Elmi xəbərlərGenetikaHəyatın təkamülü

Harvard alimləri mamontları iki ilə dirildəcəklərinə söz verirlər

Amerikalı genetiklər nəsli kəsilmiş nəhəng canlı növünü diriltməyə hazırlaşır. Yerdəki son mamontların 4000 il əvvəl məhv olduğuna baxmayaraq, alimlər cəmi iki ildən sonra onları yenidən həyata qaytaracaqlarına söz verirlər.

Harvarddan olan bioloq Corc Çörç uzun illərdir ki nəsli kəsilmiş növlərin həyata qaytarılması problemi üzərində işləyir. Bir neçə il əvvəlsə o, mamontları yenidən canlandırmağın prinsipial mümkünlüyündən danışıb. Bu canlılar cəmi 4000 il əvvəl Yer səhnəsindən silinib, özlərinə aid DNT daşıyan qalıqları isə yaxşı qorunub.

Yaxın qohum növ olan müasir fillərlə genom müqayisəsi və təhlili sayəsində alimlər tüklü mamontların xarakterik özəlliklərinə cavabdeh genləri ayırd edə bilirlər. Bunlar, qalın və uzun tüklər, ağır piy yığınları, soyuq şərtlərdə yaşamağı mümkün edən qan tərkibi və s. kimi xüsusiyyətlərdir. Bu məlumatlar köməyilə artıq bu gün genetik olaraq modifikasiya olunmuş bala mamontlar yaratmaq fikri real görünür, geriyə qalan əsas məsələ isə onları böyütməkdir.

Amerika elminin inkişafına yardım assosiasiyasının (AAAS) hər il keçirilən iclasında çıxış edəcək Çörç elmi məruzəsində, öz elmi komandası ilə birgə 2015-ci ildən başlayaraq işlərini davam etdirdikləri Woolly Mammoth Revival layihəsinin hazırki vəziyyətilə bağlı geniş məlumat verəcək. The Guardian-a verdiyi müsahibəsində Çörç etiraf edib ki, belə bir heyvan “həqiqi tüklü mamont” yox, “mamont əlamətləri daşıyan fil” olaraq adlandırılsa daha dəqiq səslənəcək.

Çörç öz həmkarları ilə birlikdə asiya fillərinin xromosomlarına mamontlara məxsus qorunaraq qalmış qalıqlardan götürülən 45 gen yeridə bilib. “Biz, bunun üçün ehtiyac olan kiçildilmiş qulaqları, dərialtı piyi, eləcə də tük və qanı necə əldə edəcəyimizi artıq bilirik”, – Çörç qeyd edir. Buna baxmayaraq ilk tam təcrübi embrionu yalnız CRISPR/Cas9 GM-texnologiya köməyilə əldə etməyi planlaşdırırlar.

Fibroblastların (toxuma hüceyrələri) DNT-si modifikasiya olunduqdan sonra oradan nüvə çıxarılaraq, qabaqcadan xromosomları ilə birlikdə öz nüvəsi xaric edilmiş toxum hüceyrəsinə yerləşdiriləcək. Maraqlıdır ki, toxum hüceyrəsinin yetişdirilməsi və embrionun inkişafı üçün alimlər dişi fillərdən faydalanmaqdan imtina ediblər. Prosedur başdan sona ex vivo, “süni analıq” (matka) qurğusu köməyilə yerinə yetiriləcək.

Çörç özü belə addımı bununla əsaslandırır ki, onsuz da təhdid altında olan növlərə aid edilən heyvanların həyatını risk altına atmaq istəmir. Lakin bəziləri bu yanaşmanın effektivliyinə şübhə etdiklərini gizlətmir. Həqiqətdir ki, məməli heyvanların klonlaşdırılması texnologiyası bu gün kifayət qədər etibarlıdır, amma dölün adətən canlı dişi matkasına yerləşdirildiyi və “süni matkada” klonlaşdırılmaya aid hər hansı bir nümunə olmadığı üçün Çörçün təcrübələrdə uğura imza atacağına skeptik yanaşan mütəxəssislərin də sayı az deyil.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: