Elmi xəbərlərHəyatın təkamülü

Yağış soxulcanları Mars torpağının analoqunda yaşaya və arta biliblər

Niderlandlı alimlər mars torpağı analoqunda tərəvəz əkilməsi eksperimenti keçiriblər. Təcrübə əsnasında məlum olub ki, bu torpaqda qapalı ekosistemin yaranması üçün lazımi hesab olunan yağış soxulcanları arta bilirlər.

Vaqeninqen universitetindən olan alimlər gələcəkdə kaloniyaçıların Qırmızı planetdə tərəvəzlər yetişdirə bilib-bilməyəcəyini aydınlaşdırmaq üçün uzun illərdir mars torpağını əvəz ədən analoqları öyrənməklə məşğuldurlar. Bu yaxınlarda baş tutan sınaq təcrübəsində analoji torpağa soxulcanları buraxıblar. Nəticələr gözlənilməz olub: bu canlılar vulkanik torpaqda nəinki yaşaya bilib, üstəlik nəsil də artırıblar.

Yağış soxulcanları torpağın məhsuldarlığı üçün prinsipial dərəcədə əhəmiyyətlidirlər. Torpaqda deşik açaraq, oraya hava və su çatdırılmasını asanlaşdırırlar. Bununla yanaşı onlar tullantılardan biohumus kimi üzvi gübrə istehsal edə bilirlər və nəticədə torpaq azot, fosfor və kaliumla zənginləşdirilmiş olur.

Tədqiqatçıların qənaətinə görə, yer torpağının əvəzinə kosmik kaloniyaçılar Marsdakı səpələnən qum və toz layı – reqolitdən faydalanacaqlar. Radiasiya təsirini azaltmaq üçün onu, çox güman ki, torpağın dərinliyindən əldə etməli olacaqlar. Yerdə təcrübələrdə mars torpağını tefra (püskürmüş vulkanların havaya atdığı qum və kül) ilə əvəz edirlər. Alimlər torpağa həm də əvvəlki təcrübələrdə yetişdirilmiş pomidor tağları kimi bitki qalıqlarını atıblar. Soxulcanlar bu qalıqları cırlaşdıraraq, onların torpaqda yaşayan bakteriyalar tərəfindən daha asan emal olunmasını təmin edirlər. Tədqiqatçıların dediyinə əsasən, Mars kimi qapalı sistemlərdə kaloniyaçılar gübrələnmə üçün öz nəcislərini istifadə edə biləcəklər. Beləliklə kaloniyanın tullantıları belə maksimal dərəcədə zəruridir.

Təcrübəyə aprel ayında başlanmışdı. Bir neçə ay müddətində alimlər əkin indausu məhsulu yığa biliblər. Ay və Mars torpaqlarının analoqları da daxil olmaqla, bir neçə torpaq nümunəsi yoxlanıldıqdan sonra bitkilərin həm Ay, həm də Mars torpağında yetişə biləcəyi dəqiqləşdirilib. Lakin Mars torpağının xüsusilə əlverişli olduğu deyilir. Bununla yanaşı müxtəlif torpaq şərtlərinin soxulcanların yaşayışı və davranışına təsir etmədiyi, tam əksinə nəsil artıra bildikləri məlum olub. Bu canlıların daimi populyasiyası isə qapalı sistemin yaradılması işini asanlaşdıra bilər.

Qeyd edək ki, Vaqeninqen universitetini təmsil edən mütəxəssislər daha əvvəl mars torpağı imitasiyasında pomidor, turp, noxud və çovdar yetişdirə bilmişdilər. Ağır metal səviyyəsi yoxlandıqdan sonra bu məhsulların insan sağlamlığına zərərli təsir göstərmədiyi aydınlaşdırılıb.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
PHYS
Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: