Elmi xəbərlərHəyatın təkamülüTəkamül

Qədim insanlar dəfn mərasimində qəribə ayin keçirirdilər

Tədqiqatçılar müasir İtaliya ərazisində yaşamış kromanyonların qəribə basdırılma ayininin özəlliklərindən danışıblar. Bu ayin ilk avropalıların ən qədim dəfn ənənələrindən biridir.

Monreal universitetini təmsil edən Julyen Ril-Salvatore və həmkarları İtaliyanın şimalında yerləşən böyük Arene Kandide mağarasında qazıntı işləri aparıblar. Qədim dövrlərdə burada yetkin, eləcə də azyaşlı kromanyonlar dəfn edilirdi. Bu qədim insanlar qravett və epiqravett mədəniyyətlərinin qovuşduğu dövrdə yaşayırdılar. Daha əvvəlki araşdırmalarda tapılmış “zibillər” arasında axtarış apararkən alimlər xırda çay daşını xatırladan çoxlu sayda çınqıllara rast gəliblər ki, bunlardan da bəzilərində oxra (mineral boyaq) əlamətləri qeydə alınıb. Mütəxəssisləri təəccübləndirən bu idi ki, bu daşlardan bir çoxu məqsədyönlü şəkildə dağıdılmışdı.

Əldə edilmiş maraqlı məlumatlar alimləri ibtidai insanların sakin olduğu digər yerlərdə axtarış işləri aparmağa həvəsləndirib. Bir sıra hallarda tədqiqatçılar oxra izləri daşıyan oxşar çınqıl qalaqları aşkar ediblər. Ril-Salvatore və həmkarları hesab edir ki, bütün bunlar Homo sapiens-ə aid ən qədim mərasimlərin birindən xəbər verir. Alimlərin fikrincə, daşlar fırça rolunu oynayırdı ki, bunların köməyilə qədim insanlar ölmüş yaxınlarının bədəninə müxtəlif naxışlar çəkirdilər. Ardından “fırça” dağıdılaraq kiçik hissələrə parçalanırdı və ən maraqlısı – ən az zədələnmiş olan hissə mərhumla bir yerdə basdırılaraq, “axirət dünyasına” yola salınırdı.

Hal-hazırda ibtidai-icma quruluşu vəziyyətində yaşayan müasir insanların qəbilə inancları bu nəzəriyyənin sübutu kimi təqdim edilə bilər. Söhbət Afrika və Amazon qəbilələrindən gedir. Onlar əmək alətinə adətən “canlı obyekt” qismində münasibət göstərirlər. Bu səbəbdən belə bir “canlı obyekti” öldürərək (dağıdaraq) mərhumla birgə digər dünyaya yola salmaq kromanyonlar üçün dəfn mərasimlərinin ayrılmaz müqəddəs ənənəsi halını almış ola bilərdi.

Əgər alimlərin qənaəti doğrudursa bu, ilk avropalılarda oxşar ənənələrin hesab ediləndən daha əvvəllər formalaşdığını göstərir. Bu qənaətin dəqiqləşdirilməsi olduqca vacibdir ki, çünki qədim Homo sapiens nümayəndələrinin neandertallar üzərindəki mədəni üstünlüyünə və hansı səbəblərdən təkamül mübarizəsində qalib gəldiklərinə dair məlumatlar təmin edə bilər.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: