FizikaKvant

Kainat necә yarandı?

Günümüzün fizikasında kainatın mənşəyiylə bağlı mövcud olan ən məşhur nəzəriyyə olan Böyük Partlama nəzəriyyəsi hər nə qədər kainatın başlanğıc anı və onun səbəbiylə maraqlanmasa da (daha çox sonrası ilə maraqlanır) bu mövzuda baş yoran fiziklər arasında bu mövzunu açıqlamağa çalışanlar olmuşdur.

Bu açıqalamalardan ən məşhur olanlardan biri fizikada “simmetriya qırılması” deyilən bir prinsipə söykənən bir açıqlamadır.

Böyük Partlama nəzəriyyəsinə görə kainatın ilk 10 üzəri -43 saniyəlik dövründə bütün qüvvələr birləşmiş bir haldaydı. 10 üzəri -35-ci saniyədə GUT simmetriyası pozuldu. 10 üzəri -32 inci saniyədə “inflasiya” (şişmə) sona çatdı və güclü və elektrozəif (elektromaqnit qüvvə ilə zəif nüvə qüvvənin birləşməsi) ayrıldı. 10 üzəri -12 -ci saniyədə zəif qüvvə ilə elektromaqnit qüvvə ayrıldı.

Riyaziyyatda və fizikada Özbaşına simmetriya qırılması (Spontaneous Symmetry Breaking) deyə bir anlayış var. Bu anlayışı izah etmək üçün bir təpənin üzərində dayanan bir top nümunəsi verilir. Top burada hərəkətsiz dayanarkən simetrikdir. Lakin qərarlı deyil. Hər an hәr hansı bir tərəfə doğru yuvarlana bilәr. Zaman içində әvvәl-axır bu top bu və ya bu digәr tәrәfә yuvarlanacaq. Yuvarlandığında isə simmetriya pozulmuş olacaq, çünki topun yuvarlandığı istiqamət digər bütün mümkün istiqamətlərdən ayırd edilmiş olacaq.

Böyük Partlayışn ortaya çıxışı bu cür bir şey kimi düşünülür. Boşluq öz başına simmetrik, lakin qərarsızdır. Kvant nəzəriyyəsinə görə boşluqda davamlı kvant dalğalanmaları reallaşır. Arada bir subatom zərrəciklər ortaya çıxıb yox olur.

Fizikada virtual zәrrәcik deyə də bir anlayış var. Hissəciklərin bir-biriylə qarşılıqlı tәsiri Feynman diaqramı deyilən bir növ diagramla göstərilir. Məsələn elektron və pozitron qarşılıqlı təsirdə olduqda virtual bir hissәcik olaraq bir qlüon buraxılır. Elektronlar qarşılıqlı təsirə girdiyində foton buraxılır. Nükleonlar qarşılıqlı təsirə girdiyində pion buraxılır vә s. Bunlar Feynman diagramında dotted line ilə göstərilən virtual zәrrәciklәrdir. (Reel hissəciklər düz xətt ilə göstərilir).

Boşluqdakı kvant dalğalanmalarına bu virtual hissəciklərin ortaya çıxıb yox olmalarının səbəb olduğu deyilər. (Bu hissəciklər çox qısa ömürlüdür). Fizikada “CP-violation” deyilən bir təsir nəticəsində, boşluqda virtual hissəciklər ilə virtual antizәrrәciklәr arasında bir ziddiyət meydana gələr və ortaya çoxluq hissəciklər çıxar. Bunlar isə kainatdakı görünür maddəyə bərabər gəlir. Böyük Partlayışın səbəbi, niyə meydana gəlmiş ola biləcəyinə dair mövcud açıqlamalardan biri, hətta bəlkə də ən məşhuru budur.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: