Tibb

Diabet və antihipertenziv dərmanlarının kombinasiyasının xərçəng hüceyrələri ilə mübarizədə effektivliyi kəşf edildi

Diabet və antihipertenziv dərmanlarının kombinasiyası xərçəng hüceyrələri ilə mübarizədə effektivliyi kəşf edildi.

Tip 2 diabet müalicəsində çox hallarda istifadə edilən metformin anti-xərçəng xüsusiyyətini göstərdi, ancaq effektivliyi xərçəngi müalicə etmək üçün çox aşağı idi. Bununla birlikdə, İsviçrədəki Bazel Universitetindən tətqiqatçılar metforminin antihipertensiv dərman olan syrosingopin ilə kombinə edilməsinin metforminin xərçənglə mübarizədə təsirini artırdığını kəşf etdi. Metforminin tipik dozası xərçənglə mübarizədə effektiv deyildi, ancaq dərmanın daha yüksək dozaları istənməyən əlavə təsirlər yaradırdı.

Bu səbəbdən Bazel Universitetindəki Biozentrumda Professor Mişel Holl liderliyindəki tətqiqatçılar metforminin xərçənglə mübarizədə fəaliyyətini artıra biləcəklərini təyin etmək üçün 1.000-dən çox narkotik preparat tədqiq etdi. Araşdırmaçılar syrosingopinin metforminin təsirini  artırdığını və xərçəngli hüceyrələri proqramlı “intihar”a itələdiyini müəyyən etdi.

 

Metformin tip 2 diabet xəstələrində qan şəkəri səviyyəsini aşağı salır ve eyni zamanda hüceyrənin enerji fabriklərində mövcud olan mitoxondrial respirasiya zəncirini bloklayır. Syrosingopine şəkərlərin parçalanmasına mane olur, buna görə ikisinin kombinasiyası hüceyrə üçün enerji təmin edən həyati vacib prosesləri kəsintiyə uğradır.

Araştırmanın ilk yazarı Don Benjamin “Məsələn, leykemiya xəstələrinin misalında demək olar ki, bütün şiş hüceyrələrinin bu kokteyllə ve normal hüceyrələrə qarşı toksik olmayan dozalarda öldüğünü göstərdik” şəklində bir açıqlama verdi. “Sağlam donorlardan alınan qan hüceyrələri müalicəyə biganə qaldığı üçün effekt sadəcə xərçəng hüceyrələri ilə sərhədlənirdi. ”

 

Tətqiqatçılar bədxassəli qaraciyər xərçəngi olan siçanlarda narkotik kokteyli ilə müalicə edildikdən sonra qaraciyər böyüməsinin azaldığını və şişlərin bir qisminin itdiyi şiş nodullarının miqdarının azaldığını müəyyən ediblər. Benjamin:

“Bilinən iki dərmanın xərçəng hüceyrə çoxalması üzərində tək başına hər dərmandan daha dərin təsirlərə yol açdığını göstərə bildik. Bu çalışmanın dataları, xərçəng xəstələrinin müalicəsin kombinasion perspevtivlərin inkişaf etdirilməsini dəstəkləyir”

Araşdırmanın detalları və qaynaq :
Sciencemag

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Fərid Rüstəmli

Yaşıl Elm platformasının yazarıyam. Azərbaycan Tibb Universitetini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: