Elmi xəbərlərFizikaHəyatın təkamülü

Stiven Hokinq: “Dünyanın sonu mümkündür”

Britaniyalı fizikin gəldiyi qənaətə görə, kainatın iki vakuum vəziyyəti arasındaki tunel dünyanın sonunu gətirə bilər. Alim öz müşahidələri haqda yeni Starmus adlı kitabının ön söz hissəsində xəbər verir. Kitaba bütün dövrlərin məşhur fiziklərinin məqalələri daxil edilib.

Stiven Hokinqin gəldiyi yeni nəticələrə əsasən kainatımız “saxta vakuum” deyə adlandırılan vəziyyətə düşə bilər. Əgər bu həqiqətdirsə, Hiqqs bozonu üzərində aparılan təcrübələr heç də xoş nəticələr doğurmaya bilər. Daha doğrusu, bozonların sayəsində yaşadığımız dünya başqa bir və daha sabit vəziyyətə düşə bilər.

Metastabil (metasabit) vəziyyət həm saxta, həm də həqiqi ola bilər. Sistemin bir haldan digər hala keçidində fluktuasiyaların mövcudluğu nəzərdə tutulur. Belə fluktuasiyalar ənənəvi sistemi energetik olaraq daha sərfəli hala sala bilər.

Bunu məşhur çuxur və şar misalında göstərmək olar. Fluktuasiya “tüğyanları” şarı bir çuxurdan digərinə – daha dərin çuxura ata bilər. Belə çuxurda şar özünü daha “sərfəli” hiss edəcək və bu çuxur həqiqi vakuuma uyğun gələcək. Digər çuxurlar isə saxta çıxacaq.

Bununla belə heç də bütün fiziklər Stiven Hokinqin gəldiyi nəticələrdən əmin deyil. Kvant tunelləşdirilməsi üçün yüz milyard qiqaelektronvolt qədər enerjiyə ehtiyac var. Müasir zamanda belə göstəricilərə yiyələnmək mümkünsüzdür. Müqayisə üçün qeyd etmək olar ki, Yerin ən böyük kollayderi olan Böyük Adron Kollayder sadəcə on dörd min qiqaelektronvolt enerji istifadə edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: