Elmi xəbərlərHəyatın təkamülüTibb

Siqaretin sağlamlığa müsbət təsir göstərdiyi hadisə qeydə alınıb

Tədqiqatçılar Almaniyada yaşayan bir kişidə siqaret istifadəsinin anemiyaya qarşı bir növ “panaseya” (bütün xəstəlikləri sağaldan saxta dərman) halı yaratdığını aşkar ediblər. Ancaq burası da var ki, alimlər oxşar hallarda xüsusi antioksidantlardan yararlanmağı tövsiyə edirlər.

Olduqca qeyri-adi hadisə Almaniyada qeydə alınıb. Alimlər ağır irsi xəstəlik daşıyıcısı olsa belə, ciddi fiziki yük məhdudiyyəti istisna olmaqla normal həyat sürdürməyə davam edə bilən sakinlərdən birini müayinə ediblər. “Bu kişi heç vaxt idmançı ola bilməzdi, çünki qanı böyük miqdarda oksigen daşımaq qabiliyyətində deyil, lakin siqaret çəkmək onu anemiyanın inkişafından qoruyur”, – Hyustonda yerləşən Rays universitetini təmsil edən Con Olson izah edir.

Alimlər əvvəlcə kişinin 23 yaşlı qızı ilə maraqlandıqda, onda dəmir çatışmazlığı anemiyası aşkar ediblər. Bu xəstəliyə səbəb olan amil mürəkkəb hemoqlobin zülalı komponenti olan polipeptid zəncir α1-i kodlaşdıran gendə baş vermiş mutasiyadır ki, bu da yekunda eritrositlərin hüceyrələrə lazımi oksigen miqdarını ötürə bilməməsi ilə nəticələnir.

Eyni mutasiyaya sahib ata anemiyadan əziyyət çəkməsə də, onun qanında yüksək dəm qazı (karbon-monooksid) konsentrasiyası aşkar olunub. Məlum olub ki, kişi siqaret asılısıdır, orqanizminin özəllikləri isə hemoqlobinə dəm qazı ilə təmasa girdikdə sabitləşmək imkanı verir. Dolayısı ilə zərərli vərdiş bu dəfə həqiqi mənada dərman rolunu oynayıb.

Qeyd etməyə ehtiyac olmasa belə, yenə də xatırladaq ki siqaret istifadəsi qarşısıalınmaz nəticələrə gətirib çıxarır və haqqında bəhs edilən Almaniya sakini də burada istisna deyil. Sözsüz ki tədqiqatçılar oxşar simptomları olan kəslərə planet üzrə hər il beş milyon insanın ölümünə səbəb olan siqaretə başlamağı tövsiyə etmirlər. Sağlamlıqla bağlı belə çətinliklərlə mübarizənin daha effektiv üsulu ağır antioksidant dozası istifadəsidir, mütəxəssislər deyir. Daha əvvəlki araşdırmada isə məlum olmuşdu ki, elektron siqaret həvəskarlarının analiz nəticələri adi siqaret istifadəçilərinin nəticələrindən daha “sağlamdır”.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: