Biologiya

Yerdə 6-cı böyük ölçülü nəsil kəsilməsi yaxınlaşırmı?

Əgər siz 65 milyon il bundan əvvələ səyahət edə bilsəydiz, siz Yerdə 5-ci böyük ölçülü nəsil kəsilməsini görə bilərdiniz. O zamanlarda böyük bir meteor və ya komet Yerlə toqquşaraq planetdəki həyatın yarısından çoxunu məhv etmişdi. Nəsli kəsilən növlərin arasında dinozavrlar da var idi.

Lakin bu nəsil kəsilməsi 250 milyon il bundan baş verən nəsil kəsilməsinin yanında heç nədir. Permiyan dövründə baş verən nəsil kəsilməsi suda yaşayan canlıların 95%-ni, quruda yaşayanların isə demək olar ki, hamısımı məhv etmişdi. İndiki yaşadığımız planet isə bu faciəni heç yaşamamış kimidir. Bu kütləvi nəsil kəsilməsi çox güman ki, indi Asiyada yerləşən vulkanların püskürməsi nəticəsində olmuşdur. 

Bu günlərdə, Yerdə növbəti böyük ölçülü nəsil kəsilməsi baş verə bilər. Hansı ekspertdən soruşacağınızdan asılı olaraq, siz indiki növlərin nəsil kəsilməsinin normadan 100-1000 dəfə daha çox olduğu cavabını alacaqsınız. Harvard bioloqu Edward O. Wilson bir dəfə hər il təxminən 30,000 növün nəslinin kəsilməsini hesablamışdı. 

Bəs niyə növlərin nəsli kütləvi şəkildə kəsilir? Nəsil kəsilməsinə bir neçə faktor təsir edə bilər, lakin onlardan ən böyüyü insanların müdaxiləsidir. Ovlamaq, məhv etmək, yuva dağıtmaq, hər nə formada olursa olsun təbiətə zərər verərək insanlar son zamanlar planetdəki həyata çox böyük zərbə vururlar. Bu zərər vurmanın başlanğıcı insanlar ilk dəfə Afrikaya köç etdikdə, təxminən 100,000 il bundan əvvəl başlayıb. 10,000 il əvvəl isə, insanlar kənd təsərrüfatına başladıqda bu zərər vurma daha da sürətləndi. 

O zamandan bəri, insanlar minlərlə heyvan və bitki növlərinin çoxalmasına son qoyub, nəsillərini kəsiblər. Əgər bu kütləvi soyqırım davam etsə, çox yaxın bir müddətdə Homo Sapiens növünün, yəni insanların nəslinin kəsilməsi təhlükəsi yaranacaq. 

Hər hansısa bir cuzi miqdarda baş verən nəsil kəsilməsinin planetdəki həyata necə zərbə vuracağını düşünmək çətindir. Lakin hətta bir növün nəslinin kəsilməsi ard-arda düzülmüş domino daşlarından birinin düşməsi və digərlərini də yıxmasına bənzəyir. 

Bir misal çəkək:
Deyək ki, balıq, amfibilərlə dolu bir göl var. Bu balıq və amfibilər gölün ətrafında olan həşəratlarla bəslənirlər. Balıq və amfibilərin özü isə orada yaşayan quşların qida rasionunda mühüm yer tuturlar. 
İndi deyək ki, orada yaşayan həşərat növlərindən birinin nəsli kəsildi. Bu həşərat növü ilə qidalan balıq və amfibilər isə ac qaldılar. Onlar artıq başqa bir qida mənbəsi tapmalıdırlar, yoxsa növləri məhv olacaq. Balıq və amfibilər yaşamağa bir yol tapmadıqda isə, quşların nəsli kəsilməyə başlayır.
Domino misalına uyğun gəlir, elə deyil mi? 

İndi təsəvvür edin, bu proses planetdəki əksər bölgələrdə baş verib və davam edir. “The sixth extinction” kitabının müəllifləri Richard Leakey və Roger Lewin 2100-cü ilədək Yerdəki növlərin yarısının nəslinin kəsiləcəyini deyirlər. Lakin hətta biz öz zərərli davranışlarımız tərgitsək də bu qaçınılmazdır. Kiçik növ populyasiyalarında təbii fəlakətlər və yaxud da xəstəliklər bir növü tamamilə məhv edə bilər. Amma biz yenə də öz üzərimizə düşən zərəri tərgitsək təbiətə çox böyük xeyir verərik. 

Nə edə bilərik? Bir çox qurbanlar verməliyik. İlk öncə havaya buraxdığımız karbonun miqdarını azaltmaq lazımdır. Sonra isə ət rasionumuza fikir verməliyik. Hətta yalnız bunları etsək biz gələcək illərdə minlərlə növün nəslinin kəsilməsinin qarşısını ala bilərik. Bu bizim də nəslimizin kəsilməsinin qarşısını ala bilər. 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: