Elmi xəbərlər

Süni DNT-ə sahib orqanizm istehsal olunub

Əldə edilən bu mühəndislik məhsulu bakteriyanın DNT-i təbiətdə olmayan komponentlərdən ibarətdir. Bu ixtira ilə gələcəkdə sadə orqanizmlər bu yolla çoxaldılaraq dərman istehsalında istifadə oluna bilər.

DNT canlı orqanizmlərin hüceyrələrində olan 4 təməl əsas komponentdən əmələ gələn (adenin (A), timin (T), quanin (G), sitozin (C) ) genetik kodu daşıyan azot əsaslarıdır. Bu əsasların düzülüşü ilə DNT cüt sarmaşıq struktura sahibdir. Alimlər bu fundamental 4 əsasa əlavə olaraq X və Y olaraq bilinən iki yeni əsas da əlavə edərək mühəndislik məhsulu bir bakteriya yaradıblar və DNT-ini kopiyalayaraq həyatda qalmasını təmin ediblər.

Eyni alimlər tərəfindən 2014-ci ildə E. coli bakteriyasının genomunda dəyişiklik edilərək X və Y komponentlərinə sahib bakteriya yaradılmışdı. Bu dəyişikliyə məruz qalmış E. coli bakteriyası genomunda X və Y əsaslarını daşıdığı halda bölündükdən sonra DNT-indaki süni qisimləri itirdiyi müşahidə edilmişdi. Araşdırmaçılar işi davam etdirərək bakteriya üzərində əlavə dəyişikliklər etmişlər. İlk böyük dəyişiklik daha təsirli bir şəkildə hüceyrə pərdəsini keçə bilən, süni nukleotid ehtiva edən molekulun bakteriya tərəfindən tanınmasıdır. Bu hadisə hüceyrənin bölünməsi zamanı bu yeni əsas turşu cütünü DNT strukturunda saxlaya bilməsi mənasını verir.

Bundan sonra alimlər Y nukleotidi üzərində dəyişiklik etmişlər. Bu dəyişiklik hüceyrə bölünməsi zamanı Y əsasının DNT-nin özünü kopyalaması zamanı (replikasiya) müəyyən fermentlər tərəfindən daha yaxşı tanınmasının təmin edilməsidir. Nəhayət, bu orqanizm üçün CRISPR-Cas9 metodu istifadə edilərək gedərək artan nisbətdə bir tənzimləmə mexanizmi yaradılıb. Yeni bölünən hüceyrələrdə istifadə edilən bu mexanizm ilə X və Y əsası olmayan hüceyrələr müəyyən edilərək məhv edilir.

Bu dəyişikliklərlə birlikdə süni DNT-ə sahib bakteriya genomunda 60 bölünmədən sonra belə itirilməmişdir. Bu nəticənin süni DNT-ə sahib bakteriyanın dözümlülüyünü qoruduğuna dair yaxşı bir işarə olduğu düşünülməkdədir. “Proceedings of the National Academy of Sciences”da nəşr olunan bu araşdırmalarda iştirak edən alimlərdən biri olan Floyd Romezberq gələcəkdə əldə edilə biləcək yeni funksiyalara sahib tək hüceyrəli canlılar ilə dərman kəşflərinin yeni zülal istehsalının və daha çox şeylərin mümkün ola biləcəyini ifadə edir.

 

Qaynaqlar: 
  1. IFLSCIENCE
  2. PHYS
  3. PNAS 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Taryel Abdullayev

I graduated from the National Aviation Academy. I write articles for Green Science (Yaşıl Elm) – science platform and try to popularize science. My goal is to form rational reasoning and to create love for science in our society. Futhermore, I fight against stereotypes of the past.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: