Elmi xəbərlərHəyatın təkamülü

Alimlər “qeyri-mümkün” qara dəlik aşkar ediblər

Alimlərin tapdığı yeni qara dəlik tikə-tikə etdiyi ulduzun qalıqlarını artıq on bir ildir ki udmağa davam edir. Ən əsası isə bu yolla Eddinqton hüdudunu pozur.

Nyu-Hempşir universitetini (ABŞ) təmsil edən astronom Daçen Lin və həmkarları qeyri-adi qara dəlik aşkar ediblər. Günəş sistemindən 105 milyon işıq ili uzaqlıqda yerləşən NGC 5813 adlı elliptik qalaktikanı araşdırdıqları vaxt tədqiqatçılar maraqlı mənzərə ilə qarşılaşıblar – qara dəlik parçaladığı ulduzun qalıqlarını on bir ildir udmağa davam edir. Qara dəlik özü Yerə NGC 5813-dən daha yaxın məsafədə yerləşən SDSS J1500+ 0154 qalaktikasında yerləşir. Bu qalaktikanın mərkəzindəki ağır kütləli qara dəliyin ağırlığı milyon Günəş ağırlığındadır.

Tapıntıya “Çandra” və XMM-Newton rentgen teleskopları köməyilə imza atılıb. Əldə edilmiş nəticələr olduqca vacibdir, çünki ulduz (əslində ulduzdan qalan nə varsa) uzun müddətdir ki “can verməyə” davam edir: adi qara dəliyin ulduzu udması hadisəsi on dəfə tez başa çatır. Habelə qara dəliyin “iştahı” Eddinqton hüdudu normasına ziddir. Sadə dillə desək, ağır kütləli qara dəlik nəzəriyyədə izah olunandan fərqli olaraq daha çox materiya udur.

Yeni tapıntı köməyilə kainatda formalaşmış ilk qalaktikaların iri qara dəliklərinin anomal təbiətinə dair vacib məlumatlar öyrənmək mümkün olacaq, alimlər qeyd edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: