AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Ayın dərinliyində böyük miqdarda su ehtiyatı tapılıb

Ay səthinin mineral tərkibinin analizi onun dərinliyində böyük miqdarda su ehtiyatı olduğunu göstərir, alimlər deyir.

Yerin yeganə peyki olan Ayın səthinin mineral tərkibini ətraflı araşdıran alimlər gözlənilməz olaraq orada az miqdarda su olmadığını aşkar ediblər. Nature Geoscience‘a istinadən, alimlər Ralf Milliken və Şuay Li belə qənaətdir ki, su miqdarı buraya qədim dövrlərdə, hələ vulkanik aktivlik müşahidə olunduğu vaxtlarda peykin dərinliyindən qalxıb.

Uzun müddət hesab edilirdi ki, Ay su və ümumiyyətlə yüngül və asan birləşmələr baxımından yoxsuldur. Son illərdə isə bu güman dəyişilməyə məcbur qaldı – Apollo 15 və 17 missiyalarında iştirak etmiş astronavtlar tərəfindən Yerə gətirilən qədim vulkanik cismlərin hissəciklərində su izləri aşkar edildi. Daha sonra məlum oldu ki, buradakı su tərkibi heç də Yerdəki bəzi bazalt süxurlarının tərkibindən geri qalmır. Lakin bütün bu tapıntıları təsadüfi adlandırmaq üçün bütün əsaslar da var idi: məsələ burasındadır ki, astronavtlar nümunələri eniş etdikləri peykin su baxımından az-çox zəngin bölgəsində toplamış ola bilərdilər, Ayın dərinlikləri isə quru və steril ola bilərdi.

Bunu yoxlamaq üçün, Milliken və Li ən yeni müşahidə nəticələrini təhlil etməyə başlayıblar. Oxşar araşdırmalar Apollo missiyasından sonra dəfələrlə təkrarlansa da, əldə edilmiş məlumatların interpretasiyasına istilik şüalarının qatqısının maneəçilik törətdiyi və bəlkə də “vulkanik şüşədə” gizlənmiş su siqnalının səs-küylə əvəz olunaraq gözdən itməsi istisna deyildi. Bu səbəbdən alimlər Apollo nümunələrini yenidən araşdırıblar – spektrləri öyrənməklə yanaşı, Ay səthinin əsas və vacib hissələrinin ətraflı temperatur xəritələrini tərtib ediblər.

Bu sayədə Hindistan Ay zondu Chandrayaan-1‘in təmin etdiyi məlumatlara bir sıra dəyişikliklər edilib. “Biz, Aydakı geniş piroklastik çöküntüləri öyrənə bildik, – Milliken qeyd edir. – Oradan nə Apollo, nə də Luna proqramları heç nə gətirməmişdi. Onların (çöküntülərin), demək olar ki, hər birisində su əlamətləri aşkar olunduğu üçün Apollo nümunələrinin istisnalar təqdim etmədiyi və Ayın dərinliklərinin su ilə dolu olduğunu deyə bilərik.”

Tapıntı peykimiz Ayın keçmişini maraqlandıran yeni sualların meydana gəlməsi zərurətini yaradır. Qəbul oldunduğu kimi, Ayın qədim Yerin hipotetik iri kosmik cismlə toqquşduqdan sonra orbitə atılmış qırıntılardan formalaşdığı hesab olunur. Su və digər oxşar yüngül komponentlərin bu kosmik buludlarda qoruna biləcəyi ehtimalı olduqca az idi. İndi isə, görünür ki, bu nüansları yenidən gözdən keçirmək lazım gələcək. Ən azından əmin ola bilərik ki, gələcək kaloniyaçılarımız Ayı mənimsədikdə su çətinliyi ilə bağlı hər hansı bir xoşagəlməzlik yaşamayacaqlar.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: