Beyin/PsixologiyaBiologiyaElmi xəbərlərTəkamül

Şimpanzelər ölümü tanıyırlar

İngiltərənin Stirling Universitetindən Xames Anderson və qrupunun etdiyi araşdırma, şimpanzelərin də yaxınlarını itirdikləri zaman ya da onların son anlarında ölümün fərqində olduqlarını göstərdi.

“Current Biology” jurnalında dərc olunan araşdırmada alimlər Şotlandiyada yaşlı dişi bir şimpanzenin son anlarını və ölümünü lentə aldılar. Bu şimpanze ilə birlikdə yaşayan şimpanze qrupunun yaşlı dişinin ölmədən əvvəlki son günlərində çox səssiz olduğu və onu çox diqqətli izlədiyi, yaşlı dişi son nəfəsini vermədən çox qısa müddət əvvəl onu daha çox oxşadıqları və dostluq əlaməti olan parazitlərini daha çox təmizlədikləri müşahidə edildi.

Bu davranışların yaşlı dişinin hələ də həyatda olub-olmadığını anlamaq istiqamətli olduğu ifadə edilərkən, filmdə dişi öldükdən sonra qrupun dişinin yanından uzaqlaşdığı ancaq qısa müddət sonra ölən dişinin böyük qızının anasının yanına gələrək gecəni onun yanında keçirdiyi müşahidə edildi.

Anderson ölüm fərqindəliyinin illərdir, yalnız insana xas psixoloji anlayışlardan biri olaraq düşünüldüyünü ifadə edərək qohum, dost və ya həyat yoldaşın ölümü zamanı şimpanzelər və insanların davranışları arasında bir çox bənzərlik olduğunu vurğulayır.

Başqa bir araşdırmada da Oxford Universitetindən olan alimlər Qvineyanın Bossou bölgəsi yaxınlığındakı meşələrdə yaşayan iki ana şimpanzeni müşahidə etmişdilər. Ana şimpanzelərin tənəffüs narahatlığı səbəbiylə ölən balalarını həftələrlə, gecə-gündüz qucağında gəzdirdiklərini, daha sonra ölü balalardan yavaş-yavaş ayrıldıqları müşahidə edildi.

Mənbə: Current Biology

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: