Paleontologiya

Daun sindromlu ən qədim insana aid skelet aşkar edildi

Fransada 1500 il əvvəl ölmüş ən qədim Daun sindromlu insana aid skelet tapılıb. Elmə məlum belə tapıntılar arasında bu nümunə ən qədimi hesab olunur. Skelet Sona çayı üzərində yerləşən Şalon-sür-Son (Chalon-sur-Saône) şəhərində aşkar edilib.

Şəhərdə yerləşən erkən orta əsr qəbristanlığında arxeoloqlar ümumilikdə 94 insan qalığına rast gəlib, hansıların ki arasında 1500 il əvvəl ölmüş uşaq skeleti də olub. Alimlər burada braxisefaliya izlərini ayırd etməyə və uşağın nazik kəllə sümüklərini qeydə almağa nail olublar.

Braxisefaliya (qısabaşlılıq) – başın uzunluğu və eninin elə nisbətidir ki, en uzunluğun 80,9%-dən artığını təşkil edir. Braxisefallara ənənəvi olaraq baltidlər, alpinidlər, armenoidlər və monqoloidlər aid edilir.

Bordo Universitetindən olan arxeoloq Maite Rivolun sözlərinə görə, oxşar anatomik cizgilər Daun sindromuna xarakterikdir. Daun sindromu – genom patologiyası formalarından biridir, hansında ki adətən kariotip normal olan 46 xromosom əvəzinə 47 xromosomla təmsil olunur. Bu belə izah olunur ki, 21-ci cütlüyün xromosomları 2 yox 3 kopiyayla təmsil olunurlar. Sindrom ingilis həkimi Con Daunun xəstəliyi ilk dəfə izah etdiyinə görə 1866-cı ildə onun şərəfinə adlandırılıb.

Uşaq, digər bütün şəhər sakinləri kimi beli üstə, başı qərbə doğru basdırılmışdı. Rivol hesab edir ki, o dövrdə belə xəstəlikləri olan uşaqlara sindromdan əziyyət çəkməyən digərləri ilə eyni münasibət göstərilirdi.

Həmçinin oxuyun:

Tapılmış çənə sümüyü fosili məməlilərin mənşəyinə işıq tutur
Tapılmış əl sümüyü təkamül boşluğunu doldurur
Bala dinozavr fosili tapıldı

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: