Genetika

Gen mühəndisliyinə yol açan kəşf

Elm adamları DNT-də genomlarda birbaşa və daimi dəyişiklik etməyə imkan verən yeni bir növ ferment aşkar etdilər

Elm adamları DNT-də genomlarda birbaşa və daimi dəyişiklik etməyə imkan verən yeni bir növ ferment aşkar etdilər.
 
Howard Hughes Tibb İnstitutunundan (HHMI) olan tədqiqatçı David Liu və onun komandası DNT’də olan A * T (Adenin * Timin) əsasının G * C (Quanin * Sitozin) əsasına çevrilməsini asanlaşdıran bir ferment aşkarladı.
 
İnsanlarda müşahidə edilən xəstəliklərlə əlaqəli 32 min mutasiyanın demək olar ki, yarısına səbəb olan G * C əsaslarının, A * T əsasına çevrilməsini əksinə çevirmək istəyən elm adamları, əvvəlki eksperimentlərində C * G əsasını,T * A əsasına çevirməyə cəhd etmişdilər.
 
Adenin hüceyrələrin ”quanin” kimi qəbul edən inozin molekuluna çevirən TadA fermenti və bunun mutasiyalarını incələyən elm adamları, etdikləri təcrübələrdə bakteriyalarda formalaşan mutasiyaların bir qismini ortadan qaldırmağı bacardılar.
 
 
Bioloq Liu və komandası daha sonra TadA fermentini, gen qayçısı olaraq adlandırılan və genləri DNT üzərində kəsərək və kopiyalanmaya imkan verən CRİSPR Cas9 fermentinə bağladılar.
 
Elm adamları, eksperimentlər zamanı ABE7.10 fermentini istifadə edərək, həm insan həm də bakteriyal genlərin üzərində 50 faiz səmərəli və istənməyən mutasiyalarla A * T əsas cütünü, G və C cütünə çevrilməyə müvəffəq olmuşdur.
 
Bioloq Liu, araşdırma nəticələrinin insanların müalicəsində istifadə etmək üçün çox erkən olduğunu qeyd edir.
 
Gen mühəndisliyi sahəsində yol açmaq üçün gözlənilən kəşfin gələcəkdə insanlarda xəstəliklərə səbəb olan mutasiyaların bərpa edilməsi üçün DNT əməliyyatlarında istifadə edilməsi gözlənilir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Via
fizikist.com
Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: