Elmi xəbərlərHəyatın təkamülüSosiologiya/Antropologiya

Qərb mədəniyyəti narsissizmi yaymaqda taqsırlandırılıb

Mütəxəssislərin gəldiyi qənaətə görə, narsissizmin yayılmasında qərb mədəniyyəti böyük rol oynayıb.

Mütəxəssislərin gəldiyi qənaətə görə, xalqlar arasında narsissizmin (özünə vurğunluq, özünə yüksək qiymət vermə) yayılmasında qərb mədəniyyəti böyük rol oynayıb.

Asiya və Avropa insanlarının mentalitetindəki fərqlilikləri görmək üçün sosial elmlər üzrə ekspert olmağa gərək yoxdur – bu fərqlər açıq-aydındır. Geniş yayılmış bir fikrə görə, Şərqdə daha çox kollektivçi, Qərbdə isə individualist xarakter müşahidə olunur. Son vaxtlar alimlər müəyyən səbəblərdən parçalanmış xalqları araşdırmağa həvəs göstərir. Məsələn, Cənubi və Şimali Koreya və ya Federativ (AFR) və Demokratik Almaniya (ADR) respublikaları müqayisə olunur.

Berlin Tibb Universitetindən olan Ştefan Röpke və həmkarları belə düşünür ki, məhz Almaniyanın bölünməsi ictimai dəyərlərin analiz edilməsi işi üçün unikal imkan təmin edir. Məlum olduğu kimi, İkinci dünya müharibəsindən sonra qaliblər cərgəsində yer tutmuş dövlətlər Almaniyanın ərazisini iki hissəyə böldülər – kapitalist və sosialist respublikalar yaradıldı. İndi isə Almaniyanın müxtəlif regionlarından olan 1025 nəfər anonim sorğuya dəvət olunub.

Nəticələrə əsasən, Almaniyanın birləşməsinə təsadüf edən dövrdə beş yaşına çatmış insanın dünyagörüşü, AFR yoxsa ADR-də doğulmasından asılı olaraq, aşkar fərqlənirdi. Alimlər deyir ki, Almaniyanın sosialist hissəsində doğulmuş insanlar narsissizmözünü aldatmağa (xam xəyal) daha az meylli olmaqla yanaşı, özlərini qiymətləndirmədə daha təsirli göstəriciyə sahib olublar. Burada nəzərdə tutulmuş narsissizmə ekstravertlik, fərqlənmə cəhdi və özünə maraq cəlb etmə xarakterikdir ki, bütün bunlar şərqli almanlarda nadir müşahidə olunub.

İzah edilmiş bu “asılılıq” 1990-cı illərdə 6-18 yaşlar arasında olmuş kəslər nümunəsində daha aşkar görünürdü. Yetkin almanların mentalitetində doğum yerindən (ADR və AFR) asılı olaraq narsissizm sezilirdi. Yaşa çatmış bu insanlarda özünü qiymətləndirmə isə elə də güclü ifadə olunmayıb.

Diqqətəlayiq başqa bir nəticə də budur ki, müasir alman gənclərində narsissizm müşahidə olunsa da, bunun doğum yeri ilə arasındakı bağlılıq çox zəif formada ifadə olunur. Müəlliflərin dediyinə görə bu, müasir Almaniyanın Qərb mədəniyyətini tamamilə mənimsədiyinin nümunəsidir. Həmçinin qeyd olunur ki, ADR sakinlərinin “kollektivçiliyinin”, onların birləşməsinə gətirib çıxara biləcək maliyyə çətinlikləri ilə əlaqəsinin olması da istisna deyil.

Maraqlıdır ki, alimlərin bu qənaəti “kollektivçi” mentalitetin “özünü yüksək qiymətləndirmə” xarakterini zəiflətdiyi ilə bağlı populyar fikirlə uzlaşmır. Mövzunu əhatə edən başqa bir araşdırmada Asiya ölkələri sakinlərinin düşüncəsi ilə alman mentaliteti arasında aşkar fərqlilik olduğu təsdiq olunub.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
PLOS One
Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: