Tibb

DSM-dən çıxarış: Homoseksuallıq xəstəlik deyil

Əqli Pozğunluqların Diaqnostik və Statistik Sorğu Kitabı

Əqli Pozğunluqların Diaqnostik və Statistik Sorğu Kitabı
Referat

1. Giriş


1973-cü ildə Amerika Psixiatrik Assosiasiyası (APA) özünün Diqanosrik və Statistik Sorğu Kitabının ikinci nəşrindən “homoseksuallığ”ı çıxardı. Sonradan bu, homoseksuallığı xəstəlik hesab edən və onu normal heab edən rəqib nəzəriyyələr arasında qarşıdurmasına səbəb oldu. Bu qərarın necə qəbul olunduğunu aydınlaşdırmaq cəhdi qismində bu referat əvvəlcə homoseksuallığın DSM-I və DSM-II – yə salınmasına səbəb olan elmi nəzəriyyə və arqumentlərə, daha sonra isə DSM-III –dən çıxarılmasına gətirib çıxaran alternativ nəzəriyyələrə, həmçinin Sorğu kitabının sonrakı nəşrlərinə nəzər salacaq. Referat həmin 1973-cü il qərarının sosial-mədəni nəticələrinin müzakirəsi ilə tamamlanır.

 

2. Homoseksuallıq Nəzəriyyələri


Homoseksuallığın etioloji nəzəriyyələrinin müasir tarixdə ümumi olaraq üç geniş kateqoriyaya – patologiya, inkişaf etməmə və normal dəyişiklik – bölünən təsviri tipologiyasını müəyyənləşdirmək mümkündür.

 

2.1. Patologiya Nəzəriyyələri


Bu nəzəriyyələr böyüklərdə homoseksuallığı “normal”, heteroseksual inkişafdan uzaqlaşan xəstəlik kimi nəzərə alır. Qeyri-tipik gender davranışının, yaxud hisslərinin olması xəstəliyin, yaxud pozğunluğun simptomlarıdır, hansına ki, əqli sağlamlıq professorları diqqət yetirməlidirlər. Bu nəzəriyyələr hesab edir ki, müəyyən daxili nöqsan və ya xarici patogenik amil homoseksuallığa səbəb ola bilər və bu hallar doğuşdan öncə, yaxud sonra baş verə bilər (məsələn, uşaqlıqdaxili hormonal təsir, həddən artıq analıq qayğısı göstərmək, natamam, yaxud ədavətli atalıq, cinsi zorakılıq və s.). Patologiya nəzəriyyələri homoseksuallığa qüsur, hətta əxlaqi cəhətən mənfi bir şey kimi baxmağa meyllidir, bu nəzəriyyələrin bəzi tərəfdarları homoseksuallığı sosial bəla kimi gördüklərini gizlətmirlər.

 

Məsələn, psixiatr və psixoanalitik Edmund Berqler ümumi auditoriyalar üçün kitabında təhqiramiz şəkildə yazmışdı ki, “Mənim homoseksuallara qarşı qərəzim yoxdur; mənə görə onlar tibbi yardıma möhtac xəstələrdir… Baxmayaraq ki, mənim qərəzim yoxdur, mən yenə də deyərdim ki: homoseksuallar, xarici davranışlarının pis və ya yaxşı olmasından asılı olmayaraq, əsasən, iyrənc insanlardır… (onların) vücudu yekəxanalığın, saxta aqressivliyin və sızıldamağın vəhdətidir. Bütün psixi mazoxistlər kimi, onlar da daha güclü ilə qarşılaşanda itaətkar, gücə malik olanda isə amansız, zəif insanları əzəcək qədər vicdansız olurlar.

 

2.2. İnkişaf etməmə Nəzəriyyələri


Təbiətcə, əsasən, psixoanalitik olan bu nəzəriyyələr yeniyetmə yaşlarında homoseksual hisslərin və davranışların ifadəsini böyüyərək heteroseksuallığın inkişafı üçün normal addım hesab edir. İdeal şəkildə, homoseksuallıq şəxsin böyüyərkən keçməli olduğu keçid mərhələ olmalıdır. Bununla belə, “inkişafın dayanması” qismində homoseksuallıq böyümənin donmasına bərabər tutulur. Bu nəzəriyyəni dəstəkləyənlər inkişafdan qalmanı nisbətən yumşaq qəbul edirlər, ya da, heç olmasa, homoseksuallığı psixopatologiya hesab edənlər qədər mənfi hesab etmirlər.

2.3. Normal dəyişiklik Nəzəriyyələri


Bu nəzəriyyələr homoseksuallığı təbii olaraq baş verən fenomen kimi nəzərdən keçirirlər. Belə nəzəriyyələr, əsasən, homoseksual fərdləri fərqli doğulmuş hesab edir, lakin bu təbii fərqlilik, sol əllə yazma kimi az sayda insanı əhatə edir. İnsanların “gey doğulması” haqqında müasir mədəni inanc normal dəyişiklik nəzəriyyəsinə aiddir. Bu nəzəriyyələr normal olanı təbii olana bərabər tutduqlarına görə, homoseksuallığa yaxşı (ya da, heç olmasa neytral) yanaşırlar. Belə nəzəriyyələr psixiatrik diaqnostik sorğu kitabında homoseksuallığın yeri olmadığını hesab edir.

 

3. Gender İnanclar


Homoseksuallığın elə bir nəzəriyyəsini tapmaq çətindir ki, kişilərin və qadınların “başlıca” keyfiyyətləri barədə gizli mədəni fikirləri əhatə edən gender inanclara əsaslanmasın.”Əsl kişi” və “əsl qadın” çox güclü mədəni miflərdir ki, hər kəs bununla razılaşmalıdır. İnsanlar özlərinin və yaşadıqları mədəni mühitin gender inanclarını ya dolayısı ilə, ya da dəqiq şəkildə ifadə edirlər, özlərinin və başqalarının nə etmək, nə düşünmək və nə hiss etməklə bağlı gender düşüncələrini qəbul və müəyyən edirlər. Gender inanclar, demək olar ki, gündəlik həyatın bütün tərəflərinə toxunur, məsələn kişilər hansı ayaqqabını geyinməlidir kimi dünyəvi məsələlər, yaxud kişilər açıq şəkildə ağlamamalıdır, ya da başqa kişilərlə yatmamalıdır” kimi daha “dərin” kişilik məsələləri.

 

Gender inanclarına bir qadının hansı karyeranı qurmalı olması, başqa sözlər desək, bir işgüzar qadın uşaqlarını tərbiyə etməkdən boyun qaçırarsa və ya karyera barədə bir kişidən daha aqressiv olarsa, bu, nə demək olar?
Gender inancları əsasən gender ikilisi üzərində qurulur. Ən qədim və tanınmış olan kişi/qadın ikilisidir. Lakin 19-cu əsrdən etibarən homoseksual/heteroseksual ikilisi (yaxud 20-ci əsrdə gey/xalis ikilisi) və hazırki 21-ci əsrdə transseksual/sisgender ikilisi vardır. Qeyd olunmalıdır ki, ikililər kütləvi istifadə üçün məhdudlaşdırılmamışdır. Bir çox elmi homoseksuallıq araşdırmaları həm də gizli (və çox zaman açıq-aydın) ikili gender inanclarını əhatə edirlər.

 

Məsələn, homoseksuallığın hermafrodit (ikicinsli) hipotezi iddia edir ki, homoseksual fərdlərin beyinləri digər cins üçün daha tipik olan xarakterlər sərgiləyir. İkicinsli hipotezdə gizlənən başlıca gender inancı bundan ibarətdir ki, qadını cəlb edən kişilik cəhətidir, bu, Ziqmund Freydin lezbiyanların kişi psixologiyasına malik olması haqqında nəzəriyyəsinə gətirib çıxarıb. Oxşar olaraq, bioloji araşdırmaçılar ehtimal edirlər ki, gey kişilərin beyinləri qadın beyininə bənzəyir və ya analarının X (qadın) xromosomlarının əlavə fraqmentlərinin qəbulediciləridir.

 

Gender inancları, adətən iki cinsin mövcudluğuna icazə verir. Bu gender ikilisini dəstəkləmək üçün əksər mədəniyyətlər, ənənəvi olaraq israr edir ki, hər bir fərd doğuşda ya kişi, ya da qadın kateqoriyasına aid edilmişdir və fərdlər sonrakı həyatlarında aid olduqları kateqoriyaya uyğun gəlməlidirlər. “Kişi” və “qadın” kateqoriyaları qarşılıqlı olaraq, xüsusi hesab olunurlar, baxmayaraq ki, Platonun “Simpozium”unda və bəzi Yerli Amerikan mədəniyyətlərində olduğu kimi, istisnalar mövcudddur.(gender ikilis haqqında dərin elmi tənqidlər üçün Fausto-Sterlinqə bax).Bu inanclar 20-ci əsrin ortalarında mövcud olan – əgər uşaqlar anomal cinsi orqanla doğulubsa, onun qız, yaxud oğlan olması ilə bağlı valideynlərinin narahatlığına son qoymaq üçün dərhal lüzumsuz tibbi cərrahiyəyə məruz qalmalıdır – kimi nəzəriyyələrin əsasında dayanır.

Sərt gender inancları, adətən fundamentalist, dini cəmiyyətlərdə çiçəklənir, burada aşkar və gizli ehtimallara təhlükə yarada bilən istənilən məlumat, yaxud alternativ izahatlar xoş qarşılanmır. Gender və seksuallıq sferasına daxil olduqda, ikili düşüncənin başqa forması ilə qarşılaşmaq təəccüblü deyil: müəyyən fikirlər, hisslər haqqında “əxlaq hekayələri”, hansı davranışların “yaxşı” və ya “pis” olması, bəzi hallarda isə onların “savab, yaxud günah” olması. Yaxşı/pis ikilisi yalnız dinlə məhdudlaşmır, belə ki, əxlaqın dilinə homoseksuallığın “səbəbləri” ilə bağlı nəzəriyyələrdə də mütləq rast gəlinir. Homoseksuallığın “etiologiya”sı ilə bağlı əminliyin olmamasına görə, ikili gender inancları və onlarla əlaqədar əxlaqi əsaslar homoseksuallığın səbəbləri və/və ya mənaları haqqında nəzəriyyələrdə rol oynayır. Bu nəzəriyyələrin hekayə formaları ilə tanış olduqda, onların içində olan bəzi əxlaqi mühakimələr və inanclar daha aydın olur.

 

4. Homoseksuallığın ilkin nəzəriyyəçiləri


Qərb tarixinin böyük qismində eynicinsli davranışların anlayışı ilə bağlı rəsmi bəyanatlar, başlıca olaraq, dinlərin sferasına daxil idi, hansı ki, onların çoxu homoseksuallığı əxlaqi cəhətdən “pis” hesab edirdi. Bununla belə, 19-cu əsrin Qərb mədəniyyəti dini hökmranlığı dünyəviliyə dəyişdikdən sonra eynicinsli davranışlar, digər “günah”lar kimi hüquq, tibb, psixiatriya, seksologiya və insan hüquqları fəalları tərəfindən xeyli araşdırmalara məruz qaldı. Nəticə etibarilə, şeytanın bədənə girməsi, sərxoşluq və sodomiya kimi dini kateqoriyalar ruhi xəstəlik, alkoqolizm və homoseksuallıq kimi elmi kateqoriyalarla əvəz olundu.

Beləliklə, homoseksuallığın müasir tarixi 19-cu əsrin ortalarından, xüsusən, Karl Haynrix Ulrixsin yazıları ilə başlayır. Hüquq, teologiya və tarix üzrə ixtisaslı olub, o, kişilər arasında eynicinsli əlaqələri kriminallaşdıran Alman qanunlarını tənqid edən siyasi traktatlar silsiləsi yazan, gey hüquqlarının ilk müdafiəçisi hesab olunur. O ehtimal edirdi ki, bəzi kişilər öz bədənlərində yerləşmiş qadın ruhu ilə doğulurlar və bu kişilər üçüncü cinsi təşkil edirlər ki, onları “urninq” adlandırırdı. Alim, həmçinin bədənində kişi ruhu daşıyan “urninqin” adlandırdığı, bu gün lezbiyan kimi tanıdığımız qadınları da müəyyənləşdirmişdi.

1869-cu ildə Macar jurnalisti Karoli maria Kertbeni sonralar Alman Qanunun 175-ci Maddəsində məcəllələşdirilmiş və kişi homoseksual davranışını kriminallaşdıran Prusiya Qanunun 143-cü Maddəsinə qarşı siyasi traktat yazmış və burada ilk dəfə “homoseksual” və “homoseksuallıq” terminlərini işlətmişdir. Kertbeni belə bir nəzəriyyə irəli sürürdü ki, homoseksuallıq anadangəlmədir və dəyişməzdir, onun arqumentləri normal dəyişikliklə bağlı idi, bu isə Sodomiya qanunlarının qəbul olunmasına səbəb olan qınayıcı əxlaqi yanaşmalara qarşı mübarizə idi.

Riçard fon Krafft-Ebinq, alman psixiatrı homoseksuallığı “deqenerativ” pozğunluq kimi təsvir edərək, patologiyanın ilk nəzəriyyəsini təklif etmişdir. Kertbeninin terminologiyasını qəbul edərək, lakin onun məsələyə normal yanaşan düşüncələrini qəbul etməyərək, Krafft-Ebinqin 1886-cı ildə yazdığı “Psixopatiya Seksualis” əsəri qeyri-ənənəvi seksual davranışlara 19-cu əsrin Darvin nəzəriyyəsi obyektivindən baxmışdır: çoxalmaya yönəlməmiş seksual davranışlar, masturbasiya da daxil olmaqla, psixopatologiyanın formaları kimi qəbul olunurdu. Krafft-Ebinq inanırdı ki, şəxsin homoseksual meylli doğulmasına baxmayaraq, belə meyllər anadangəlmə xəstəlik kimi qəbul olunmalıdır. Krafft-Ebinq tibbi və elmi cəmiyyətlərdə “homoseksual” termini ilə yanaşı, onun müəllifinin homoseksuallığı psixi pozğunluq kimi qəbul edən fikirlərinin yayılmasında böyük nüfuza malik idi. “Psixopatiya Seksualis” 20-ci əsrin ortalarının psixiatrik diaqnostik sorğu kitablarında insan seksuallığına dair patoloji ehtimalların çoxunu əvvəlcədən müəyyən etmişdir.

Alman psixiatrı Maqnus Hirşfeld isə, əksinə homoseksuallığın normativ mənzərəsini təklif edib. Hirşfeld aşkar homoseksuallıq üzrə həkim və cinsi münasibət üzrə araşdırmaçı olmaqla, öz zamanının alman homofil hərəkatının lideri və Ulrixin 19-cu əsrdə irəli sürdüyü üçüncü cins nəzəriyyələrinin sabit dəstəkləyicisi olmuşdur.

 

5. Psixoanalitik Nəzəriyyəçilik


Hirşfeldin normal dəyişiklik nəzəzriyyəsini və Krafft-Ebinqin patologiya nəzəriyyəsini birbaşa rədd edərək Ziqmund Freyd elə bir alternativ nəzəriyyə irəli sürdü ki, kütləvi təsəvvürə yol tapa bildi. O inanırdı ki, hər kəs biseksual meyllərlə, homoseksuallığın təzahürləri ilə doğulur ki, bu, heteroseksual inkişaf üçün normal mərhələ ola bilər. Anadangəlmə biseksuallıq haqqında bu inanc Hirşfeldin üçüncü cinsinin mümkün mövcudluğuna imkan vermir: “Psixoanalitik araşdırma homoseksualları xüsusi xarakterli qrup kimi insanlığın qalan hissəsindən ayırma cəhdlərinə qətiyyətlə qarşıdır.”

 

Bundan başqa, Freyd iddia edirdi ki, homoseksuallıq Krafft-Ebinqin irəli sürdüyü kimi, “deqenerativ hal” ola bilməz, çünki digər səbəblərlə yanaşı, “bu, çoxalma qabiliyyəti normal olan və yüksək intellektual inkişafa və etik mədəniyyətə sahib insanlarda da aşkar olunmuşdur”. Bunun əvəzinə, Freyd böyüklərdə homoseksual davranışların təzahürlərini “həbs olunmuş” psixi-seksual inkişafın nəticəsi kimi görürdü, bu, inkişaf etməmə nəzəriyyəsidir. Ömrünün sonlarına yaxın Freyd yazırdı: “Homoseksuallıq, şübhəsiz ki, üstünlük deyil, lakin bu, utanılmalı bir şey də deyil, burada pis və alçaldıcı heç nə yoxdur; bu, xəstəlik kimi təsnif edilə bilməz; biz bunu seksual inkişafın müəyyən qədər həbs olunması nəticəsində yaranan, seksual funksiyanın bir variantı hesab edirik.”

 

 

Bu inanc onu homoseksual istiqamətli şəxsi heteroseksuala çevirmək cəhdləri ilə bağlı bədbin edirdi: “Ümumiyyətlə, tam inkişaf etmiş homoseksualı heteroseksuala çevirməyi öz üzərinə götürmək bunun əksinəsini etmək qədər uğursuz bir cəhddir, halbuki yaxşı təcrübi səbəblərdən sonuncu hala heç cəhd edilməmişdir.”
Lakin 1939-cu ildə Freydin ölümündən sonra yeni nəslin əksər psixoanalitikləri homoseksuallığl patoloji hal hesab edirdi. Onlar homoseksuallığın düzəliş olunmuş anlayışı ilə yanaşı, bu sahənin yaradıcısının nəzərindən qaçan psixoanalitik “müalicələr” təklif edirdilər. Onların baxışları ABŞ-a mühacirət etmiş macar Sandor Radonun nəzəriyyələrinə əsaslanırdı. Onun nəzəriyyələri 20-ci əsrin ortalarında Amerika psixiatrik və psixoanalitik fikrinə əhəmiyyətli təsirə malik idi.

 

Rado, Freydin əksinə olaraq iddia edirdi ki, nə anadangəlmə biseksuallıq, nə də normal homoseksuallıq mövcuddur. Heteroseksuallıq yeganə bioloji normadır, homoseksuallıq isə natamam valideynlik nəticəsində yaranan, qarşı cinsə münasibətdə “fobik” etinasızlıq kimi müəyyə edilə bilər. Radonun nəzəriyyəçiliyi Biberin və Sokaraydesin işləri barədə məlumat verirdi, bu analitiklərin homoseksuallığı “müalicə etmə vasitələri” öz peşəkar cəmiyyətlərində geniş qəbul olunurdu, baxmayaraq ki, nəzəri, yaxud təcrübi olaraq heç vaxt təsdiqlənməmişdi.
20-ci əsrin ortalarında Amerika psixiatriyası bu psixoanalitik baxışların böyük təsirinə məruz qalmışdı. Nəticədə 195-ci ildə APA Diaqnostik və Statistik Sorğu Kitabının ilk nəşrini dərc edərkən, həmin dövrdə psixiatrların əqli pozğunluq hesab etdikləri bütün halları əhatə etmişdi. DSM-I “homoseksuallığı” “sosiopatik şəxsiyyət pozğunluği” kimi təsnif etmişdi. 1968-ci ildə dərc olunmuş DSM-II-də homoseksuallıq “seksual yayınma” kimi təsnif olunmuşdu.

 

6. Seksoloqlar


Psixiatrlar, həkimlər və psixoloqlar homoseksuallığı “müalicə etməyə” çalışarkən, 20-ci əsrin ortalarında cinsi münasibət tədqiqatçıları qeyri-patogen şəxslər də daxil olmaqla, fərdlərin geniş spektrini araşdırırdılar. Psixiatrlar və digər həkimlər homoseksuallıq və ya digər çətinliklər üçün müalicə axtaran xəstələrin təhrif olunmuş nümunəsi əsasında nəticələrə gəlir və özlərinin seçdiyi bu qruplar üzərində etdikləri tapıntıları hesabat şəklində yazırdılar.

Bu sahədə ən mühüm araşdırma iki başlıqlı hesabatda Alfred Kinsiyə və onun həmkarlarına məxsusdur. Kinsinin psixiatrik xəstə olmayan minlərlə insanları sorğu etmiş hesabatında homoseksuallığın ümumi əhalidə bilindiyindən daha artıq rast gəlindiyi bildirilir, bu gün onun “10%-lik” statistikası 1%-4%- ə yaxın olduğu düşünülür. Bu tapıntı həmin dövrlərdə homoseksuallığın ümumi əhalidə çox nadir görüldüyü barədə psixiatrik iddialarla kəskin ziddiyyət təşkil edirdi. Ford və Biçin müxtəlif mədəniyyətləri və heyvan davranışlarını araşdırmaları homoseksuallığın psixiatriyanın iddia etdiyindən daha çox yayılmış olması barədə Kinsinin fikirlərini təsdiqlədi. 1950-ci illərin sonlarında psixoloq Evelin Huker bir araşdırma dərc etdirdi, burada, o, 30 heteroseksual nəzarətçi ilə heç biri psixiatrik xəstə olmayan 30 gey kişinin psixoloji test nəticələrini müqayisə etmişdir. Onun araşdırması kişi gey qrupunda heç bir psixoloji pozuntu əlamətinə rast gəlməmişdi, bu tapıntı həmin vaxtlar bütün gey kişilərin ciddi psixoloji pozğunluğa malik olması barədə psixiatrik inancı rədd edirdi.

 

7. APA-nın 1973-cü il Qərarı


Amerika psixiatriyası əksər hallarda cinsi əlaqələrin araşdırılmasının artmasına məhəl qoymurdu, Kinsi ilə olan halda isə özünün nəzəriyyələrinə zidd olan tapıntılara ədavətlə yanaşırdı. Qeyd olunmalıdır ki, 20-ci əsrin ortalarında mövcud olan bəzi homofil (gey) fəallar qrupları psixiatriyanın xəstəlik modelini cəmiyyətin qınayıcı əxalqsızlıq modelinə alternativ qismində qəbul etmişdilər və homoseksuallığın “müalicə”sini tapmaq üçün peşəkarlarla işləməyə hazır idilər. Digər gey fəallar isə homoseksuallıqla əlaqədar stiqmaya (damğalama) əsas yardımçı vasitə qismində patoloji modeli qətiyyətlə rədd edirdilər. Həmin bu sonuncu qruo müasir seks araşdırması nəzəriyyələrini APA-nın diqqətinə çatdırdı. 1969-cu il Nyu-Yorkda Stounvoll qiyamından sonra psixiatrik nəzəriyyələrin anti-homoseksual sosial stiqmanın (damğalama) əsas yardımçı qüvvəsi olduğuna inanan gey və lezbiyan fəallar APA-nın 1970 və 1971-ci il illik toplantılarını dağıtdılar.

Bayerin qeyd etdiyi kimi, APA-nın həm xaricində, həm də daxilində olan amillər homoseksuallığın DSM-dəki yerinin yenidən konseptləşdirilməsinə gətirib çıxaracaqdı. Psixiatriyanın xaricində əldə olunan araşdırma tapıntılarından əlavə, getdikcə artmaqda olan anti-psixiatriya hərəkatı mövcud idi. 19-cu əsrdə drapetomaniyanı – “qulların gəzib-dolanmaqla bağlı anadangəlmə meyli ilə öz sahiblərindən qaçmaq meyli olması pozğunluğu”nu – nümunə gətirərək diaqnostik həddiaşmaların tibb tarixini məsxərəyə qoyan mədəni elmlər üzrə tənqidçiləri xatırlamaq isə artıqdır.

Bundan əlavə, daha böyük sosial dərketmə üçün təşkilatlanmaya çağıran gənc liderlərdən ibarət, APA daxilində nəzarətin yaranmaqda olan nəsil dəyişikliyi də mövcud idi. Cud Marmor kimi çox az sayda psixoanalitiklərin dəstəklədiyi homoseksuallıqla əlaqədar psixoanalitik pravoslavlıq mövcud idi. Lakin hər bir halda diaqnostik dəyişiklik üçün ən mühüm katalizator gey aktivizmi idi.

Gey fəallarının etirazları APA-nın diqqətinə çatdı və qrupun növbəti iki illik toplantısında analoqsuz tədris qruplarının yaradılması ilə nəticələndi. Gey fəallar Frank Kameni və Barbara Qittinqs tərəfindən işlənib hazırlanmış “Gey Yaxşıdır” başlığı altında 1971 paneli psixiatrlara – çoxları bunu ilk dəfə idi ki, eşidirdi – qınağın “homoseksuallıq” diqanozu nəticəsində yarandığını izah etdi. 1972- ci il toplantısında Kameni və Qottonqsin yanında Con Frayer də vardı. M.D. Frayer “homoseksual psixiatr” olduğu və o zamanlar ədavətli həmkarlardan qorxduğu üçün Doktor Anonim kimi iştirak edərək və öz həqiqi kimliyini auditoriyadan gizləyərək gey psixiatrların öz fəaliyyətlərində qarşılaşdıqları ayrı-seçkilikdən danışdı.

Etirazlar və tədris qrupları davam etdiyi müddətdə APA homoseksuallığın psixiatrik diaqnoz olaraq qalması ilə bağlı məsələnin daxili müzakirə prosesi ilə məşğul idi. Bu məsələ 1973-cü il APA-nın illik toplantısının simpoziumuna daxil edilmişdi, iştirakçılar “Homoseksuallıq APA Nomenklaturasında olmalıdırmı?” sualı üzərində lehinə və əleyhinə fikirlərin debatını aparmışdılar. APA-nın elmi orqanı Nomenklatura Komitəsi bu məsələyə ilə yanaşı, əqli pozğunluğun tərifi ilə bağlı məsələ ilə məşğul idi. Məsələyə baxan alt komitənin sədri Robert Spitzer “müxtəlif əqli pozğunluqların xarakteristikalarını nəzərdən keçirmiş və qərara gəlmişdi ki, homoseksuallıq və ehtimal ki, bir neçə digər “seksual yayınma istisna olmaqla, onların hamısı müntəzəm olaraq subyektiv pozğunluğa səbəb olmuş və ya sosial fəaliyyət effektivliyinin ümumi pozulması ilə əlaqədar olmuşdur.” Əqli pozğunluğun bu yeni tərifini qəbul etdikdən sonra Nomenklatura Komitəsi razılaşdı ki, homoseksuallıq mahiyyətcə belə deyil. Bir neçə digər APA komitələri və məşvərətçi orqanlar məsələni nəzərdən keçirərək onların işini və tövsiyyələrini qəbul etdilər. Nəticə etibarilə, 1973-cü ilin dekabrında APA-nın Qəyyumlar Şurası (QŞ) homoseksuallığın DSM-dən çıxarılmasına səs verdi.

 

Psixoanalitik cəmiyyətin psixiatrları isə qərara etiraz etdilər. Onlar bütün üzvlərin QŞ-nın qərarının lehinə və ya əleyhinə səsverməsini təmin etmək üçün APA-ya müraciət etdilər. Çıxarılma haqqında qərar 10,000 səs verən üzvün 58% çoxluğu ilə qüvvəsini saxladı.
Qeyd olunmalıdır ki, kütləvi mətbuatda tez-tez məlumat verildiyi kimi, psixiatrlar homoseksuallığın diqanoz qismində saxlanması barədə səs vermədilər. APA üzvlərinin səsvermədə iştirak etdiyi məsələ APA Qəyyumlar Şurasının qərarının “lehinə”, yaxud “əleyhinə” səsverməklə bağlı idi və elmi prosesi genişləndirməklə, qərarın qəbul olunmasına nail olmağa çalışırdılar. Sonradan, 1973-cü il qərarının əleyhdarları “elm səsvermə ilə müəyyən oluna bilməz” deməklə, səsvermənin nəticəsini davamlı olaraq gözdən salmağa çalışırdılar. Buna baxmayaraq, onlar xatırlatmağı unudurdular ki, səsvermə üçün, ilk növbədə, məhz diaqnozun saxlanmasının tərəfdarları idi. Hər bir halda, 2006-cı il Beynəlxalq Astronomiya Birliyi Plutonun planet olub-olmaması haqqında səsvermə keçirərək göstərdi ki, hətta astronomiya kimi mürəkkəb elmdə belə faktların təfsiri insan subyektivliyinə əsaslanır.

 

Hər bir halda 1973-cü il hadisələri psixiatriyanın homoseksuallığın bəzi təzahürlərini patologiyalaşdırmasına dərhal son qoymadı. Çünki “homoseksuallığın” əvəzinə DSM-II –də yeni bir diaqnoz müəyyən olunmuşdu: Seksual İstiqamətin Pozğunluğu (SİP). Əgər eynicinsin cəlbetməsinə malik şəxs bunu əziyyətli hal hesab edirsə və bunu dəyişmək istəyirsə, bu halda SİP homoseksuallığı xəstəlik kimi qəbul edirdi. Hətta homoseksuallıq artıq xəstəlik kimi nəzərdə tutulmamasına baxmayaraq, yeni diaqnoz seksual istiqamətin dəyişdirilməsi terapiyası təcrübəsini qanuniləşdirdi (və ehtimal ki, belə müdaxilələr üçün sığorta ödənişlərinə imkan yaratdı). Yeni diaqnoz, həmçinin heteroseksual istiqamətə malik şəxsin bu halından özünü bədbəxt hiss etməsinə görə geyə çevrilmək üçün müalicə axtarması imkanına da yol verirdi.

 

Sonradan SİP DSM-III-də “Eqo Distonik Homoseksuallıq” (EDH) adlı yeni kateqoriya ilə yerləşdirildi. Bununla belə, 10 ildən də çox müddətdən sonra psixiatrlara aydın oldu ki, əvvəlcə SİP-in, daha sonra EDH-in kitaba daxil edilməsi ilkin siyasi güzəştəgetmənin və heç bir diaqnozun pozğunluğun yeni nozologiyada (xəstəliklərin təsnifləşdirilməsi) göstərilən tərifinə uyğun gəlməməsinin nəticəsi idi. Əks təqdirdə, şəxsiyyət pozğunluğunun bütün növləri psixiatrik pozğunluq kimi qəbul olunardı. “Ağ olmayan insanlar öz irqinə görə özlərini bədbəxt hiss edirlərsə, onlar əqli cəhətdən əstə hesab olunmalıdırlarmı?” – deyə tənqidçilər soruşurdular. Bəs əgər qısaboylu adamlar hündürlüklərindən narazıdırlarsa? Niyə eqo distonik masturbasiya olmasın? Bunun nəticəsində eqo-distonik homoseksuallıq 1987-ci ildə DSM-III-R yeni versiyasından çıxarıldı. Belə etməklə, APA 14 il əvvəl mümkün olmayan şəkildə qapalı olaraq homoseksuallığa normal yanaşma variantını qəbul etmiş oldu.

8. Nəticə


APA-nın 1973-cü il diaqnostik yoxlanışı homoseksuallığın sosial stiqmatizasiyasında təşkilatlanmış tibbin rəsmi iştirakının sonunun başlanğıcı oldu. Beynəlxalq əqli səhiyyə cəmiyyətində də bənzər dəyişikliklər baş verirdi. 1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı homoseksuallığı Xəstəliklərin Beynəlxalq Təsnifatından (İCD-10) çıxardı. Nəticə etibarilə, homoseksuallıq haqqında müzakirələr tədricən tibb və psixiatriyadan uzaqlaşdı və dini, hökumət, hərbi, mətbuat və tədris institutları ayrı-seçkilik üçün tibbi və ya elmi əsaslandırmadan məhrum olduqca əxlaqi və siyasi sferaya daxil oldu.

Nəticədə, elmi hökmranlığı qəbul edənlər homoseksuallığa normal baxışı qəbul etdikcə, homoseksuallıq haqqında mədəni yanaşmalar ABŞ-da və digər ölkələrdə dəyişdi. Əgər homoseksuallıq artıq xəstəlik hesab olunmursa və əgər şəxs buna qarşı Bibliya qadağalarını, hərfi olaraq qəbul etməmişdirsə, gey insanlar çoxala bilən insanlar kimi funksiyalara malikdirlərsə, o zaman gey olmaqda pis nə var? Əlavə olaraq, əgər gey olmaqda pis heç nə yoxdursa, daha böyük cəmiyyət gey insanlara öz həyatlarını açıq yaşamaqda kömək edəcək hansı əxlaqi və qanuni prinsipləri dəstəkləməlidir?

Bir çox ölkələrdə nəticə belə oldu: (1) homoseksuallığı kriminallaşdıran sodomiya qanunlarının ləğv olunması; (2) lezbiyanların, geylərin, biseksualların və transseksualların (LGBT) insan hüquqlarını cəmiyyətdə və iş yerlərində qoruyan qanunların qüvvəyə minməsi; (3) LGBT şəxslərin hərbidə qulluq etmək imkanı; (4) sayı getdikcə artan ölkələrdə nikahda və vətəndaş nikahlarında bərabərlik; (5) gey valideynlərin övladlığa götürmə hüquqlarının təmin edilməsi; (6) gey həyat yoldaşlarının vərəsəlik hüquqlarının asanlaşdırılması; (7) gey insanların din xadimi kimi açıq qulluq etməsinə icazə verən, sayı artmaqda olan dini bəyanatlar.

Ən mühümü, diaqnozun DSM-dən çıxarılması tibbdə, psixiatriyada və digər əqli səhiyyə peşələrində LGBT şəxslərin sağlamlığı və əqli sağlamlığı üzərində dayanmaq əvəzinə, “homoseksuallığa nə səbəb olur?” və “bunu necə müalicə edə bilərik?” kimi suallardan uzaqlaşmağa gətirib çıxardı.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
National Center for Biotechnology Information
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: