Elmi xəbərlərFizikaHəyatın təkamülü

Antimaddə hara yox oldu?

Alman fiziklər bır sıra eksperiment keçirərək protonun maqnit hərəkətini dəqiq ölçməyə çalışıblar. Tədqiqatlarla müasir elmin ən böyük sirlərindən biri aydınlaşdırıla bilər. Nature jurnalında dərc edilən məqalədə içərisində yaşadığımız dünyanın necə formalaşdığına dair cavabların axtarışından bəhs edilir.

Qəbul edilmiş nəzəriyyəyə əsasən, 13 milyard il əvvəl Böyük Partlayış (The Big Bang) toqquşduqda annihilyasiya oluna biləcək eyni miqdarda maddə və antimaddə doğurub. Sual yaranır: əgər kainatımızın əvvəlki mərhələlərində eyni miqdarda maddə və antimaddə mövcud idisə, həmin antimaddə hara yox oldu və yaşadığımız kainat niyə əsasən maddədən ibarətdir?

Son illər ərzində fiziklər bu sirrin üstünü açmağa çalışırdı. Ən perspektiv istiqamətlərdən biri hissəcik və antihissəciklərin maqnit hərəkətinin müqayisəsidir. Onlar arasındaki hətta cüzi fərq belə mövcud maddə və antimaddə assimetriyasını izah edə bilər.

Alman fiziklərin apardığı genişmiqyaslı tədqiqatlar bu sualların cavablandırılmasına kömək edəcək. Son tədqiqatda alimlər vacib nəticələrə yiyələndiklərini qeyd edirlər. Belə ki, ilk dəfə ayrı protonun maqnit hərəkətini dəqiqliklə ölçməyə nail olublar. Nəticələr Penninq tələsində ələ keçirilmiş hissəcik spektroskopiyası vasitəsilə əldə edilib. Tədqiqatın başında duran Andreas Mozer indiyədək bu vacib ölçünün heç vaxt bilavasitə ölçülmədiyini qeyd edir.

Hazırladıqları məqalədə alimlər protonun maqnit hərəkəti ölçüsünün dəqiqlik dərəcəsinin üç dəfə yaxşılaşdırıldığını bildirirlər –  0,000000003-ə qədər. Beləliklə, son 42 il ərzində ilk dəfə bu cür vacib fundamental konstant dəqiqləşdirilib. Penninq tələsində ayrı hissəcikləri istifadə edən yeni metodika tezliklə antiprotonun maqnit hərəkətinin daha dəqiq ölçülməsində tətbiq ediləcək.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: