Elmi xəbərlərMaraqlıTexnologiya

İlk dəfə 51 il əvvəl dondurulan insan: James Bedford

Dünyanın dondurulan ilk insanı James Bedford tam olaraq 5i ildir cryo balonu içində donmuş halda gözləməyə davam edir

Dünyanın dondurulan ilk insanı James Bedford tam olaraq 5i ildir cryo balonu içində donmuş halda gözləməyə davam edir. Bəs keçmişdə dondurulmuş insanları yenidən həyata qaytarmaq mümkündür?

James Bedford adlı ABŞ vətəndaşı, 12 yanvar 1967-ci ildə 73 yaşında olduğu zaman cryo balonuna girərək özünü donduran ilk insan olmuşdu. O gündən bu yana isə tam 51 il keçir. Böyrək xərçəngi olduğu və bədəni müalicəyə cavab vermədiyi üçün ölümü gözlənilən Dr. James Bedford, gələcəkdə xəstəliyinin həlli olacağı və dondurulmuş insanları geri qaytarılmağının bir yolunun kəşf ediləcəyi ümidiylə, öz istəyi ilə cryo balonuna daxil olmuşdur

 

Müalicə mümkün deyilsə o zaman donduraq

James Bedford o gündən bəri rəsmi olaraq ölü qəbul edilir ancaq tibbən tam mənasıyla ölü olmadığı bilinir. Orqanları pozulmadan 51 ildir cryo balonunda buz kəsmiş halda gözləyən Bedford, donmuş insanların orqanlarına ziyan vermədən əvvəlcə həll etməyin bir yolu tapıldıqdan sonra, təkrar həyata qaytarılacaq. Elm adamları bu əməliyyatın nəticəsində, Bedfordun orqanlarının yenidən aktiv olacağına ümid edirlər ancaq hələ elm o səviyyədə deyil. Ayrıca Bedfordun geri qaytarılması üçün böyrək xərçənginə də qəti çarə tapmaq lazımdır.

 

Bedfordu donduran elmi birlik, bu təcrübə üçün Bedfordu pulsuz olaraq dondurmuşdu ancaq daha sonra bu üsul ölümcül xəstələr arasında çox məşhur oldu və varlı ancaq amansız xəstəliyə tutulmuş bir çox adam, yüksək məbləğlər ödəyərək özlərini dondurmuşdur.

 

Elm, insanları dondurub təkrar həyata qaytarmağın yolunu həll etməyi bacararaq, gələcəkdə bu üsulla uzaq ulduzlara yüzlərlə il davam edəcək səfərləri təşkil edib, kosmos kəşflərinin ortaya çıxmasınıda hədəfləyir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı.

Bənzər yazılar

1 rəy

Rəy yazın

Close
%d bloggers like this:

Spelling error report

The following text will be sent to our editors: