Elmi xəbərlərHəyatın təkamülüTibb

Mütəxəssislər yeni süni qan istehsalı üsulu yaradıblar

Alimlər yeni kütləvi qan istehsalı üsulunu təqdim ediblər. Metodika sahə üzrə mini-inqilab vəd edir. Hələlik mütəxəssislər yeni üsulun məşhurlaşması üçün səy göstərir.

Bristol universitetindən olan alimlər gələcəkdə qeyri-məhdud miqdarda qan istehsalını mümkün edəcək tibbi metodu təqdim ediblər. İndiki dövrdə də süni qan istehsalı mümkündür. Bunun üçün alimlər 50 minə qədər qırmızı qan hüceyrəsi olan eritrosit istehsal edə bilən qan yaradan kök hüceyrələrindən faydalanır. Belə əməliyyat yalnız kök hüceyrənin tamamilə tükənməsinə qədər davam etdirildiyindən mütəxəssislər bu məhdudiyyət problemini həll etmək qərarına gəliblər.

Yalnız bir hemositoblast hüceyrə ilə siçanlarda radiasiya təsirilə faktiki olaraq məhv edilmiş qan yaradan toxumanı bərpa etmək mümkündür. Müasir dövrdə erkən mərhələlərdə kök hüceyrələri istifadəsi vacib nəticələr təmin edir. Tədqiqatın müəlliflərindən olan Yan Freyn qeyd edir ki, kliniki sınaqlar üçün uyğun davamlı eritrosit istehsalı üsulu nümayiş etdirə biliblər. Belə ki, artıq bir neçə litr süni qan əldə edilib.

Sözügedən uğura xüsusi laboratoriya şərtlərində nail olunub. Yeni metodikanın sahə üzrə hər yerdə tətbiq edilməsini mümkün edəcək aparat hələlik mövcud deyil. Bununla belə alimlər yeni konsepsiya ilə əlaqəli tədqiqatları davam etdirəcəklərini etiraf edirlər. Başqa deyimlə, süni qan pasientlərə donor qandan daha baha başa gələcək.

Süni qanın donor qanla müqayisədə üstünlüyü bundan ibarətdir ki, birincisində viruslara yoluxma riski minimuma endirilib, xüsusi şərtlərdə qorunması isə daha asandır. Lakin çatışmazlıqlar da var: süni qanın tərkibində yüksək toksik maddələr mövcuddur. Qeyd etmək lazımdır ki, ilk laboratoriyada yetişdirilmiş süni qan yeridilməsi əməliyyatı 2011-ci ildə həyata keçirilib.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: