Elmi xəbərlərFizikaHəyatın təkamülü

Kainat ilkin mərhələdəcə dağılmalı idi

Fiziklər yeni kəşf edilmiş Hiqqs bozonunun kütləsini, bu yaxınlarda cazibə dalğalarının tapılması ilə təsdiqlənmiş kosmik inflyasiya nəzəriyyəsində hesablamağa çalışıblar. Alimlərin hesablamasına görə, kainatımız Böyük Partlayışdan (The Big Bang) dərhal sonra dağılmağa məhkum idi.

Tədqiqatın nəticələrinə əsasən, Böyük Partlayış hadisəsindən bir mikrosaniyə sonra kainat dağılmalı idi. Ən azından əgər müasir Hiqqs bozonu və Böyük Partlayış nəzəriyyələrini qəbul etsək, belə bir yaranışın çətinlikləri göz qarşısında olacaq.

“Hal-hazırda Böyük Partlayışdan sonra ən çox məşhurluq qazanmış nəzəriyyə kosmik inflyasiyadır. Maddənin sürətli genişlənməsi bizi yeni energetik məkana çıxarır, hansında ki dünya dərhal dağılmalı idi”, – London Krallıq Kollecindən olan Robert Hoqan qeyd edir.

Fiziklər nəticələri bir müddət əvvəl tapılmış Hiqqs bozonu xüsusiyyətlərində və cazibə dalğaları izlərində cəmləşdiriblər. Hiqqs bozonu digər elementar hissəciklərin kütləsinə cavabdehdir, cazibə dalğaları isə kosmik inflyasiyanı təsdiqləyərək, həm də digər parallel kainatların mövcudluğuna dair məlumatlar təmin edir.

Böyük Partlayışdan sonra işə düşmüş yeganə qüvvə cazibə deyildi. Müasir hipotezlərə əsasən, bütün kainatı əhatə edən Hiqqs sahəsi adlanan energetik sahə də mövcud olmalıdır, hansı ki bütün kainatı dələrək, hissəciklərə kütlə verir.

Robert Hoqan öz həmkarı Malkolm Feyrbeyrnlə birlikdə Hiqqs bozonu kütləsini hesablayıb işin içinə qataraq, kosmik inflyasiyanı yenidən yaratmağa çalışıb. Məlum olub ki, yeni doğulmuş kainatımız kvant fluktuasiyalar səbəbindən intensiv titrəyişlərə məruz qalmalı idi. Bu titrəyişlər də Hiqqs sahəsini parçalayaraq, bütün ilkin kainat sistemini ən aşağı energetik səviyyəyə endirərək, faktiki olaraq, onu dağıtmalı idi. Əgər kainat məhv olmalı idisə, onun hal-hazırki mövcudluğunu necə izah etmək olar?

“Yəqin ki, nəzəriyyələrimizdə gözdən qaçırdığımız hər hansı fiziki faktorlar mövcud ola bilər. Onların mövcudluğu haqda hələlik heç nə bilmirik”, – Robert Hoqan deyir.

Nümunə üçün supersimmetriya nəzəriyyəsini qeyd etmək olar. Bu nəzəriyyəyə əsasən, bizə məlum istənilən elementar hissəcik super-ortağa sahibdir, lakin təəssüf ki, bunlardan heç biri təcrübi olaraq təsdiqlənə bilməyib. Tezliklə hazırlanacaq daha güclü kollayderlər köməyilə bu sirli hissəciklərin aşkar ediləcəyi istisna olunmur.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: