Fizika

Yeni materiya forması kəşf edilmiş ola bilər

Alimlər dünyanın ən böyük Adron Kollayderində edilən ən son təcrübələrdə yeni hissəciyin kəşf edildiyini açıqladılar. Z(4430) adı verilən hissəciyin eyni zamanda “tetrakvark” olaraq adlandırılan bir materiya formasının dəlili də ola biləcəyi hesab edilir.

CERN-in Böyük Adron Kollayderində (LHC) aparılan tədqiqatlar Z(4430) hissəciyinin varlığını təsdiqləyib. Maddənin əsas komponentlərindən olan və birləşərək adronları meydana gətirən kvarkların bu günə qədər ikili və üçlü hissəciklər halında bir araya gəldikləri bilinirdi. Ən son təcrübələr isə dörd kvarkın bir araya gələrək “tetrakvark” adı verilən yeni hissəcik meydana gətirdiyini sübut etdi.

Tetrakvark kəşfini test etmək üçün hələlik mürəkkəb kvant hesablamalarının aparılmadığını bildirən Merilend Universitetindən olan Tomas Koen, fizika qanunlarının tetrakvarkın meydana gəlməsinə icazə verib-vermədiyini hesablamaq üçün lazım olan böyüklükdə kompüterlərin də hələlik əldə olmadığını vurğuladı.

Fransa-İsveçrə sərhədində yerləşən 27 kilometrlik Adron Kollayderində aparılan tədqiqatlarda tetrakvarka aid olduğu hesab edilən 4000 min hissəciyin izinə rast gəlinib.

Həmçinin oxuyun:

Antiqravitasiya axtarışları başlandı
Nobel mükafatına layiq kəşfə imza atıldı
Əlvida Big Bang, Xoş gəldin Qara Dəlik?

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: