ElmGenetika

CRISPR-in tətbiqi hüceyrələri məlumat yazıcılarına çevirir

CRISPR-in tətbiqi ilə biz həyatın ən sadə proseslərini yaxından izləyə bilirik.

CRISPR-in tətbiqi

Tədqiqatçılar CRISPR-in tətbiqi ilə (CRISPR-Cas9) DNT-ni dəyişdirərək hüceyrələrin daxilində baş verən müxtəlif hadisələrin ardıcıllığını və müddətini qeyd etmək imkanını əldə ediblər. Bu dəyişdirilmiş DNT, həmçinin eyni genomda məlumatın silinməsi və yenidən yazılmasını da bacarır.

CRISPR və Cas9 zülalı haqqında öncəki məqalələrimizdə ətraflı şəkildə məlumat vermişdik. Genetika mühəndisliyinin son zamanlardaki sürətli inkişafında böyük əməyi olan bu texnologiyanın nə olduğunu və necə işlədiyini buradan öyrənə bilərsiniz.

15 Fevral tarixində Science jurnalında dərc olunan bu araşdırma digər CRISPR əsaslı hüceyrəvi məlumat yazıcıları barəsində olan araşdırmalardan ən yenisidir. Bu yazıcıların məqsədi genetikada və onun özünü ifadəsində olan dəyişiklikləri qeyd etmək, hüceyrənin nəslini, yəni onun bölünüb yaratdığı hüceyrələri izləməkdir.

Berlin, “Max Delbrück Center”də Molekulyar Tibb üzrə bioloq Jan Philipp Junker qeyd edir: “Genomun bu böyük məlumat yazma qabiliyyətinə malik olması aydındır. Nəhayət ki, CRISPR-ın hesabına bizim bundan istifadə etmək üçün alətlərimiz vardır.”

Bu texnologiya ilə davamlı olaraq işləyən tədqiqatçılar hər gün yeni cür molekulyar alətlər yarada bilirlər. Science jurnalında eyni gündə dərc olunan digər 2 fərqli məqalələrdə CRISPR vasitəsilə ağır xəstəliklərə səbəb olan virusların necə aşkar edilməsi haqqında yazılmışdır.

Kəsib-doğramaq

Tədqiqatçılar əsasən CRISPR–Cas9 ilə DNT sıranlanmasının “bələdçi RNT” adlanan qısa RNT fraqmenti tərəfindən təyin olunan hissəsini kəsmək üçün Cas9 fermentini yönəldirlər. Bir çox orqanizmlərdə bu kəsilən DNT hissəsi sonradan hüceyrələr tərəfindən bərpa olunur və nəticədə DNT-nin orijinal sıralanması dəyişir.

Cambridge, Massachusetts MIT-də çalışan bioloq David Liu və kimyaçı Weixin Tang Cas9 fermentinin DNT kəsmək bacarığı ilə plazmid adlanan dairəvi molekullardan istifadə edərək hüceyrəvi məlumat yazıcıları əldə edə biliblər. Plazmidlər bakteriyaların hüceyrələrində çoxalaraq bəzən eyni hüceyrədə özlərinin yüzlərlə surətini yaratmağı bacarırlar.

Liu və Tang belə plazmidlərdən birində bələdçi RNT tərəfindən təyin olunan 3 ədəd DNT hərflərini dəyişdiriblər. Bununla yanaşı, onlar həmçinin bakteriyaları Cas9 fermentini yalnız spesifik bir antibiotiklə əlaqəyə gəldikdə ifraz etmələri üçün tənzimləyiblər. Bu sistem bütünlükdə CAMERA1 olaraq adlandırılıb.

Cas9 tərəfindən vurulmuş zədəni düzəltmək üçün məməli hüceyrələrində olan DNT-bərpa mexanizmi bakteriya hüceyrələrində yoxdur. Bu səbəbdən, Cas9 ilə nişanlanan plazmid bərpa əvəzinə deqradasiyaya uğrayır və digər bir plazmid bölünərək onun yerini tutur.

Liu və Tang həm dəyişdirilmiş, həm də normal plazmidləri hüceyrələrə yerləşdirərək onların nisbətini ölçməyə çalışıblar. Antibiotik təsirinə məruz qalan dəyişdirilmiş plazmidlərin proporsiyası enirdi, çünki hüceyrlələr bu plazmidləri dağıtmağa başlayırdılar.

Son nəticə olaraq çox həssas bir məlumat yazıcısı olub. Liu və Tang təxminən 10 ədəd bakteriya hüceyrələrindən məlumat oxuya biliblər. Dəyişmələrin böyüklüyü hüceyrədə hansı miqdarda antibiotikin qaldığını və məruz qalma müddətini göstərib.

Yararlı keçidlər və istinadlar:

 

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Aqil Heydərli

Yaşıl Elm platformasında baş idarəçi və yazar kimi fəaliyyət göstərirəm. "Azərbaycan Dövlət Neft-Sənayə Universiteti"ndə Mexanika Mühəndisliyi üzrə təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: