Tibb

Korluğun qarşısı alına biləcəkmi?

Korluğa səbəb olan ən önəmli faktorlardan biri retinadakı fotoreseptorların itməsi və ya sayının azalmasıdır. Əlbəttə, müəyyən bir faizdəki fotoreseptor itkisi və ya pozğunluğu birbaşa korluğa səbəb olmasa dəyişən itki faizlərində görmə qabiliyyətində də fərqli dərəcədə pozulmalar meydana gəlir. Əsas xüsusiyyəti işığı və işığın xüsusiyyətlərini qəbul etmək olan fotoreseptorların mövcud olduğu retina təbəqəsi bəzən işığa görə də zədələnə bilir. Bu zədələnmə əsasən GPCRs (G protein–coupled receptors) adı ilə bilinən reseptor proteinlərin də olduğu bir  proses vasitəsi ilə əmələ gəlir.

2016cı ilin iyul ayında Çin ve Amerikadan olan tətqiqatçılar sistem farmakologiyası sayəsində müəyyən dərman kombinasiyaları ilə spesifik GPCRları aktivasiya və ya inhibə edərək işıq təməlli retinal zədələrin qarşısını almağı sınaqdan keçirdi. Təcrübələrini proqressiv retinal degenerasiyası olan siçanlar üzərində reallaşdıran tətqiqatçılar FDA təstiqli dərmanlardan fotoreseptor-qoruyucu bir kombinasiya istehsal etməyə nail oldu. Dərman kombinasiyası, yenə G protein ailəsindən Gi/o-konnetiv dopamin reseptorları D2R D4R proteinlərini aktivasiya edir, Gs-konnektiv dopamin reseptoru D1RGq-birləşdirici α1A-adrenergik reseptoru inhibə edərək funksionallığının qarşısını alır.

Burada GPCRların nə olduğunu anlamaq dərmanların işləmə prinsipini aydınlaşdırmaq üçün olduqca vacibdir. G proteininə (heterotrimerik strukturda bu proteinlər quanin nukleotidini birləşdirməsi səbəbilə bu adla bilinir) birləşə bilən/birləşən reseptorlar mənasına gələn GPCRlar bu əlaqə vasitəsilə hüceyrə daxilində müəyyən biokimyəvi, genetik, epigenetik və hər cür molekulyar qarşılıqlı təsirləri tənzimləyə biləcək çox çeşidli  siqnalların olmasını təmin edir.

Ancaq yuxarıda da bəhs edilən və yalnız gözdə belə bir çox analoji vəziyyət ilə rastımıza çıxa biləcək bir qisim mənfi nəticələr də bu siqnallar vasitəsi ilə ortaya çıxır. Bu səbəbdən, gözdə korluğa qədər gedəsi retinal axsaqlıqların bu protein ailəsindən hansıları vasitəsilə və ya hansılarının daxil olduğu mexanizmlər vasitəsilə ortaya çıxdığının təsbit edilməsi müvafiq dərman kombinasiyalarının inkişaf etdirilməsi ilə həll edilə bilər. Mövcud araşdırmada da tətbiq edilən sistem farmakologiyası texnikası bu tip multi etiologiyalı patologiyaların müalicə və profilaktikasını mümkün hala gətirir.

Əksər hallarda görmə pozğunluğuna səbəb olan retinal distrofiyalar kimi bir çox retina probleminə səbəb ola bilən fotoreseptor pozğunluqları həmçinin, buna bənzər problemlərin həll edilməsi və profilaktikası bir çox insan üçün həyati əhəmiyyət kəsb edir.

Bu konteksdə yeni potensial terapevtik metodların təşkili üçün siqnal şəbəkələrində dəyişikliklər meydana gətirə biləcək dərmanların inkişaf etdirilməsi və ya bu tətqiqatda da olduğu kimi mövcud dərmanların doğru kombinasiyalarının kəşf edilməsi son dərəcə əhəmiyyətli nəticələrə gəlməyi təmin edir.

Qaynaq: Yu Chen, Grazyna Palczewska3, Ikuo Masuho, Songqi Gao, Hui Jin, Zhiqian Dong, Linn Gieser, Matthew J. Brooks, Philip D. Kiser, Timothy S. Kern, Kirill A. Martemyanov, Anand Swaroop, and Krzysztof Palczewski; Synergistically acting agonists and antagonists of G protein–coupled receptors prevent photoreceptor cell degeneration;
Sci. Signal. 26 iyul 2016, DOI: 10.1126/scisignal.aag0245 , http://stke.sciencemag.org/content/9/438/ra74.abstract

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Fərid Rüstəmli

Yaşıl Elm platformasının yazarıyam. Azərbaycan Tibb Universitetini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: