DigərElmi xəbərlər

Bu, Yer üzündəki həyatın məlum ən qədim əlaməti ola bilər

Kristalda daşlaşmış halda tapılmış strukturların təxminən 4.28 milyard il əvvəl sualtı hidrotermal mənbə ətrafında yaranan fosillər olduğu güman edilir.

Şəkil 1.Mikroskop altında görünən bu dəmirlə zəngin borucuqlar planetdə mövcud olmuş ən qədim fosillər ola bilər.

Dəmirlə zəngin minerallardan ibarət, hər hissəsi kirpik ölçüsündə olan borucuqlar yeni yaranmış Yerin ilk bioloji formalarının olması haqqında dəlil ola bilər. Bu kəşfi bəyan edən alimlərə görə,bu kiçik hematitlərin 4.28 milyard yaşı var və onlar sualtı hidrotermal mənbələr ətrafında yaşayan mikrobların əmələ gətirdiyi strukturlara təəccüb doğuracaq dərəcədə çox bənzəyirlər.

Şimali Kvebekdən götürülmüş qaya parçalarında aşkar edilmiş bu mikroskopik metal detritlər (hissəciklər) – üstəlik, qədim metabolizmlərlə əlaqəli kimyəvi xüsusiyyətlər – Yerdə həyatın yaranma tarixini bir qədər də geriyə çəkə bilər. Əgər təsdiq olunsa, bu fosillər Qrenlandiyada tapılmış, ən qədim məlum həyat nümunəsi olan, 3.7 milyard yaşlı mikrob hissələrini geridə qoya bilər.

Mikrofosillər həmçinin sualtı mənbələrin ətrafında olan ilıq, sulu, minerallarla zəngin mühitin həm bizim planetimizdə, həm buzlu ayların su hövzələrinin diblərində, həm də kainatın istənilən hər hansı yerində həyatın yaranması üçün ən əlverişli yer olması barədə fikirlərin sübut olunmasına səbəb olacaq.

 

BUNLAR İNDİYƏ QƏDƏR TAPILMIŞ ƏN QƏDİM FOSİLLƏRDİRMİ?

Qədim dənizin qalıqlarından alınmış potensial mikrofosillərin 4.28 milyard yaşı ola bilər

“Əgər həqiqətən də, analizlər və interpretasiyalar doğrudursa, deməli Yerdə həyat Yer özü stabilləşməyə başladıqdan qısa müddət sonra yaranmışdır,” NASA Raket Hərəkətvericisi Laboratoriyasının astrobioloqu Kevin Hand deyir. “Geoloji köpüklər soyumağa başlayan kimi, planetar proses kimi biologiya meydana gəldi.”

Lakin fosillərin dəmirlə örtülməsinə baxmayaraq, onlar qədim həyatın dəmirlə örtülü dəlilləri olmaya bilərlər. Bəzi alimlər onların ümumiyyətlə mikrob qalıqları olmasına şübhə ilə yanaşırlar. Digərləri qeyd edir ki, potensial mikrofosilləri möhkəm əhatə etmiş kristalların yaşı ziddiyyətlidir və strukturlar elan olunduğundan milyard il daha gənc ola bilərlər.

“Bu qayaların uzun və mürəkkəb tarixi var” – Boulder Kolorado Universitetindən Nigel Kelly deyir. “Və bu xüsusiyyətlərin dəqiq yaşını və mənşəyini müəyyənləşdirmək həmişə çətin olacaq.”

 

OVÇU HƏYATININ QALIQLARI

2008-ci ildə London Kollec Universitetindən Dominik Papineaunun başçılıq etdiyi komanda bir dəfə qədim mənbədən dənizin dibinə lavanın axdığı Hudzon körfəzinin şərq sahili boyunca  Nuvvuagittuq qurğusundan qayalar toplamışdır. Yerin ən qədim məlum fraqmentləri arasında həmin qayalar planetin qədim dəniz mühiti barədə dəlillərə malikdir. Xırda fosilləri axtarmaqdan daha çox komanda daha dəqiq bir şey axtarırdı: İlk orqanizmlərin orqanik izlərini.

“Uzun zamandır ki, həyat mənbəyinin hidrotermal mühitlərdə olması haqqında ehtimal mövcuddur və bu mənbə qalıqları ilkin həyatın əlamətlərini tapmaqda çox ümidverici olacaq.”  – deyə LKU–nun məzunu Metyu Dodd bildirib.

Komanda qaya parçalarını nazik hissələrə bölüb. Mikroskopla yaxından baxarkən alimlər qayalara bərkimiş kristalların daxilində gizlənmiş fosilləri müşahidə ediblər. Çox kiçik olmasına baxmayaraq strukturlar nəzərə çarpacaq dərəcədə mürəkkəb və qarışıq olublar və bu da alimləri orqanik izlərdən daha əhəmiyyətli bir şey gördükləri barədə fikirləşməyə  vadar etdi.

Lakin alimlər işlərinə çox diqqətlə davam edirlər. Əgər potensial astrobioloji əhəmiyyətə malik lifli həyat əlamətlərinin tapılması tanış səsələnirsə, bu, onun həqiqətən, belə olması ilə əlaqədardır. 1996-cı ildə Antarktikadan götürülmüş Mars meteoritinə baxan alimlər də boruşəkilli orqanizm qalıqlarına bənzər hissələri müəyyən etmişdilər. Həmin kəşf bu günə qədər davam edən mübahisələrə səbəb olmuşdu, buna baxmayaraq, Martian strukturlarının bioloji mənşəyə malik olmaması haqqında ümumi razılığa gəlinmişdi.

Görünür, elə bu düşüncə ilə Dodd və onun həmkarları ehtiyatla sübut etməyə başladılar ki, onların strukturları sadəcə qayalar və dəniz suları deyil, metabolizmlə (maddələr mübadiləsi) bağlı yaranıb. Onlar bioloji proseslər üçün fosili əhatə edən maddələri araşdırıblar və bioloji prosesləri aşkar edən izlərin daşıyıcısı olan rozetkalarda toplanmış karbon tərkibli birləşmələr müəyyən ediblər. Fosillər həmçinin fosfor – standart həyat blokuna daxil olmuş və çürüyən orqanizmlərin buraxdığı bir element – tərkibli minerallarla da əhatə olunmuşdur. Karbonlu maddədən ibarət qranullar və oksidləşmiş dəmir də – başqa bir həyat əlaməti – burada mövcud idi. Əlavə olaraq onlar qeyd edir ki, əgər biologiya fəaliyyət olmasaydı, borular və liflər belə nizamsız şəkildə yayılmazdı.

“Bunlar qayalardakı mikrofosillərlə bağlı dəlilin müstəqil kimyəvi xüsusiyyətləridir ki, bizə bioloji orqanik vəziyyətin olduğunu göstərir – və bu, bioloji mənşəyə malik mikrofosil strukturları ilə əlaqədardır” – Dodd deyir.

Komanda həmçinin indiki Norveçdə qədim mənbə ətrafında yaranmış 480 milyon yaşı olan və ABŞ–dakı mənbələrdən olan 186 milyon yaşlı strukturlu mikrofosillərlə hazırki sualtı hidrotermal mənbələr ətrafındakı orqanizmləri müqayisə edib. Oxşarlıqlar heyrətləndiricidir.

 

KRİTİK AN

Lakin heç də hər kəsi inandırmaq mümkün olmayıb. Həyat üçün kimyəvi dəlil – xüsusən də komandanın həmin karbom birləşmələri ilə bağlı qiymətləndirmələri – zəif və qeyri-müəyyəndir, NASA Qoddard Kosmosa Uçuş Mərkəzinin geobioloqu Dina Bouer deyib.

Baxmayaraq ki, müəlliflər bu ehtimalı rədd edirlər, Bouer hələ də hesab edir ki, boruların və liflərin hidrotermik maye axınlarının və ya qayaları deformasiyaya uğradan başqa bir proses nəticəsində yaranması ehtimalı mümkündür.

“Mən strukturların biogenik olmasına inanmıram” – Bouer deyir.

Hətta əgər qabıqlar həqiqətən də fosildirsə belə, onların yaşı ilə bağlı həll olunmayan bir məsələ qalır. Qayaların tarixini ölçmək üçün istifadə olunan iki mütəlif izotop saata əsasən, Dodd və onun həmkarları hesab edir ki, mikrofosillər 3.77 milyard yaşlı gənc, yaxud 4.28 milyard yaşlı qoca ola bilərlər. Lakin Kelly kimi alimlər hesab edir ki, belə mürəkkəb qayalarda xüsusiyyətlərin nisbi yaşını müəyyən etmək olduqca çətindir və fosillərə belə qədim yaşın verilməsi qeyri-dəqiqdir. Əksinə, həmin fosillərdən (əgər onlar varsa) ibarət olan strukturların yaşının 2.7 milyard ildən az olması ehtimalı mümkündür.

Bu müddətdə bütövlükdə Nuvvuagittug strukturu tektonik səbəblərlə  yüksək təzyiq və temperatur təsirləri nəticəsində əhəmiyyətli dərəcədə dəyişmişdir ki, bu da hər hansı mövcud fosilləri məhv etməklə, qayaları uzatmış, əymiş və fərqli şəklə salmış ola bilər.

Dodd yuxarıdakı dəlilə qarşı Qrenlandiya mikroblarını və Yeni Zelandiyada daşlaşmış bitkiləri göstərərək qeyd edir ki, fosillər belə ağır mühitlərdə sağ qala bilirlər. “Metamorfik (formasını dəyişmiş) qayaların fosilləri qoruya bilməməsi fikrinin zamanı keçib” – o bildirib.

YERDƏN KƏNARA BAXIŞ

Əgər bu məsələ dəstəklənərsə, bu orqanizmlərin nisbətən mürəkkəbliyi belə bir fikrə səbəb ola bilər ki, onlar öz dəmir dərilərini çıxarmazdan əvvəl uzun təkamül yolu keçmiş və planetin qızğın və alovlu yaranışının bir neçə milyon ili ərzində təkmilləşmişlər.

Bu, geoloji baxışdır və alimləri həyatın mənşəyi və onun kosmosun hər yerində mövcudluğu üzərində düşünməyə məcbur edir. Xüsusilə, Yupiter və Satrurnda buzlu okean dünyaları Yerdən kənarda həyatı axtarmaq üçün ən yaxşı yerlər qismində düşünülür.

“Bu, doğurdan da çox maraqlı və Enseladus (Saturnun peyki) və Europa (Yupiterin peyki) missiyaları üçün hazırki entuziazma uyğundur” – deyə NASA–dan Kris Makkey bildirib, o həmçinin əlavə edib ki, komandanın dəlilərini inandırıcı hesab edir, lakin son qərarı gözləyir. “Hidrotermik mənbələr Europa üçün nəzərdə tutulur. Enseladus üçün hidrotermik mənbələrin tamamilə birbaşa göstəriciləri mövcuddur.”

Bu orqanizmlərin eyni zamanda mövcud olması və stromatolit adlanan 3.7 milyard yaşı olan mikrob hissələrini yaradan tam fərqli tipli fotosintetik həyat formasının danışdığı hekayə daha maraqlıdır.

Qrenlandiyadakı bioloji qalıq hissələri və Kanadadakı dəmir liflər birlikdə irəli sürür ki, həyat inadkar olub. Hətta gənc Yer spazmlar keçirərkən, partlayışlar püskürərkəb və kosmos qayalarının təhlükəli yağışı ilə bombardman edilərkən belə, o (həyat), şəklini dəyişib və smövcud olub.

Hand qeyd edir ki, biz bioloji kainatda çoxsaylı və müxtəlif həyat ağaclarının yaxın və uzaq, qoca və cavan dünyalarda böyüdüyü kainatda yaxşıca yaşaya bilərik.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Taryel Abdullayev

I graduated from the National Aviation Academy. I write articles for Green Science (Yaşıl Elm) – science platform and try to popularize science. My goal is to form rational reasoning and to create love for science in our society. Futhermore, I fight against stereotypes of the past.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: