FizikaMaraqlı

Futbolda aldadıcı zərbələrin sirri


Futbolçular qapıçını çaşdırıb qol vura bilmək üçün xüsusilə cərimə vəziyyətləri zamanı topa havada istiqamət dəyişdirəcək şəkildə zərbə vurmağa çalışırlar. İstedadlı idmançılara xas olan bu zərbələrin reallaşmasını təmin edən isə topun dönməsi və üzərinə təsir edən aerodinamik qüvvələrdir. Aerodinamik qüvvələr, hava (qaz) molekullarının cismin ətrafında hərəkət edərkən bu cismə təsiri ilə təyin olunur.

Top havada hərəkət edərkən havanı meydana gətirən molekullar topun ön tərəfinə çırpılır və cismi əhatə edərək geriyə doğru hərəkət edir. Əgər top havada hərəkət edərkən eyni zamanda öz ətrafında fırlanırsa topun ətrafında hərəkət edən hava da onunla birlikdə fırlanır. Bu səbəblə hava topun bir tərəfində digər tərəfinə nisbətən daha sürətli hərəkət edir. Yəni topun dönmə istiqaməti ilə havanın hərəkət istiqaməti eynidirsə, hava topun o tərəfində daha sürətli axır. Havanın topun ətrafında fərqli sürətlərdə hərəkət etməsi təzyiq fərqinə gətirib çıxarır. Bu, Bernulli qanunu olaraq bilinir. Havanın daha sürətli hərəkət etdiyi hissədə təzyiq aşağıykən, yavaş hərəkət etdiyi hissədə təzyiq yüksəkdir. Ətrafındakı təzyiq fərqi səbəbiylə topun üzərinə təsir edən qüvvələr balanslı deyil və təzyiqin az olduğu tərəfə doğru dəqiq bir qüvvə ortaya çıxır. Bu qüvvə Maqnus qüvvəsi (effekti) olaraq adlandırılır.

Fırlanan cisimlərə təsir edən Maqnus qüvvəsinin istiqamətini fırlanma istiqaməti təyin edir. Məsələn top, fırlanma oxu yerə paralel şəkildə saat istiqamətindədirsə havada sağa doğru, saatın əksi istiqamətindədirsə sola doğru hərəkət edəcəkdir. Fırlanma oxu yerə perpendikulyardırsa topun üzərinə -dönmə istiqamətinə görə- aşağı ya da yuxarı istiqamətli qüvvə təsir edir. Təbii ki sonda Braziliya milli komandasının məşhur müdafiəçisi Roberto Karlosun 1997-ci ildə cərimə zərbəsindən Fransa komandasının qapısına vurduğu möhtəşəm qolu xatırlatmaq tam yerinə düşər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: