inkişaf mühitini təmin edəcək şəkildə inkişaf etdirilə bilər. Erkən doğumlar ana bədəni xaricindəki balalar üçün sıx bir qayğı dəstəyi tələb edir. Doğumdan sonra həyatda qalan körpələr, mexaniki ventilyasiya (ventilyasiya), dərmanlar, qidalanma və maye dəstəyinə ehtiyac hiss edirlər. Əgər ki reanimasiyadan çıxarılsa, körpələrin hələ orqan sistemlərinin tam inkişaf etməməsindən qaynaqlanan bir sıra sağlamlıq problemi ilə qarşılaşmaq olar.

 

 

Biobag Necə İşləyir?

Elm adamları illərdir preterm bir körpənin inkişafını davam etdirməsi üçün daha təbii bir mühit meydana gətirəcək süni bir rəhm inkişaf etdirməyə çalışır. Bu müddətdə də bəzi çətinliklər ortaya çıxır. Bunlardan ən əhəmiyyətlisi qan dövranıdır. Ananı fetala bağlayan qan axışını və oksigen-karbondioksid dəyişməsini təmin edən kompleks dövran sistemini yenidən yaratmaq olduqca çətindir. Çünki qan balaya kafi təzyiqdə təmin edilməlidir, bu səbəbdən biraz artıq təzyiq balanın ürəyinə zərər verə bilər. Bu problemi həll etmək üçün tədqiqatçılar nasos bir dövran sistemi meydana gətirdilər. Qrup, dölün göbək bağı qan damarlarını yeni bir oksigenator növünə bağladı və qanın sistem üzərindən düzgün bir şəkildə hərəkətini mümkün hala gətirdi. Əslində sistem, körpənin ürək atışının, başqa bir nasos olmadan qan axışına güc təmin etmək üçün kifayət qədər olmasını təmin etdi. Həll edilməsi lazım olan bir başqa problem isə, açıq inkubator preterm körpələrin yeni doğulmuş reanimasiya şöbəsində qarşılaşdığı infeksiya riskidir.

 

Bu problemin də torba və süni amniyotik maye ilə həll tapıldı. Maye, eynilə uşqlıqda olduğu kimi torbanın içinə girir və içəridəki tullantılar boşaldılır. Bu da, körpəni xəstəxanada yoluxucu mikroblardan qorumaq və dölün inkişaf edən ağciyərlərini maye ilə doldurmağa yarayır. Araşdırma qrupu inkişaf etdirdikləri bu süni rahimi, doğumuna 105-dən 120 qalmış (insanlar üçün hamiləliyin 22 – 24 həftələri arasına bərabər dəyər) 8 quzu uşaqlığında dörd həftə ərzində test etdilər. Dörd həftədən sonra\ araşdırmaçılar; eynilə reanimasiya şöbəsində olduğu kimi nizamlı bir ventilatorla dəyişmə təmin etdilər.

 

 

Təkamül nəticələri nə ola bilər?

Cihazın, insan törəməsinə və növün davamlılığında nə kimi üstünlükləri və mənfi cəhətləri ortaya çıxaracağını isə hələ öz qeyri-müəyyənliyini qoruyur. Keçmişdə, böyük bədənli körpələr və dar çanaq böyüklüyünə sahib anaların hər ikisi də doğum sancısından ölə bilirdi. Bu tərz problemlər tibbi müdaxilə olmadan ümumiyyətlə ölümcüldür və bu vəziyyət təkamül baxımdan bir seçimdir. Ancaq keysəriyyə doğumuyla artıq bu sancıdan qaynaqlanan ölüm nisbəti da azalmış vəziyyətdədi. Lakin, keysəriyyə doğumlarla yanaşı, bu vəziyyət dar çanaq sümüyü quruluşuna sahib anaların “risk” altındakı genlərinin də gələcək nəsillərə ötürməsi mənasını verir. Biobag, erkən doğumla dünyaya gəlmiş balaların həyatda qalmasını mümkün hala gətirərkən, insan növünün təkamülünü də şübhəsiz istiqamətləndirmələrdə rol oynayacaq. Məqsədimiz əlbəttə ki, tibbi müdaxiləni tənqid etmək deyil, lakin bunun təkamül bir təsirinin olacağını da deməliyik. Bu təkamül meyllənmə çox yavaş da olsa davam edəcək. Ancaq bu meylin də sərhədləri var və bu səbəbdən normal doğumun müəyyən bir müddət sonra yox olma meyliliyinin göstərəcəyini indidən deyə bilmərik.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: