Elmi xəbərlər

Müasir insanın atası Neandertallarla 219.000 il əvvəl cütləşmiş ola bilər

Seksə dair bir sirr tarixdəki varlığını davam etdirir. Müasir insanlar təxminən 60.000 il əvvələ qədər Avropaya gedib çatmamışdı, necə olur ki, Almaniyada tapılan və 124.000 il əvvələ aid bir Neandertal fosilində müasir insana aid DNT aşkarlanır?

4 iyul 2017-ci ildə “Nature Communications”da nümayiş olunan araşdırmaya görə erkən insanlar 219. 000 ildən uzun bir müddət əvvəl də köç etmiçdilər. Hekayə bildiyimiz qədəriylə müasir insanların atalarının 550.000 –  765.000 il əvvəl Neandertal və Denisovanlardan ayrılmış olduğu şəklindədir. Neandertallar və Denisovanlar Avrasiyada yaşadığı bir zamanda müasir insanlar təxminən 60.000 il əvvələ qədər Afrikada qaldılar, sonra Avropaya yayıldılar.

Digər tərəfdən, Neandertallar və müasir insanın əcdadları arasında təxminən 50.000 il əvvəl cinsi cütləşmənin reallaşdığına dair xeyli dəlil var. Almaniyanın cənub-qərbində tapılan Neandertal bud sümüyündəki mitoxondrial DNT analizləri isə bu cütləşmənin daha əvvəl reallaşdığına dair dəlillər təqdim edir. Hüceyrələrimizin enerji mənbəsi olan mitoxondrilərdəki DNT hüceyrə nüvəsindəki DNT-dən fərqlidir və yalnız dişi fərd vasitəsilə nəsildən-nəslə ötürülür. Analiz nəticəsində Neandertal sümüklərindəki mtDNT-nin qarışıq bir şəkildə Denisovanlardan çox müasir insanınkına oxşar quruluşda olduğu ortaya çıxdı. Digər Neandertallardakı mtDNT ilə bu bud sümüyündəki mtDNT arasındakı fərqləri araşdıran araşdırmaçılar mutasiya analizi ilə sümüyün 124.000 il əvvələ aid olduğunu müəyyən etdi. İstifadə edilən üsul eyni zamanda da bu Neandertallarla bilinən digər Neandertallardan 316.000-dən 219.000 il əvvəl bir zamanda ayrıldığına işarə edir.

Ancaq yenə də erkən insanın mtDNT-nin önəmli  elementlərini bünyəsində saxlayır. Bu da bu mənanı verir: müasir insanın əcdadları Neandertallarla təxminən 219.000 il əvvəl cütləşmişdir və bu zamandan sonra da Afrikadan kənara köç etmiş və Avropaya düşündüyümüzdən daha əvvəl gəlmişdir. Mədəni qarşılıqlıq modern və arxaik insanların təkamül keçmişinin 10 il əvvəlki məlumatımızıdan daha fərqli olduğu dəqiqdir. Bu və keçmişdə əldə edilən tapıntılar cütləşmələrə dair modellərə yeni dəlillər təqdim edir. Araşdırma qrupu daha erkən köçlərin Afrika və Qərbi Avrasiya arasındakı arxeoloji bənzərliklərə bağlı dəlillərlə də uyğun olduğunu irəli sürür. Digər tərəfdən,  araşdırma nəticələri Neandertalların düşündüyümüzdən daha böyük bir populayasiyaya və daha böyük bir genetik müxtəlifliyə sahib olduğunu göstərir. 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: