AstronomiyaElmi xəbərlərHəyatın təkamülüTibb

Alimlər kosmik şərtlərdə yaşamağın korluğa səbəb olacağından ehtiyat edirlər

Beynəlxalq Kosmik Stansiyada işlər aparan astronavtlar çəkisizlikdə yaşamağın fəsadlarını araşdırır.

Alimlər kosmos şərtlərində yaşamağın fəsadları mövzusunda daha bir xəbərdarlıq ediblər. Gələcəkdə “qalaktikaları ələ keçirməyimizə” maneə törədəcək əsas səbəb kosmosda insanın gözünün dəyişikliyə uğramasıdır.

Beynəlxalq Kosmik Stansiya (BKS) kimi orbital stansiyalarda işlər aparan astronavtlar, bir növ, özlərini fəda edərək, çəkisizlikdə yaşamağın fəsadlarını araşdırır. Daha əvvəlki tədqiqatlardan məlumdur ki, Yerdən kənar şərtlərdə insan orqanizminin aspektləri bir qədər fərqli işləyir. Bu istiqamətdə növbəti plan insanı Marsa çatdırmaqdır. Lakin təkcə çəkisizlik deyil, başqa planetlərdə yaşayış da insanın orqanizm funksiyalarını, yüngül dillə desək, dəyişdirə bilər.

Əvvəlki təcrübələr göstərir ki, kosmos və başqa planetləri əhatə edən ekspedisiyalarda bel əzələləri qarşısıalınmaz şəkildə zəifləyə, ürək formasını dəyişdirib “yumrulaşa”, o cümlədən şüalanmadan dolayı intellektual imkanlar məhdudlaşa bilər. Amerikalı tədqiqatçı Kristian Otto və həmkarları belə qənaətdədir ki, mikroqravitasiya insan başının toxumalarına, əvvəl hesab olunduğundan fərqli olaraq, daha mürəkkəb təsir göstərir.

Bu tezisi ələ alaraq, alimlər on beş astronavtın görmə qabiliyyətini yoxlayıblar: onlar, kosmosa uçuşdan qabaq və uçuşdan sonra hər dəfəsində müayinədən keçiblər. Mütəxəssislərin müəyyən etdiyinə görə, çəkisizlik şərtlərində yaşamaq optik sinir diskinin deformə olunmasına, daha doğrusu dartılmasına səbəb olur. Nəticədə torlu qişa və onu qidalandıran kapillyarlar şəbəkəsi arasında bir o qədər də əhəmiyyətli olmayan “boşluq” formalaşır. Yerə qayıtdıqdan sonra bu boşluq azalır, optik sinir diski isə gözdə təzyiqin düşdüyündən içəriyə doğru “dartıldığı” üçün torlu qişanın funksionallığında ciddi çətinlik meydana gələ bilər.

Tapıntının vacibliyini daha əvvəlki araşdırmaların nəticələri də dəstəkləyir. Qısamüddətli kosmik uçuşda iştirak etmiş astronavtların 23%-i və uzunmüddətli NASA missiyaları üzvlərinin, demək olar ki, yarısı görmə ilə bağlı problemlərdən əziyyət çəkir. Mütəxəssislər daha uzun müddət kosmos şərtlərində yaşamağın birdəfəlik korluğa gətirib çıxara biləcəyini də istisna etmirlər. Məsələnin həlli kimi isə hələlik daha çox elmi fantastika olan süni cazibə qüvvəsinə malik kosmik gəmilərin inşası nəzərdə tutulur.

Qeyd edək ki, başqa bir maraqlı araşdırmada kosmik şüalanmanın “ağılsızlığa” səbəb olacağı deyilirdi. Belə güclü şüalanmadan sonra insan beyninin neyron şəbəkələrində ciddi pozuntular meydana gəlir, alimlər deyir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
JAMA Ophthalmology
Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: