BiokimyaElmi xəbərlərHəyatın təkamülü

Həyatın yaranması ilə bağlı paradoks həll edilib

Hansı daha əvvəl yaranıb – zülalların sintezi üçün lazımi instruksiyaları daşıyan genom, yoxsa genomun sintezi və funksiyası üçün tələb olunan zülallar? Bu, hətta toyuq və yumurta problemindən daha qəliz məsələdir, çünki nəticə etibarilə hər ikisi membranı formalaşdıran lipidlərə ehtiyac duyur, – lipidlərin sintezi üçün isə yenə də zülallar və onları kodlaşdıran DNT və RNT mütləqdir…

Müasir elmdə həyatın mənşəyi ilə bağlı ən məşhur model olan “RNT-dünyasına” əsasən, həm genom, həm də fermentlərin funksiyası RNT molekullarından asılı idi və nəticədə bütün digər komponentləri yaratmağı “öyrəndilər”. Bu versiya ilə başabaş yarışmaqda olan “Öncə maddələr mübadiləsi” hipotezi isə ön plana hələ cansız, abiogen prosesləri çıxarır ki, bunlar da nuklein turşuları, zülallar və lipidlərin bir əvvəlki nümayəndələri olan molekulların sintezinə gətirib çıxarmalı olur.

Göründüyü qədərilə, alimlər yalnız indi bu çətinliyi həll etməyi bacarıblar: bunların hər birisi eyni andaca yarana bilərdi. ABŞ-dan olan kimyaçılar qəliz reaksiya zəncirlərini nümayiş etdiriblər. Bunlar, prosesdə ultrabənövşəyi şüaların iştirakı ilə bir cüt sadə birləşmələrlə baş verə və hər üç əsas biomolekul növləri komponentinin, yəni nuklein turşuları üçün nukleotidlər, zülallar üçün aminturşuları və hüceyrə membranı üçün lipidlərin parallel olaraq meydana gəlməsini mümkün edə bilər.

Reaksiyanın qaynaq birləşmələri olduqca sadədir: sianid turşusu (HCN) və hidrogen-sulfid (H2S) üstəgəl az miqdarda digər maddələr, xüsusilə də nuklein turşuları üçün lazımi fosfor. Məlum olduğu kimi, bütün bu komponentlər erkən yerüzündə kifayət miqdarda təmsil olunmuşdur. Xüsusi əlverişli şərtlər isə istilikli və zəngin mineral tərkibli geotermal qaynaqlar və ilk reaksiyaların baş verməsini mümkün edən kameralara sahib deşikli gillər köməyilə yaranmış olmalı idi.

Bununla belə reaksiya şərtlərinin bir azca dəyişilməsi, temperatur fərqlilikləri və ya hər hansı bir metallik katalizator faktoru nəticədə əldə edilən komponentlərin dəstində aşkar fərqlərin ortaya çıxmasına gətirib çıxara bilərdi. Beləliklə, kimyəvi təkamül prosesinə start verən çeşidliliyin təməli məhz bu yolla qoyulmuş olmalıdır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: