Beyin/PsixologiyaBiologiya

Zədələnmiş sinir hüceyrələri mitoxondrilər vasitəsilə bərpa edilə bilər

Rockefeller universitetindən olan tətqiqatçılar mitoxondrilərin aksonlardakı daşınmasının sürətləndirildiyi halda siçanların sinir hüceyrələrinin zədələnmədən sonra bərpa edilməsi prosesində artım olduğunu aşkar ediblər. Journal of Cell Biology jurnalında yayımlanan məqalədə bu tətqiqatın  xəstəlik və ya travma nəticəsində neyronları zədələnmiş insanlarda sinir hüceyrələrinin yenidən əmələ gəlməsini tətikləyəcək strategiyalar inkişaf etdirilməsinə yardım edəcəyi ifadə edilir.

Neyronların orqanizmdə uzun məsafələrə yayılan aksonlarını genişlətmələri üçün bol miqdarda enerji tələb olunur. Bu enerji mitoxondtrilər tərəfindən ATF (adenozintrifosfat) formasında təmin edilir. Mitoxondrilər hüceyrənin enerji istehsalçılarıdır. Böyümə zamanı mitoxondrilər aksonlarda ATF -ə ehtiyac olan yerlərə daşınırlar. Lakin böyümə böyümə çağını geridə qoyan yetkinlərdə mitoxondrilər daha az hərəkəlidir çünki yetkin neyronlar sintafilin adlı zülal sintez edirlər. Sintafilin mitoxondriləri olduqları yerə sabitləyir. Tətqiqatçı Zu-Hang Sheng və komandası mitoxondri daşınmasındakı bu azalışın yetkinlərdə travma sonrası neyronların yenilənə bilməməsini izah edib etməyəcəyini araşdırmağa qərar verdi

Yetkin siçan aksonları zərər görəndə yaxında olan mitoxondrilərin də zədələnməsi və sinir yenilənməsi üçün lazım olan ATF dəstəyini verə bilmədikləri aşkar edildi. Alimlər sintafilini sinir hüceyrələrindən genetik olaraq aradan götürəndən sonra artıq mitoxondrial transportasiya artmağa başladı. Beləcə zədələnən mitoxondrilərin yerini ATF sintez edə bilən sağlam mitoxondrilər tutdu. Sintafilini olmayan yetkin neyronların bu şəkildə zədələndikdən sonra yenilənə bildikləri görüldü.

Sheng : “ Hüceyrə içində və təcrübə balonunda həyata keçirdiyimiz çalışmalar mitoxondrial transportasiyanı artdırmaq yolu ilə enerji çatışmalığının aradan qaldırmaqla neyronların yenilənməsini təmin edə biləcəyini göstərdi. Bundan yararlanaraq mərkəzi və periferik sinir sistemindəki zədələnmələri ortadan qaldırmaq üçün yeni strategiyalar inkişaf etdirilə bilər”

Aşağıdakı videoda mitoxondrial transportasiyanın intensivliyinin dəyişkənliyi təqdim olunur.

 

Qaynaqlar

http://www.eurekalert.org/pub_releases/2016-06/rup-mmm060716.php Science Alert,
http://www.sciencealert.com/damaged-neurons-could-be-fixed-with-mobile-mitochondria-scientists-say
http://jcb.rupress.org/content/early/2016/06/07/jcb.201605101.1.abstract 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Fərid Rüstəmli

Yaşıl Elm platformasının yazarıyam. Azərbaycan Tibb Universitetini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: