Elm

Elmin təbiəti

Elmin dəqiq olduğu barədə fikir olduqca yanlışdır. Tam əksinə, elmi ayaqda saxlayan və davam etməyə məcbur edən şey daimi dəyişikliklərdir. Elmin vardığı nəticələr və həqiqətlər doqmatik və dəyişməz deyil. Belə bir şey elmin öz tərifi və xarakteristikasına ziddir. Elmdə doğru olaraq xarakterizə edilən her bir şey 100% doğru deyildir və hər zaman xəta payı vardır. Yəni bu doğrular elmi bir şübhəcilik daxilində doğrudur. Yəni yanlış olduğu isbatlanmamış hipotezlərdir. Bildiyimiz xarakteristikanın əksinə olaraq, elmdə hipotez və nəzəriyyə arasında bir uçurum yoxdur. Elmdə dəqiq məlumat yoxdur, amma güvənə biləcəyimiz məlumatlar vardır. Bu ikisini bərabərhüquqlu hesab etməyə məcbur da deyilik, əslində, elm hər zaman davam edən bir araşdırmadır. Suallara sərhədd, kəşflərə dayanacaq yoxdur.  Bir çox insanın bəhs etdiyi dəqiqlik araşdırmanın bitdiyi deməkdir. Bir məlumatı dəqiq olaraq xarakterizə etmək nə soruşulacaq sual qaldı, nə də kəşf ediləcək bir şey deməkdir ki, bu da elmin sonu deməkdir.  Hər hansı nüfuzluluğun sözünü mütləq həqiqət kimi qəbul etmək və ya sübutlar olmadan hadisələri fövqəltəbii güclərlə  əlaqələndirmək elmdə yoxdur. Yaradılışçılıqda olduğu kimi digər psevdoelm sahələrində isə bu ikisi elmi sübutlardan öncədir. Onların gəldikləri nəticə nə dəyişiklik qəbul edir nə də elmi metodlarla sınana bilir.

Elm insanları daim yoxlanıb sınana bilən açıq bir sistem içində işləyirlər. Bu sistem daxilində dəyişikliklər və ya yeni tapıntılar elmi yayınlar vasitəsi ilə yayılır. Doğru olmadığı hesab edilən hipotezlər tərk edilərək və yeni təcrübələr aparılaraq kainatı xarakterizə etmə, sistematikləşdirmə kimi nəticələr əldə edilir. Bu yolla, nəticədə müşahidə edilmiş faktorun ən ehtimallı açıqlaması əldə edilir.    Bu prossesə elmi metod deyilir. İndi elmi metodun irəliləmə addımlarına nəzər salaq:

  • Müşahidə aparılır.
  • Nəticələrə əsasən hipotez irəli sürülür.
  • Bu hipotez təcrübə edilir.
  • Təcrübə nəticləri müsbətdirsə təcrübə fərqli elm insanları tərəfindən təkrar edilir.
  • Hələ də müsbət nəticələr alınırsa hipotez artıq nəzəriyyəyə çevrilir.
  • Nəzəriyyə yeniliklərlə dəstəklənirsə güclü/elmi nəzəriyyə halını alır.

Elm bu hadisələr arasında əlaqələri müşahidə edərək və müşahidələri elmi metodla sintezləyərək öz metodunu genişlədir. Elm müşahidə edə bildiyi şeylər haqqında münasibət bildirir və nəticə çıxarır, bu nəticələri qəbul edir. Amma bu nəticələr heç bir zaman dəşilməz olaraq xarakterizə edilmir, məlumatlar daim yenilənir. Elmdən başqa hadisələri izah etməyə çalışan sistemlərdə isə öncə nəticə tapılır, sonra proseslər bu nəticələrə uyğunlaşdırılmağa çalışılır. İnsanları UNO-ların qaçırmasının, Nuhun gəmiyə canlıları yığmasının və tufanın heç bir elmi əsası yoxdur, çünki sübutu yoxdur. Buna sadəcə və sadəcə inana bilərsiniz, amma bu inanc bunları elmi həqiqət və doğru etməz.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: