Elmi xəbərlərGenetikaHəyatın təkamülüTibb

Alimlər: “Tezliklə insanlar özlərini mayalandıra biləcəklər”

Britaniyalı molekulyar bioloqlar ilk dəfə toxum hüceyrənin mayalanması və onun spermatozoidlə qovuşması mərhələsini ötürərək tam embrion yaratmağa nail olublar ki, bu da gələcəkdə klonlaşdırma prosesini xeyli asanlaşdırmış olacaq.

Bata Universitetindən olan mütəxəssis Toni Perri qeyd edir ki, əldə etdikləri uğur doqma halını almış 150 illik fikri şübhə altına alır. Məlum olduğu kimi, yumurta hüceyrə yalnız spermatozoidlə mayalansa yararlı embrion formalaşdırıb, sağlam nəsil təmin edir. “İndiyə qədər embrionun normal inkişaf edə bilməsi üçün yumurta hüceyrənin spermanı ancaq yenidən proqramlaşdırmalı olduğunu düşünürdük”, – deyə Perri bildirir.

Kərtənkələ, balıq və bir çox həşəratlar kimi bəzi canlılar partenogenez bacarığına malikdirlər – iki yumurta hüceyrənin bir-biri ilə qovuşması ya da dişi cinsi hüceyrənin, “natamam” xromosom dəstinə baxmayaraq, spontan olaraq inkişaf etməsi nəticəsində özlərini dölləndirirlər. Belə çoxalma növü məməlilərə qətiyyən xarakterik deyil və hətta nəzəri olaraq belə buna qadir heyvan növü tapmaq qeyri-mümkündür.

“Süni partenogenez” eksperimentlərinə 2000-ci illərin əvvəllərindən başlanılıb. Alimlər toxum hüceyrəni “kimyəvi” yolla aldatmağa çalışırdılar. Onlar, qida mühitinə stronsium xloridi əlavə edərək, embrionun inkişafı proqramına təkan verirdilər. “Fokus” özünü doğrultsa da, bu “natamam” embrionlar bir neçə bölünmə mərhələsindən sonra ölürdülər.

Bu səbəbdən alimlər belə qənaətə gəlmişdilər ki, yumurta hüceyrə yeni həyatın yaranması prosesinə başlanğıc verə bilən və ata/ana DNT-sini qovuşduran, həmçinin onları epigenetik izlərdən təmizləyən xüsusi və unikal mexanizmlərə malikdir.
Mütəxəssislərin yeni tədqiqatı nəticəsində isə məlum olub ki, bu özəlliklər yumurta hüceyrəyə spermatozoidləri və hətta hazır kişi cinsi hüceyrələrini “yenidən proqramlaşdırmağa” kömək edir, onları partenogenotların “natamam” DNT-silə qovuşdurub, artıq yararlı embrion halında inkişafı prosesini sürdürür. Alimlər izah olunan prosedurun müvəffəqiyyətlə həyata keçirildiyi və təcrübələrin 24%-ndə sağlam, praktiki olaraq digərlərinən heç nə ilə fərqlənməyən siçan balalarının doğulduğunu, bunun da klonlaşdırma işinə yeni töhfələr verəcəyini deyirlər.

Təbii və “süni” siçanlar indi bir-biri ilə eyni çəki, ölçü, intellekt göstəriciləri nümayiş etdirib, eyni müddətdən bir eyni xəstəliklərə tutulub, uğurlu şəkildə cütləşir və sağlam nəsil təmin edirlər. Onları təbii siçanlardan fərqləndirən yeganə detal genlərinin nə qədər müddətdən bir oxunmasıdır – görünür, partenogenez “atadan” alınan DNT-də epigenetik izlərin təmizlənməsinə gətirib çıxarmır ki, bu da genomlarının bəzi hissələrinin oxunmasını dəyişdirir.

Perri və həmkarları prosedurun qazandırdığı uğurun tezliklə insanın özünü dölləndirə biləcəyi texnologiyanın yaradılmasına yol açacağını qeyd edirlər. Tibbdə belə irəliləyiş bunun üçün vacibdir ki, sağlam döllərin öldürülməsi ilə bağlı etik problemlərə yol açmadan “təmiz” embrional kök hüceyrə xəttləri əldə etmək mümkün olacaq. Bununla yanaşı partenogenez nadir xəstəliklərin mənşəyinin daha tez öyrənilməsi kimi mövzularda yaxşı vədlər verir. Əgər yaşasaydı Firidun İsfəndiyari bütün bunlara heyranlığını gizlədə bilməzdi.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: