Fizika

Fermi paradoksu: Hər kəs haradadır?

Müşahidə oluna bilinən kainat təxminən 90,000,000,000 işıq ili uzunluqdadır. Ən azı 100,000,000,000 qalaktika, hər birində isə 100,000,000,000-1000,000,000,000 arası ulduz var. Kepler kosmik teleskopu vasitəsilə isə biz planetlərin də yetərincə çox olduğunu öyrənmişik. Təxmini hesablamalar bu planetlərdən trilyonlarlasının həyata yararlı olduğunu göstərir. Bunların birində həyatın Yerdəki kimi əmələ gəlib inkişaf etməsi qeyri-mümkündür? Həmin həyat haradadır? Nə üçün görə bilmirik? Gəlin hər şeyə daha böyük bir perskpektivdən baxaq. 

Yerli qalaktika qrupumuzdan çöldə olan hər hansı bir qalaktikada həyat olsa da, biz bundan heç vaxt xəbər tuta bilmərik. Səbəb kainatın davamlı genişlənməsidir. Süd Yolundan qonşumuz olmayan bir qalaktikaya səyahət etmək milyard illərimizi alar. Bizim sivilizasiyamızın yaşı bu müddətdən dəfələrlə azdır. Belə bir səyahətı təsəvvür etmək belə mümkünsüzdür. Hər-halda teleportasiyaya bənzər bir şey haqda hələ də xəbər yoxdur. Buna görə, gəlin hələlik öz qalaktikamıza nəzər yetirək.

Süd Yolunda 400 milyarda yaxın ulduz vardır. Bizim ulduzumuz kimi isə 20 milyarda yaxın ulduz var və hesablamalara görə onların beşdə birini Yerə bənzər bir planet orbit edir. O planetlərdən hətta cəmi 0.1%-ində həyat olsa qalaktikamızda 4 milyon həyat daşıyan planet olar. Bu say yenə də yetərincə çoxdur. Bəlkə sadəcə olaraq inkişaf etmiş bir sivilizasiyanın yaranması üçün yetərincə zaman olmayıb?

Qalaktikamızın təxminən 13 milyard yaşı var. İlk bir-iki milyard illərdə qalaktika yenicə formalaşdığı üçün saysız-hesabsız partlayışlar, fəlakətlər olub. Bu zaman müddətini çıxaq, çünki həyat bu şəraitlərdə yarana bilməzdi. Yerin 4 milyarddan çox yaşı var. Bu o mənaya gəlir ki, bizim planet formalaşmazdan əvvəl və formalaşan zaman həyatın yaranıb inkişaf etməsi üçün yetərincə şansı olub. Bu həyat formalarından indiyənə qədər biri qalaktikanı koloniyalaşdıra bilən bir sivilizasiyaya təkamül etməyibmi? Belə bir şey baş versəydi bunu görə bilərdik? Görə bilməzdiksə, buna nə mane olur?

Həyatın yaranması və onun inkişaf edib super-sivilzasiyaya çatmasının şansı yetərincə böyük görsənir. O zaman bir sual vermək qalır—onlar haradadır? Bu dolaşıqlığının adı Fermi paradoksudur. Bu paradoksa cavabımız yoxdur, lakin ağlabatan fərziyyələrimiz var. 

Yerdə həyatın keçməli olduğu yetərincə baryerlər olub. İlk öncə o yaranıb, inkişaf edib və bu zaman müddətində dəfələrlə qlobal annihilasiyalardan qurtulub. Bəlkə həyatın yaranıb və sonradan mürəkkəb həyat formalarına təkamül etməsi düşündüyümüzdən də nadir bir haldır? Həyatın necə əmələ gəlməsi hələ də tamamilə cavablanmayan bir sualdır. Bəlkə də kainat ilk zamanlar sadəcə olaraq təsəvvür olunandan daha isti və təhlükəli olub? Bəlkə ilk super-sivilizasiyaya təkamül edən yadplanetli növü digər bütün növləri bu mərhələyə çatmağa imkan vermir?

Burada iki mümkünlük vardır. Ya həyat həqiqətən də çox nadirdir və biz bu böyük kainatda tək-tük olan həyat formalarından biriyik, ya da hər bir yaranan sivilizasiyanın keçə bilmədiyi baryerlər var. Bu nüvə müharibəsindən tutmuş iqlim dəyişməsinə qədər müxtəlif səbəblər ola bilər. Hansısa bir nöqtədə bütün sivilizasiyalar ilişib qalır və heç vaxt onu keçə bilmir. Bir az öncə vurğuladımız bir yadplanetli növün digər növləri məhv etməsi də qeyri-mümkün deyildir. 

Nəticə olaraq, o böyük sonsuzluqda nə olduğunu bilmirik. Bizim tapacağımız şeyin bizi məhv etmək istəyib-istəmədiyini heç vaxt bilə bilmərik.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Aqil Heydərli

Yaşıl Elm platformasında baş idarəçi və yazar kimi fəaliyyət göstərirəm. "Azərbaycan Dövlət Neft-Sənayə Universiteti"ndə Mexanika Mühəndisliyi üzrə təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: