Elmi xəbərlərHəyatın təkamülüTibb

Alçaqboylular daha uzunömürlüdür

Yeni bir tədqiqatın nəticələrinə görə, alçaqboylu insanlar öz həmyaşıdlarından daha uzun həyat sürə bilərlər. Havay Universitetindən olan Bredli Uilkoks və həmkarları bir neçə min yaponmənşəli amerikalının bir sıra xarakteristikasını araşdırdılar. Onları iki qrupa böldülər: birinə 158 sm və aşağı, digərinə isə 163 və yuxarı boylu insanları yerləşdirdilər.

Nəticələrə əsasən, alçaqboylu insanlar ehtimalla uzunömürlülüyə cavabdeh olan FOX3 geninə sahibdirlər. Bundan başqa, belə insanların qanında aşağı insulin səviyyəsi və xərçəng xəstəliyinə az meylin olduğu aşkar edildi.

Alimlər bundan əvvəlki tədqiqatlarda anoloji genə sahib siçanlar, soxulcanlar və milçəklərdə də oxşar uzunömürlülük xüsusiyyətləri olduğuna aydınlıq gətirmişdilər – bu da onların bədən ölçüləri ilə əlaqəli idi. Daha dəqiq nəticələr əldə etmək üçün digər millətləri əhatə edən geniş tədqiqatların aparılması vacibdir.

Əldə edilmiş məlumatlar elm ictimaiyyətində qızğın mübahisələrə səbəb olub. Başqa tədqiqatların nəticələrinə əsasən, uzunboylu insanlar tam əksinə olaraq öz alçaqboylu həmyaşıdlarından daha uzun ömür yaşamağa qadirdirlər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloggers like this:

Spelling error report

The following text will be sent to our editors: