Elmi xəbərlərHəyatın təkamülüTibb

Niyə stress infarkta səbəb olur?

Alimlər niyə xroniki stressin infarkta səbəb olduğuna aydınlıq gətiriblər. Məlum olub ki, stress orqanizmdə kəskin leykosit istehsalına səbəb olur, bu da öz növbəsində damar tıxanıqlığı ilə nəticələnir.

Həkimlər uzun müddətdit ki xroniki stressin ürək-damar xəstəliklərinə səbəb olduğunu bilirdi, lakin belə təsirin mexanizmi sirr olaraq qalırdı. Stressin səbəb olduğu həddən artıq ağ qan hüceyrələri hasili qan damarlarının içəri divarlarında “tıxac” meydana gətirərək, qan dövranını yavaşladır və laxtalanma miqdarını artırır.

Harvard Tibb Məktəbindən olan Mattias Narendorf qeyd edir ki, ağ qan hüceyrələri müxtəlif infeksiyalarla mübarizədə böyük rola malik olsa da, miqdarı həddindən artıq olduqda zərər də verə bilər.

Harvardlı alimlər təcili yardım şöbəsindən olan 29 tibb işçisindən aldıqları qan nümunəsini araşdıraraq, stress və infarkt arasındaki əlaqəni aydınlığa çıxarmağa çalışdılar. Məlumdur ki, belə müəssisələrdə iş şəraiti təcili davranmaq və sair məsuliyyətlər səbəbindən davamlı stresslə əlaqəlidir.

İş və boş vaxtlarında həkim və tibb bacılarından alınmış qan nümunələrini yoxlayaraq, tədqiqatçılar stress və immun sistemi vəziyyəti arasındaki əlaqəni aşkar etməyə nail olublar. Nəticəyə əsasən, güclü stress sümük iliyinin kök hüceyrələrini aktivləşdirərək, çoxlu miqdarda ağ qan hüceyrələri – leykosit hasilinə gətirib çıxarır. Alimlər bundan başqa siçanlar üzərində də bir sıra təcrübələr aparıb. Nəticələr oxşarlıq təşkil edib: güclü stress əlamətləri olan siçanlarda da çoxlu leykosit istehsalı müşahidə edilirdi.

Mütəxəssislər qeyd edir ki, stress infarkta səbəb ola biləcək faktorlardan yalnız biridir. Bunlar arasına həm də orqanizmdə yüksək xolesterin səviyyəsi, yüksək təzyiq, siqaret istifadəsi və bəzi genetik faktorlar əlavə edilə bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: