Elmi xəbərlərHəyatın təkamülüTibb

Ölüm riskini proqnozlaşdırmaq mümkündür

Finlandiya və Estoniyadan olan alimlərin iddialarına görə, sadə qan analizi ilə insanın növbəti 5 il ərzində ölüm riskini proqnozlaşdırmaq mümkündür. Plos Medicine jurnalında dərc olunan məqaləyə əsasən, tədqiqatçılar qəfil ölüm riski ilə dörd biomarker – albumin, alfa-1 turş qlikoprotein, sitrat və aşağı sıxlıqlı lipoproteid arasındakı əlaqəni müəyyən etməyə nail olublar.

Araşdırmada heç bir xəstəliyi olmayan 17000 insanın qanlarındakı 100 fərqli biomolekul yoxlanılmış və bu insanlar 5 il ərzində nəzarətdə saxlanılmışdır. Nəzarət müddətində onlardan 700-ü müxtəlif xəstəliklərdən ölmüşdür. Ölənlərin hamısında 4 biomarkerin oxşar səviyyədə olduğu müəyyənləşmişdir.

Bu araşdırma nəticəsində çox sayda insanın həyatını xilas etməyin mümkün olacağı güman edilir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: