BiologiyaElm

Yer tarixində 25 ən böyük kritik nöqtə

Bizim planetimiz 4,5 milyard ildir ki mövcuddur. Bu Mavi Kürə ilk bir neçə era olduqca qəzəbli, alov püskürən qızğın top halında olmuşdur. Yer tarixində 25 böyük dövr mövcuddur.Asteroid bombardmanından başlayan bu təkamül prosesi bizim evimizi formalaşdırıb.

4,5 milyard il əvvəl Yer doğuldu

Yerin doğuşu

Yer Günəşin ətrafında fırlanan və yaşlı bir ulduzun qalıqlarından ibarət toz və qaya parçalarından formalaşdı. Yer bu toz və qaya parçaları toqquşub öz cazibələri ilə bir-birlərinə tutunmamışdan əvvəl mövcud deyildi. İlk qaya parçaları ətrafında digərləri birləşdikcə Yer formalaşmağa başladı. Nəhayət, bu qaya parçaları kosmik vakuumun bu hissəsində olan bütün parçaları özünə çəkib birləşdirəcək qədər böyüdü. Yer bugünki ölçüsünə çatdı. Böyük ehtimalla Ay sonra formalaşdı. Yerin körpəlik dövründə nəhəng bir qaya parçası (və ya buna cırtdan planet də deyə bilərik) Yerlə toqquşdu. Zərbə nəticəsində Yerdən qopmuş qaya parçaları orbitə sıçrayaraq Ayı yaratdı.


4-3,5 milyard il öncə Həyatın mənşəyi

İlk canlı orqanizmlər

Kimsə həyatın başladığı anı dəqiq bilmir. İlk təkhüceyrəli orqanimzlərin tapılmış fosillər
3,5 milyard il yaşındadır. Həyat bundan daha öncə, lakin meteor bombarmanından sonra başlamış ola bilər. Böyük ehtimalla həyat su altına isti qələvi ventillərdə başlamışdır, ya da su üzərində ya da torpaqda. Bunu hələ ki dəqiq bilmirik. Və bilmədiyimiz başqa bir şey də ilk orqanizmlərin nəyə bənzədiyi idi.

3,4 milyard il öncə Həyatın təhlükəsizlik kəməri. Günəşin gücü.

Fotosintez

Bütün canlı orqanizmlər həyatda qalmaq üçün enerjiyə möhtacdır və Yer üzərindəki ən böyük enerji
mənbəyi Günəşdir. İlk ibtidai orqanizmlər günəş işığı vasitəsi ilə sadə molekullardan şəkər istehsal edəcək şəkildə təkamülləşdilər. Bu proses fotosintez adlanır. Amma bugünki yaşıl bitkilərin əksinə ilk orqanizmlər atmosferə bu prosesin yan məhsulu olan okisgen buraxmırdılar, yəni bu dövrdə atmosferdə oksigen yox idi.


3 milyard il öncə Tektonik hərəkətlərin başlaması

Materiklər formalaşır.

Bu gün Yer səthi planetin ürəyini qoruyan, bir neçə hissələrə bölünmüş tektonik təbəqlələrdən ibarətdir.
Bunlara materiklər, okean təbəqləri daxildir. Bu təbəqlər Yerin aşağı qatlarının hərəkəti nəticəsində daim hərəkətdə olurlar. Buna plitələrin tektonikası deyilir. Bu prosesin 3 milyard il öncə başladığı düşünülür.


2.4 milyard il öncə Böyük Oksigenləşmə Hadisəsi

Tənəffüs üçün hava

Yer tarixinin ilk yarısında atmosferdə oksigen yox idi. Amma sonra bəzi mikrobakterialar bugünki bitkilər
kimi Günəş enerjisi vasitəsi ilə karbon dioksid və sudan şəkər istehsal etməyə başladılar. Bu gün sahib olduğumuz oksigen həmin bakteriyaların bu prosesin yan məhsulu kimi havaya buraxdıqları zəngin oksigendir. Lakin bu dövrdə havaya buraxılan oksigen atmosferdəki metanı soyudaraq Yerin Qartopuna çevrilməsinə səbəb olmuşdur.


2-1 milyard il öncə Endosimbioz

Mürəkkəb hüceyrələr.

Ilk orqanizmlər bugünki bakteriyalar kimi sadəcə bir hüceyrədən ibarət idi, amma sonra onlardan bəziləri daxili strukturca daha mürəkkəb hala gəldilər. Eukariotlar öz hüceyrələri üçün xüsusi “avadanlıqlar” təkamül etdirdilər. Həmçinin onlar yeni enerji mənbəsinə sahib oldular: öncə sərbəst bakteriyalar olan, lakin endosimbioz prosesi vasitəsi ilə eukoriotların daxilinə sovrulan, kolbasa formalı mitoxondirilər. Bütün görüdüyünüz heyvan və bitkilər eukariotdur.


1.2 milyard il öncə İlk cinsiyyət

Intimin mənşəyi07_inline

 800 milyon – 1,8 milyard il öncəyə aid fosil qeydləri elə “tənha” görünür ki, bu dövr “Sıxıcı Milyard” adlandırılır. Amma pərdə arxasında gizlicə bir şeylər baş verirdi. Niyə və nə zaman olduğu məlum deyil, amma bəzi orqanizmlərin sadə ikiyə bölünməni kəsib seks vasitəsi ilə çoxalması müəyyən edilib. Bu prosesin 1,2 milyard il öncə olduğu dəqiq məlumdur, çünki bu zamana aid qırmızı su yosunlarının daşlaşmış spor qalıqları var əlimizdə.


1 milyard il öncə Çoxhüceyrəli həyat

Böyük orqanizmlər

İlk dəfə olaraq həyat sadəcə tək hüceyrədən ibarət deyildi. Artıq hüceyrələr bir yerdə ağızları, üzvləri və duyğu orqanları olan mürəkkəb canlılar yaradırdı. Bunun tam olaraq nə zaman baş verdiyini demək çətindir. Əlimizdə 2,1 milyard illik böyük orqanizmlərin fosilləri var, amma bunlar sadəcə böyük bakteriya koloniyası da ola bilər. Müxtəlif orqanimz qrupları çox güman ki, sərbəst olaraq çoxhüceyrəli həyata təkamülləşmişdir.


850-635 mlyn il əvvəl Qartopu Yer

Donmuş dünya

Yer ikinci dəfə 200 milyon il boyunca dondu. Buzlar qütblərdən ekvatora qədər uzanmış, hər yeri əhatə etmişdi. Bu buz dövrü həmçinin ilk mürəkkəb orqanizmlərin təkamülünü də sürətləndirdi. İlk mürəkkəb orqanizmlər – Ediakara adlanan qəribə boru və budaq formalı canılar bu dövrdən az sonra ortaya çıxdılar.


535 milyn il əvvəl Kembri Partlayışı

Təkamül sıçraması

Qısa müddət sonra heyvanlar təkamülləşdi, təkamül iki böyük sıçrama etdi. Belə görünür ki, Kembri dövründə demək olar ki, müasir heyvan qruplarının hamısı onlarla milyon il ərzində təkamülləşib.  Bu “partlayışdan” sonra orqanizmlərin skelet quruluşu formalaşdığı üçün onlar daha yaxşı fosilləşib günümüzə çatdılar.


465 mlyn il əvvəl Bitkilər qurunu istila edir.

Okeandan çölə

Bəzi heyvanlar bəlkə də yıtıcısız mühit tapmaq üçün 500 milyon il öncə quruya yumurta qoymaq üçün qısa səfər etdilər. Lakin onlardan daha öncə bitkilər quru sahələrini daimi yaşayış yerləri olaraq seçmişdilər. İlk quru bitkiləri yaşıl su yosunları ilə qohum olsalar da hərtərəfli inkişaf etdiklərindən onlardan fərqlənirdilər də.


460-430 mlyn il əvvəl İlk kütləvi nəsil kəsilməsi

Ordovik sınağı

Ordovik dövrü həyatın çiçəkləndiyi vaxt idi. Lakin onun sonuna doğru Yer sürətlə soyudu və buzlar qütblərdən yayılmağa başladı. Bu buzlaşma dövrü And-Saxara adlanır, çünki bu dövrə aid dəlillər And dağlarından və Saxara çölündən əldə edilib. Bu güclü buzlaşma ən pis Ordovik-Silur kütləvi nəsil kəsilməsinə gətirib çıxardı. Həyat sahiblərinin çoxu dənizlərdə məskunlaşmışdı və bu buzlaşma dəniz canlılarının 85%-ni məhv etdi. Balıqlar buna görə da ən çox yayılmış canlılar oldu.


375 mlyn il əvvəl Quruda gəzən balıq

Üzgəclərdən ayaqlara

Həyat bitkilərlə özünə torpağı yeni evi olaraq seçmişdi. Növbəti addım heyvanlarda idi. Həşəratlar ilklərin sırasında idi – 400 milyon il əvvəl. Daha sonra onları salamandra bənzəyən onurğalı Tiktaalik izlədi. Tiktaalik kimi balıqlar dördayaq üstdə yerimək üçün təkamülləşdi və amfibilərə, sürünənlərə və məməlilərə çevrildilər. Onun suyu tərk etməsi tam zamanında baş verdi, çünki tezliklə Sonuncu Devonşir Dövrünün nəsil kəsilməsində bir çox dəniz canlısı yox olacaqdı.


320 mlyn il əvvəl Sürünənlərin yüksəlişi

Sürünən təkamülü

İlk sürünənlər ortaya çıxanda Yer Sonuncu Paleozoy Buz Dövrünün ortasında idi. Sürünənlər tritona bənzər suda-quruda yaşayanlardan təkamülləşdi. Əcdadlarından fərqli olaraq onlar bərk, pullu dəriyə və qabıqlı yumurtalara malik idilər. Bu üstünlüklər sayəsində onlar tezliklə quruya yayıldılar və buranın hökmdarına çevrildilər. Bəlkə də, haqqında eşitmədiyiniz bir sürünən olan Dimetrodon 4,5 metr uzunluğa malik idi və o dinozavr deyildi.


300 mlyn il əvvəl Pangeya

Supermaterik

Son dəfə Yer plitələri bir araya gələrək Pangeya adlanan ətrafını nəhəng, Pantalassa adlanan superokean əhatə edən superqitəni yaratdılar. Pangeya 175 milyon il əvvələ, parçalanmağa başlayana qədər mövcud oldu. Onun qalıqları müasir materikləri yaratdı.


252 mlyn il əvvəl Böyük Ölüm

Permi Partlayışı

Sürünən həyatı çiçəkləndiyi bir dövrdə Yer üzərində həyat yeni bir çətinliklə qarşı-qarşıya gəldi. Permi Partlayışı Yer tarixindəki ən böyük kütləvi canlı məhvinə yol açdı və növlərin 96%-i məhv oldu. Buna nəyin səbəb olduğuna əmin deyilik, amma Sibirdəki kütləvi vulkanik püskürmələr bunda günahkar ola bilər. Bütün bunlardan sonra isə dinozavrlar təkamülləşdi.


220 mlyn il əvvəl İlk məməlilər

Tüklü heyvanlar

Dinozavrların Yer üzündə yayıldığı və çeşidləndiyi zamanda ilk məməlilər də təkamülləşdi. Onların əcdadları sifəti it sifətinə bənzəyən, “cydont” adlanan canlılar idi. Morganucodon kimi erkən məməlilər kiçik idi və yersiçanına bənzəyirdi və böyük ehtimalla sadəcə gecə aktiv idilər. Və yəqin ki, bu həyat tərzi onları istiqanlı olaraq təkamül etməyə sövq etmişdi. Bu qabiliyyət onlara bədən temperaturlarını sabit saxlamağa imkan verirdi.


201 mlyn il əvvəl Tiras kütləvi nəsil kəsilməsi

Dinozavrlar yüksəlir.

Dinozavrlar çeşidlənir və yayılırdılar. İxtiozavr adlanan nəhəng canlı dənizlərdə əsas yırtıcı idi. Və növbəti bəla ortaya çıxdı. Trias nəsil kəsilməsinə məhz nəyin səbəb olduğuna əmin deyilik, amma bu, növlərin 80%-ni məhv etdi. Bundan sonra dinozavrlar quruda dominant canlılar oldular və nəhəng ölçülərə çatdılar. Dreadnoughtus schrani adlanan növün çəkisi 59 tona çatırdı.


160 mlyn il əvvəl İlk quşlar

Lələkli uçuş

Quşlar lələkli dinozavrlardan təkamülləşib. Müasir quşlar böyük ölçüdə – dişli çənə əvəzinə dimdiklər, əllər əvəzinə qanadlarla Verikiraptorlardır. Ən məhşur erkən quş olan Arxeopiteriks 150 milyon il öncə yaşayıb. Son illərdə Çindən XiaotingiaAurornis kimi daha qədim quş fosilləri aşkar edilib.


130 mlyn il əvvəl Çiçəklər çiçəyi

Bitki inqilabı

Bu qəribə görünə bilər, ancaq çiçəklər bu yaxınlardakı kəşfdir. 465 milyon il boyunca Yer üzündə bitkilər var olsa da, bu zamanın üçdə ikisində çiçəklər var olmadı. Çiçəkli bitkilər ancaq dinozavrların erasının ortalarında ortaya çıxdılar. Bizə tanış olan otlar isə hətta daha sonra meydana çıxdılar. Ən qədim ot fosilinin yaşı 70 milyon ildir və otların bundan bir qədər öncə təkamülləşdiyi düşünülür.


65 mlyn il əvvəl Dinozavrların ölümü

5-ci kütləvi nəsil kəsilməsi

Bom! Sən məhv oldun! 65 milyon il əvvəl kosmik bir qaya parçası indiki Meksika ərazisinə düşdü. Partlayış yaxın ərazidəki bütün canlıları məhv etdi, amma toqquşma sonrası uzun müddətli təsirlər daha pis idi. Toqquşma zamanı ortaya çıxan toz atmosferə qalxaraq Günəşin önünü kəsdi və Yerə qaranlıq çökərək bitkilər, otyeyən dinozavrlar və ətyeyən dinozavrlar məhv olmağa başladı. Aclıq səbəbi ilə başlayan 5-ci kütləvi nəsil kəsilməsi Yer üzərindəki həyata olduqca böyük əzab verdi. Bu dinozavrlar üçün ən məşum hadisə idi, pterozavrlar və nəhəng dəniz sürünənləri Yer üzündən silindilər.


60-55 mlyn il əvvəl İlk primatlar təkamülləşir

Ağaclarda həyat

Demək olar ki, dinozavrların məhvindən sonra məməlilər öz balalarını uşaqlıq daxilində ciftlə bəsləmək qabiliyyətini təkamül etdirdilər. Tezliklə bu erkən ciftli məməlilər ilk primatlara təşamülləşəcəkdi. Onlar meymunlara, meymunlar isə insanlara təkamülləşəcək. Amma ilk primatlaar olduqca kiçik idi. Archicebus achilles adlı bizə məlum ən qədim primatın ağırlığı 30 qramdan çox deyildi. Onlar Asiyanın isti və rütubətli torpik meşələrində yaşayırdılar.


32-25 mlyn il əvvəl Superenerjili bitkilər

C4 fonosintezi

Bitkilər milyonlarla il ərzində Günəş işığı vasitəsi ilə fotsintez adlanan proseslə şəkər itehsal edirdilər. Amma qısa bir müddət sonra bəzi bitkilər bunu etməyin daha yaxşı yolunu kəşf etdilər. C4 fotosintezi ağır şərtlərdə də baş verdiyi üçün normal fotosintezdən daha effektivdir. Bu gün alimlər düyülərdə c4 fotosintezini həyata keçirərək əhali üçün ərzaq qıtlığını aradan qaldırmağa çalışırlar.


13-7 mlyn il əvvəl İlk insanabənzərlər

İnsanlığa gedən yol

İlk insanabənzər Afrikada 25 milyon il əvvəl ortaya çıxdı. Bir nöqtədə qrup müasir insanların əcdadları və müasir insanabənzər meymunlar olmaqla iki qrupa bölünüblər. Bunun nə zaman olduğunu demək olduqca çətindi, amma müasir genetika və fosil tapıntıları sayəsində bu barədə fikirlərimiz var. Ən qədim insana bənzər meymun bildiyimiz üzrə 7 milyon il əvvəl yaşamış Sahelanthropus tchadensis idi.


200000 il əvvəl İnsan irqi

Düşünən insanabənzərlər

Bizim növümüz – Homo sapiens olduqca cavandır. Biz sadəcə 200000 min ildir ki, mövcuduq. Bu zaman ərzində həyat beşiyimiz olan Afrikadan bütün materiklərə, hətta kosmosa belə yayıldıq. Bizim fəaliyyətlərimiz 6-cı kütləvi nəsil kəsilməsinə və Yerdə iqlim dəyişikliyinə yol açır. Hələ ki bizlər Yer tarixində bir şeylər etməyi bacarmış yeganə növük.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: