Elmi xəbərlərFizikaHəyatın təkamülü

Kompüter modeli zaman səyahətini təsdiqlədi

Avstraliyanın Kvinslend Universitetindən olan fiziklər kompüter təcrübəsini modelləşdirmək vəzifəsini qarşıya qoyaraq, kvant səviyyəsində zaman səyahətini sübut etməyə çalışıblar.

Alimlər kvant hissəciklərin zaman səyahətinin mümkünlüyünü göstərən kompüter modeli hazırlamağa nail olublar. Nəticələrə əsasən, bu prosesdə standart kvant mexanikası qanunları pozula bilər.

Avstraliyanın Kvinslend Universitetindən olan fiziklər kompüter təcrübəsini modelləşdirmək vəzifəsini qarşıya qoyaraq, 1991-ci ildə irəli sürülmüş kvant səviyyəsində zaman səyahətini sübut etməyə çalışıblar. Onlar, ayrı fotonun maraqlı davranışını modelləşdirə biliblər. Belə ki, foton “köstəbək dəliyi” içərisindən keçərək və məkan-zamanda keçmişə ötürülərək, özü ilə qarşılıqlı əlaqəyə girib.

Tədqiqatçılar iki ssenari hazırlayıb. Birincidə hissəcik dəlikdən keçərək öz keçmişinə qayıdır və özü ilə əlaqəyə girir. İkinci ssenaridə isə foton başqa sıravi bir hissəciyə təsir göstərir. Alimlər hesab edir ki, apardıqları təcrübə iki böyük fizika nəzəriyyəsinin birləşdirilməsinə qatqı təmin edir, hansıların ki indiyəcən çox da ortaqlığı olduğu deyilə bilməzdi. Bunlar Eynşteynin ümumi nisbilik nəzəriyyəsi (ÜNN) və kvant mexanikasıdır.

“Eynşteynin nəzəriyyəsi ulduz və qalaktikaların dünyasını izah edir, kvant mexanikası isə əsasən elementar hissəciklər, atomlar və molekulların xüsusiyyətlərini araşdırır”, – Martin Rinqbauer qeyd edir.

ÜNN hər hansı bir obyektin zamanda keçmişə yollana biləcəyinin mümkünlüyünü dəstəkləyir, hansı ki belə halda qapalı zamanaoxşar əyriliyə (closed timelike curve) düşür. Lakin bu proses bir sıra paradoks doğura bilər: məsələn, zaman səyahətçisi valideynlərinin tanış olmasına maneə ola, bu da onun özünün dünyaya gəlməsini mümkünsüzləşdirə bilər.

1991-ci ildə təklif edilmiş fərziyyəyə görə, kvant dünyasında zaman səyahəti belə paradoksları istisna edə bilər, çünki Heyzenberqin qeyri-müəyyənlik prinsipinə əsasən, kvant hissəciklərin xassələri dəqiq müəyyən olunmur.

Avstraliyalı alimlərin kompüter təcrübəsində ilk dəfə kvant hissəciklərin oxşar ssenaridə davranışı öyrənilib. Bundan başqa yeni maraqlı effektlər aşkarlanıb, hansıların ki özlərini büruzə verməsi standart kvant mexanikasında mümkünsüzdür. Misal üçün, kvant sistemin müxtəlif hallarının dəqiq ayırd edilə biləcəyi məlum olub ki. Əgər kvant nəzəriyyəsi çərçivəsində qalsaq, bu tamamilə istisnadır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
IFLScience
Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: