AstronomiyaElmi xəbərlər

Stiven Hokinqin yayımlanmamış məqaləsi paralel kainatların sirrini aça bilər

76 yaşında həyatını itirən İngilis fizika professoru Stiven Hokinqin nəşr olunmamış bir araşdırma məqaləsini miras qaldığı ortaya çıxdı

76 yaşında həyatını itirən İngilis fizika professoru Stiven Hokinqin nəşr olunmamış bir araşdırma məqaləsinin miras qaldığı ortaya çıxdı. Bəzi ekspertlərin fikrincə, Stiven Hokinqin bu məqaləsində bəhs edilən yeni nəzəriyyəs digər kainatların varlığının sirrini işıqlandıra bilər. İngiltərədə çıxan Times qəzetinin xəbərinə görə Belçikadakı KU Leuven Universitetindən olan nəzəri fizika professoru Tomas Hertoq Stiven Hokinq ilə yazdığı bu məqalənin elmi bir jurnal tərəfindən qiymətləndirildiyini bildirir.
Bu məqalə Stiven Hokinqin 1983-cü ildəki Böyük Partlayış nəzəriyyəsində bəhs etdiyi paralel kainatlar nəzəriyyəsinin daha təkmilləşmiş halıdır.  “Sonsuz inflyasiyadan yumşaq çıxış” adı verilən məqalədə çoxlu Böytük Partlayışların izini tapmaq üçün lazım olan kosmik kəşfiyyat vasitələrinin nələrə sahib olmasına dair riyaziyyatcılara yeni fikir verir.
 
Professor Tomas Hertoq Hokinq ilə birlikdə ortaq bir araşdırma etdiklərini və Hokinqlə işləməklə bağlı son razılığını almaq üçün ölümündən qısa zaman əvvəl görüşdüklərini dedi. Məşhur ingilis nəzəriyyəçi kosmik elmlər, qara dəliklər və kvant fizikası ilə bağlı işləri ilə tanınırdı. Hokinqə 22 yaşında tutduğu xəstəliyə görə  yalnız iki il ömrünün qaldığını bildirsələr də o, 76 yaşına qədər elmi işlərin davam etdirdi və bir çox nəzəriyyə və kitablara imzasını atdı.
 
Hokinq kosmosla bağlı fikirlərini belə ifadə edirdi:
” Yer üzündə həyatın, anidən ortaya çıxacaq bir nüvə müharibəsi,genetik cəhətdən dəyişdirilmiş bir virus kimi fəlakətlər və gedərək artan başqa təhlükələrlə yox olma təhdidi ilə qarşı qarşıya qaldığına inanıram. İnsanoğlunun kosmosa getmədiyi müddətcə bir gələcəyi olduğunu hesab etmirəm. Buna görə də insanları kosmosa maraq göstərməyə təşviq etmək istəyirəm”.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Via
Digitaltrends
Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: