Elmi xəbərlərHəyatın təkamülüTibb

QİÇS-ə qarşı mutasiya

Kliniki eksperimentlər insanda immunçatışmazlığı virusuna (İİV) qarşı gen terapiyası effektivliyini təsdiq etdi. Bunun üçün sadəcə immun hüceyrələrindəki genlərdən birinin fəaliyyətini dəqiqliklə dayandırmaq kifayətdir.

“Bunu “berlin pasienti” Timoti Braun’un dövründən bəri QİÇS-in müalicəsindəki ilk ciddi sıcrayış adlandırmaq olar”, – Kaliforniya Universitetindən olan bioloq John Rossi qeyd edir.

Bioloq 2008-ci ilin, hətta bəlkə bütün dövrlərin ən məşhur tibbi hadisəsini xatırladır. Həmin vaxt Braun üzərində eksperimental kök hüceyrə terapiyası uğurla aparılmışdı. Ona, mutasiyaya uğramış CCR5 geni olan donordan hematopoetik hüceyrələr transplantasiya edilmişdi. Onların kodlaşdırdığı zülal İİV-nin insanın t-limfositlərinə yoluxmasında maneə meydana gətirir. CCR5 çatışmazlığı olan insan isə bu prosesdə İİV-yə qarşı güclü müqavimət qazanmış olur. Braun, ona tətbiq edilmiş antivirus terapiyasından sonra uğurla sağaldılmışdı.

Buna baxmayaraq kök hüceyrələri ilə terapiya üsulu əksər İİV-yə yoluxmuş insanlar üçün əlverişsizdir. Bu, ağır invaziv prosedurdur və donor hüceyrələrin ayrılma riski yenə də yüksək olaraq qalır. Elə isə mutasiyalı CCR5-i xəstənin öz hüceyrələrinə əlavə etdikdə üstünlüyünü necə qoruyub saxlamaq olar? Alimlərdən ibarət bir beynəlxalq qrup bu mutasiyanı birbaşa orada istifadə etmək qərarına gəldi.

Nature jurnalında dərc edilən məqalədə infeksiyanı nəzarət altında saxlamaq üçün davamlı antiretrovirus vasitələri qəbul edən 12 könüllü İİV xəstəsi üzərində aparılmış tədqiqatdan bəhs edilir. Könüllülərin qanlarından İİV-nin məhv etdiyi immun limfosit-hüceyələri ayırd edildi və “zink barmaqlar” (zinc finger) fermentləri ilə müalicə edildi, hansılar ki DNT ilə verilmiş hissədə birləşərək müvafiq genin aktivliyini nizamlayır. Effekti əhəmiyyətli oldu: xəstələrin qanlarındaki T-limfositlərin səviyyəsi artdı, bu da virusun yoluxma və məhv etmə bacarığının sürətlə azaldığından xəbər verir.

Nəticələr aydın olduqdan sonra tədqiqatda iştirak edən xəstələrin yarısına antiretrovirus preparatları qəbulu dayandırıldı, qandaki T-limfositləri və virus hissəcikləri məzmununun izlənilməsi prosesi isə davam etdirildi. Hətta bu vəziyyətdə belə İİV səviyyəsi daha zəif artır və limfosit səviyyəsi növbəti bir neçə həftə ərzində yüksək olaraq qalırdı. Başqa deyimlə, virus tərəfindən məhv edilməyən mutasiyalı limfositlər özlərini xəstələrin orqanizmində çox yaxşı hiss edirdilər. Alimlər xoşagəlməz qoxudan başqa heç bir əlavə təsirin meydana gəlmədiyini qeyd etdilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: