Elmi xəbərlərHəyatın təkamülü

Nobel mükafatına layiq kəşfə imza atıldı

Astronomlar fon radiasiyasında cazibə dalğaları izlərinə rast gələrək kainatın inflyasiya modelini təsdiq etməyə nail oldular. Dünya elm ictimaiyyətinin fikrincə illərdir gözlənilən bu tapıntı Nobel mükafatı qazandıracaq.

Elm dünyasında ajiotaj yaratmış, dünən (17 mart 2014) təşkil olunmuş press-konfransda alimlər kainatın inflyasiya modelini dəstəkləyən sübutların tapıldığına dair açıqlama verdilər. Tədqiqatçıların dediyinə görə, Böyük Partlayış (The Big Bang) anından dərhal sonra meydana gəlmiş sürətli genişlənmə prosesində ortaya çıxmış siqnalları qeydə almaq mümkün olub.


Tədqiqat nəticələrinin hələ bir çox mütəxəssis tərəfindən gözdən keçiriləcəyi bildirilir. Buna baxmayaraq dünyaca məşhur alimlər artıq əldə edilmiş məlumatların cazibə dalğalarını təsiqləmək üçün kafi olduğunu deyirlər. Çox yaxında bu tədqiqatı aparmış alimlərin Fizika üzrə Nobel mükafatına layiq görüləcəyi gözlənilir.

Nəticələr BICEP2 layihəsi üzərində işləyən amerikalı alimlərdən ibarət qrup tərəfindən əldə edilib. Onlar, Cənub qütbündə yerləşən və davamlı olaraq kosmik siqnalları qeydə alan radioteleskopun təmin etdiyi məlumatları araşdıraraq cazibə dalğalarına aid izləri aşkar etməyə nail oldular.

İnflyasiya modelinə əsasən Böyük Partlayış ardından meydana gəlmiş nəhəng cazibə dalğaları mövcud olmalıdır. Dalğalara aid izlər isə kosmik mikrodalğa arxa plan şüalanmasında qalmalıdır. BICEP2 layihəsi tədqiqatları prosesində məhz belə izlərə – maqnit şüalanma modası (B-moda) polarizasiyalarına rast gəlindi
. Ancaq kainatın başlanğıcında meydana gəlmiş cazibə dalğaları arxa plan şüalanmasına belə izlər buraxa bilərdi.

Cazibə dalğaları hələ 100 il əvvəl Albert Eynşteyn tərəfindən məşhur Ümumi Nisbilik Nəzəriyyəsində (ÜNN) irəli sürülmüşdü. Bu tapıntıyla həm də ÜNN-ə aid daha bir tutarlı dəlil ədə edilmiş oldu.

“Qarşımızda möhtəşəm perspektivlər açılır. Tamamilə yeni fizika sahəsi bundan sonra ancaq Böyük Partlayışdan sonra baş vermiş hadisələri araşdıracaq”, – BICEP2 qrupunun başçısı Con Kovaç qeyd edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: